İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR

İndoneziya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 28 dekabr 1991-ci ildə tanımış, iki ölkə arasında diplomatik əlaqələr 24 sentyabr 1992-ci ildə yaradılmışdır.

Azərbaycan Respublikasının Xarici İşlər Naziri 9-13 dekabr 1996-cı ildə Cakartada keçirilən İKT-yə üzv dövlətlərin Xarici İşlər Nazirlərinin 24-cü iclasında iştirak etmiş, İndoneziya Respublikasının Xarici İşlər Naziri ilə ikitərəfli görüş keçirmişdir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə 29 oktyabr-01 noyabr 1997-ci ildə İndoneziyada keçirilən Müsəlman Ölkələrinin Dini İşlər Nazirlərinin 6-cı konfransında iştirak etmişdir.

İndoneziya Respublikasının Azərbaycan Respublikasındakı Səfiri Amin Rianom (iqamətgahı Ankarada olmaqla) etimadnamələrini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə 17 fevral 2004-cü ildə təqdim etmişdir.

Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov İndoneziyanın Azərbaycandakı Səfiri A.Rianomu 17 fevral 2004-cü ildə qəbul etmişdir.

Azərbaycan Prezidenti Azərbaycan Respublikasının İndoneziya Respublikasında Səfirliyinin təsis edilməsi haqqında Sərəncamı 16 aprel 2004-cü ildə imzalamışdır.

İndoneziya Respublikası Xarici İşlər Nazirliyinin Cənubi və Mərkəzi Asiya idarəsinin rəisi Sanusinin başçılıq etdiyi nümayəndə heyəti 2004-cü ilin iyul ayında Azərbaycanda səfərdə olmuş, ikitərəfli saziş layihələrini müzakirə etmiş, Azərbaycan Respublikası Vergilər və İqtisadi İnkişaf Nazirlikləri, AzAL Dövlət Konsernində görüşlər keçirmişdir.

Azərbaycanın Xarici İşlər Naziri E.Məmmədyarov və İndoneziya Respublikasının Xarici İşlər Naziri Həsən Virayuda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və İndoneziya Respublikası Xarici İşlər Nazirliyi arasında Əməkdaşlıq və Məsləhətləşmələr haqqında Anlaşma Memorandumunu 24 sentyabr 2004-cü ildə, BMT Baş Assambleyasının 59-cu iclası zamanı imzalamışlar.

Azərbaycan tsunamidən zərər çəkmiş İndoneziya vətəndaşlarına 2004-cü ilin dekabr ayında BMT vasitəsilə $1 milyon həcmində humanitar yardım etmişdir.

İndoneziya Respublikası Prezidentinin şəxsi nümayəndəsi Nana Sutresna 18-21 mart 2005-ci ildə Azərbaycana səfər etmiş, Cakartada keçirilən Asiya-Afrika 2005 Zirvə Toplantısına dəvət məktubunu Azərbaycan Prezidentinə təqdim etmişdir.

İndoneziyanın Azərbaycandakı Səfiri A.Rianom 19 mart 2005-ci ildə Azərbaycana səfər etmiş, ikitərəfli saziş layihələrini müzakirə etmişdir.

Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov 22-23 aprel 2005-ci ildə Cakartada keçirilən Asiya-Afrika Zirvə Toplantısında iştirak etmişdir.

Azərbaycan Prezidenti İbrahim Əsəd oğlu Hacıyevin Azərbaycan Respublikasının İndoneziya Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilməsi barədə Fərmanı 13 sentyabr 2005-ci ildə imzalamışdır.

Səfir İ.Hacıyev ölkədə 1 dekabr 2005-ci ildə fəaliyyətə başlamışdır.

Azərbaycanın İndoneziyadakı Səfirliyi yeni binaya 1 fevral 2006-cı ildə köçmüşdür. Bu Azərbaycanın Cənub-Şərqi Asiya regionunda ilk səfirliyi olmuşdur.

İndoneziyanın Xarici İşlər Naziri H.Virayuda Səfir İ.Hacıyevi 1 fevral 2006-cı ildə qəbul etmişdir.

Səfir İ.Hacıyev etimadnamələrini İndoneziya Respublikasının Prezidenti Susilo Bambanq Yudhoyonoya 6 fevral 2006-cı ildə təqdim etmişdir.

Səfir İ.Hacıyev İndoneziya Respublikası Prezidentinin müşaviri Əli Alatasla 16 mart 2006-cı ildə görüşmüş, ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını müzakirə etmişdir.

İndoneziya Respublikasının Vitse-Prezidenti Yusuf Kalla Səfir İ.Hacıyevi 3 aprel 2006-cı ildə qəbul etmişdir.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti 6-12 aprel 2006-cı ildə Cakartada keçirilən BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 62-ci iclasında iştirak etmişdir.

Səfir İ.Hacıyev İndoneziya Respublikasının Ətraf Mühit üzrə Dövlət Naziri Raxmat Vitoelarla 2 may 2006-cı ildə görüşmüş, ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını müzakirə etmişdir.

Azərbaycan Prezidenti İ.Hacıyevin eyni zamanda Azərbaycan Respublikasının Filippin Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilməsi barədə Sərəncamı 16 may 2006-cı ildə imzalamışdır.

27 may 2006-cı ildə Coqcakartada baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycan Prezidenti İ.Əliyev İndoneziya Prezidenti S.B.Yudhoyonoya başsağlığı məktubunu 28 may 2006-cı ildə göndərmişdir. Azərbaycanın Xarici İşlər Naziri E.Məmmədyarov və Səfir İ.Hacıyev İndoneziyanın Xarici İşlər Naziri H.Virayudaya başsağlığı məktubları göndərmişlər. İndoneziyanın Xarici İşlər Naziri Səfirin Coqcakartada zəlzələ ilə bağlı başsağlığı məktubuna cavab olaraq minnətdarlıq məktubunu 21 iyun 2006-cı ildə göndərmişdir.

Azərbaycan zəlzələnin nəticələrini aradan qaldırmaq məqsədilə İndoneziyaya $100 min məbləğində yardım etmişdir.

Milli Gün: 28 May- Respublika Günü münasibətilə "The Jakarta Post" qəzeti Azərbaycan haqqında məlumat dərc etmiş və bu məlumatı internet səhifəsində bir ay müddətində nümayiş etdirmişdir.

Sahid Jaya mehmanxanasında 29 may 2006-cı ildə 28 May- Respublika Günü münasibətilə rəsmi qəbul təşkil olunmuşdur.

Səfir İ.Hacıyev İndoneziya Respublikasının Ədliyyə və İnsan Hüquqları Naziri Həmid Avaluddinlə 30 may 2006-cı ildə görüşmüş, ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını müzakirə etmişdir.

Səfir İ.Hacıyev 6-7 iyun 2006-cı ildə Bukittinqqidə keçirilən "İndoneziyanın Mərkəzi Asiya, Azərbaycan və Pakistanla ikitərəfli əlaqələrinin genişləndirilməsi məqsədilə Qərbi Sumatra əyalətinin iqtisadi və mədəni imkanlarının araşdırılması" adlı seminarda iştirak və çıxış etmişdir.

Səfir İ.Hacıyev İndoneziya Ticarət və Sənaye Palatasının prezidenti Məhəmməd S. Hidayətlə 13 iyun 2006-cı ildə görüşmüş, iqtisadiyyat və ticarət sahələrində əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını müzakirə etmişdir.  

İndoneziyanın Xarici İşlər Naziri H.Virayudanın başçılıq etdiyi nümayəndə heyəti 19-21 iyun 2006-cı ildə Bakıda keçirilən İKT-yə üzv dövlətlərin Xarici İşlər Nazirlərinin 33-cü iclasında iştirak etmişdir. Səfər çərçivəsində İndoneziyanın Xarici İşlər Naziri Azərbaycanın Xarici İşlər Naziri E.Məmmədyarovla görüşmüş, ikitərəfli və çoxtərəfli məsələləri müzakirə etmişdir.

Səfir İ.Hacıyev İndoneziya Respublikası İctimai İşlər Nazirliyi və Asiya Texnologiya İnstitutunun 28 iyun 2006-cı ildə təşkil etdikləri beynəlxalq seminarda iştirak etmişdir.

Səfir İ.Hacıyev İndoneziya Respublikasının Nəqliyyat Naziri Hatta Racasa ilə 6 iyul 2006-cı ildə görüşmüş, ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını müzakirə etmişdir.

Səfir İ.Hacıyev İndoneziya Respublikasının Müdafiə Naziri Cuvono Sudarsono ilə 14 iyul 2006-cı ildə görüşmüş, ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını müzakirə etmişdir.

Səfir İ.Hacıyev İndoneziya Respublikasının Ticarət Naziri Mari Elka Panqestu ilə 18 iyul 2006-cı ildə görüşmüş, ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını müzakirə etmişdir.

Səfir İ.Hacıyev İndoneziya Respublikasının Sənaye Naziri Fəhmi İdrislə 24 iyul 2006-cı ildə görüşmüş, ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını müzakirə etmişdir.

Səfir İ.Hacıyev İndoneziya Respublikasının Enerji və Təbii Sərvətlər Naziri Purnomo Yusqiantoro ilə 25 iyul 2006-cı ildə görüşmüş, ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını müzakirə etmişdir.

Səfir İ.Hacıyev İndoneziya Respublikasının Səhiyyə Naziri Siti Fadilah Supari ilə 4 avqust 2006-cı ildə görüşmüş, ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını müzakirə etmişdir.

Səfir İ.Hacıyev İndoneziya Respublikasının Kənd Təsərrüfatı Naziri Anton Apriyantono ilə 4 avqust 2006-cı ildə görüşmüş, ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını müzakirə etmişdir.

Səfir İ.Hacıyev İndoneziya Respublikasının Mədəniyyət və Turizm Naziri Cero Vaçiklə 8 avqust 2006-cı ildə görüşmüş, ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını müzakirə etmişdir.

Səfir İ.Hacıyev Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) Baş Katibi Onq Kenq Yonqla 10 avqust 2006-cı ildə görüşmüş, əməkdaşlıq imkanlarını müzakirə etmişdir.

Səfir İ.Hacıyev İndoneziya Respublikasının Maliyyə Naziri Sri Mulyani İndravati ilə 11 avqust 2006-cı ildə görüşmüş, ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını müzakirə etmişdir.

Azərbaycan Respublikası Auditorlar Palatasının əməkdaşı S.Ağasiyev 2006-cı ilin avqust ayında Cakartada keçirilən Audit üzrə seminarda iştirak etmişdir.

İndoneziya Respublikası Mədəniyyət və Turizm Nazirinin baş müşaviri Muxlis Paeninin başçılıq etdiyi nümayəndə heyəti 11-12 sentyabr 2006-cı ildə Bakıda keçirilən İKT-yə üzv dövlətlərin Turizm Nazirlərinin 5-ci iclasında iştirak etmişdir.

Müqəddəs Ramazan ayı münasibətilə Səfirlik "Daarul Aitam" kimsəsiz uşaq evinə 9 oktyabr 2006-cı ildə yardım etmişdir.

Səfir İ.Hacıyev İndoneziya Respublikası Prezidentinin sözçüsü Dino Patti Cəlalla 20 oktyabr 2006-cı ildə görüşmüş, ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını müzakirə etmişdir.

Səfir İ.Hacıyev İndoneziya Respublikası Nümayəndələr Palatasının Sədri Aqunq Laksono ilə 31 oktyabr 2006-cı ildə görüşmüş, ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını müzakirə etmişdir.

Nəşrlərində Azərbaycanla bağlı təhriflərin aradan qaldırılması məqsədilə Səfirlik "CV. Indo Prima Sarana" və "Karisma Publishing Group" nəşriyyat şirkətlərinə 14 noyabr 2006-cı ildə yazılı şəkildə müraciət etmişdir. Məsələ ilə əlaqədar İndoneziya Respublikasının Milli Təhsil Naziri Bambanq Soedibyoya məktub 1 dekabr 2006-cı ildə göndərilmişdir.

Səfirlikdə 15 noyabr 2006-cı ildə Azərbaycan Neft Akademiyasının indoneziyalı məzunları ilə görüş keçirilmişdir.

Səfir İ.Hacıyev İndoneziyanın ən iri müsəlman təşkilatı olan Nahdlatul Ulamanın sədr müavini Rozi Munirlə 20 noyabr 2006-cı ildə görüşmüşdür.

Səfir İ.Hacıyev İndoneziyanın Milli Təhsil Naziri B.Soedibyo ilə 28 noyabr 2006-cı ildə görüşmüş, ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını müzakirə etmişdir.

Səfir İ.Hacıyev İndoneziyanın ikinci ən iri müsəlman təşkilatı olan Məhəmmədiyyənin sədri Din Syamsuddinlə 29 noyabr 2006-cı ildə görüşmüşdür.

Səfir İ.Hacıyev İndoneziya Respublikasının Rabitə və İnformasiya üzrə Dövlət Naziri Sofyan A. Cəlillə 5 dekabr 2006-cı ildə görüşmüş, ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını müzakirə etmişdir.

Səfirlikdə 18 yanvar 2007-ci ildə 20 yanvar 1990-cı il faciəsinin 17-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Səfir İ.Hacıyev İndoneziya Respublikası Nazirlər Kabinetinin katibi Sudi Silalahi ilə 25 yanvar 2007-ci ildə görüşmüş, ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını müzakirə etmişdir.

Səfir İ.Hacıyev etimadnamələrini Filippin Respublikasının Prezidenti Qloria Makapaqal-Arroyoya 30 yanvar 2007-ci ildə təqdim etmişdir.

İndoneziya Respublikası Nümayəndələr Palatasında İndoneziya-Azərbaycan İkitərəfli Əməkdaşlıq Qrupu 30 yanvar 2007-ci ildə yaradılmışdır.

2007-ci il yanvar ayının sonu-fevral ayının əvvəlində Cakartada baş vermiş daşqınlarla əlaqədar Səfirliyin əməkdaşları ərzaq məhsulları, içməli su, dərman preparatları və s. ibarət humanitar yardımı İndoneziyanın Qırmızı Xaç təşkilatına 8 fevral 2007-ci ildə təqdim etmişlər.

İndoneziyanın Syarif Hidayətullah adına Dövlət İslam Universitetində 22 fevral 2007-ci ildə Xocalı soyqırımının 15-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Səfir İ.Hacıyev İndoneziya Respublikası Nümayəndələr Palatasının Müdafiə, Xarici İşlər və İnformasiya məsələləri üzrə Komissiyasının sədri Teo L. Sambuaqa ilə 1 mart 2007-ci ildə görüşmüş, ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını müzakirə etmişdir.

Səfir İ.Hacıyev "Suara Pembaruan" qəzetinin baş redaktoru Vim Tanqkilisanın dəvəti ilə redaksiyada 7 mart 2007-ci ildə görüş keçirmişdir.

Səfir İ.Hacıyev İndoneziya Respublikası Nümayəndələr Palatasının Parlamentlərarası Əməkdaşlıq Komissiyasının sədri Abdillah Toha ilə 14 mart 2007-ci ildə görüşmüş, ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını müzakirə etmişdir.

İki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi imkanlarının araşdırılması məqsədilə Səfir İ.Hacıyev 21-22 mart 2007-ci ildə Bandunqa səfər etmişdir.

Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini Abbas Vəlibəyovun başçılıq etdiyi nümayəndə heyəti 26-28 mart 2007-ci ildə Cakartada keçirilən quş qripinin yayılmasının qarşısının alınması sahəsində yüksək səviyyəli toplantıda və toplantıya hazırlıqla bağlı ekspertlərin iclasında iştirak etmişdir.

İndoneziyanın Strateji Araşdırmalar İnstitutunda 29 mart 2007-ci ildə 31 mart- Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbir keçirilmişdir.

2007-ci ilin mart ayında Sumatrada zəlzələ və Coqcakartada təyyarə qəzası ilə əlaqədar Azərbaycanın Prezidenti İ.Əliyev və Xarici İşlər Naziri E.Məmmədyarov indoneziyalı həmkarlarına başsağlığı məktubları göndərmişlər.

Səfir İ.Hacıyev İndoneziya Respublikası Xarici İşlər Nazirliyinin baş katibi İmron Kotanla 10 aprel 2007-ci ildə görüşmüş, ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını müzakirə etmişdir.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov tərəfindən indoneziyalı həmkarına ünvanlanmış Azərbaycana səfərə dəvət məktubunun surəti 13 aprel 2007-ci ildə, əsli 11 iyun 2007-ci ildə qarşı tərəfə təqdim edilmişdir

İndoneziya Respublikası Xarici İşlər Nazirliyi İnformasiya və İctimai Diplomatiya baş idarəsinin İnformasiya və Mətbuat idarəsinin rəisi vəzifəsini icra edən Dalton Sembirinq və "The Jakarta Post" qəzetinin xarici xəbərlər bölməsinin redaktoru Veeramalla Ancaya 26-28 aprel 2007-ci ildə Bakıda keçirilən "Dözümlülük və qarşılıqlı anlaşmanın inkişafında kütləvi informasiya vasitələrinin rolu" adlı beynəlxalq konfransda iştirak etmişlər.

Təcrübə mübadiləsi məqsədilə "AzRİP" kəndlərə sərmayə qoyuluşu layihəsinin yeddi nəfər əməkdaşı Beynəlxalq Valyuta Fondunun xətti ilə 28 aprel-8 may 2007-ci ildə İndoneziyaya səfər etmişlər.

İndoneziya Universitetinin Sosial və siyasi elmlər fakültəsinin Beynəlxalq əlaqələr şöbəsində 2 may 2007-ci ildə Azərbaycana həsr olunmuş tədbir keçirilmişdir.

Səfirlik 13-18 iyun 2007-ci ildə Soropadanda keçirilən "Soropadan Agro Expo III 2007" sərgisinin açılış mərasimində 13 iyun 2007-ci ildə iştirak etmişdir.

Əməkdaşlıq imkanlarının araşdırılması məqsədilə Asiya Texnologiya İnstitutunun (Tailand) prezidenti Səid İrandust və BMT Təlim və Tədqiqat İnstitutunun yüksək rütbəli əməkdaşı Niko Barito 18-21 iyun 2007-ci ildə Azərbaycana səfər etmişlər.

Səfir İ.Hacıyev İndoneziyanın sabiq prezidenti Əbdürrəhman Vahidlə 7 sentyabr 2007-ci ildə görüşmüş, ikitərəfli və çoxtərəfli məsələləri müzakirə etmişdir.

Səfir İ.Hacıyev İndoneziyanın sabiq prezidenti Meqavati Soekarnoputri ilə 20 sentyabr 2007-ci ildə görüşmüş, ikitərəfli və çoxtərəfli məsələləri müzakirə etmişdir.

Səfir İ.Hacıyev Syarif Hidayətullah adına Dövlət İslam Universitetinin rektoru Komaruddin Hidayətlə 4 oktyabr 2007-ci ildə görüşmüş, ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını müzakirə etmişdir.

Müqəddəs Ramazan ayı münasibətilə Səfirlik "Sayap Ibu" kimsəsiz uşaq evinə 4 oktyabr 2007-ci ildə yardım etmişdir.

GUAM- Demokratiya və İqtisadi İnkişaf Təşkilatının 10-cu ildönümü ilə əlaqədar Səfirlik mətbuat brifinqini 8 oktyabr 2007-ci ildə keçirmişdir.

Səfir İ.Hacıyev İndoneziya Respublikasının Kommunikasiya və İnformasiya üzrə Dövlət Naziri Məhəmməd Nuhla 9 oktyabr 2007-ci ildə görüşmüş, ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını müzakirə etmişdir.

İndoneziya Respublikasının Tehrandakı Səfirliyinin birinci katibi Suqenq Vahono və ikinci katibi Herian Yuliansyah 22-23 oktyabr 2007-ci ildə Bakıda keçirilən İKT-yə üzv dövlətlərin hüquq-mühafizə orqanları rəhbərlərinin Konfransına hazırlıq üçün ekspertlərin görüşündə iştirak etmişlər.

Səfir İ.Hacıyev İndoneziyanın Kommunikasiya və İnformasiya üzrə Dövlət Naziri M.Nuhla 5 noyabr 2007-ci ildə görüşmüş, ikitərəfli və çoxtərəfli məsələləri müzakirə etmişdir.

Azərbaycan Respublikasının Ədliyyə Naziri, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (İAACA) vitse-prezidenti Fikrət Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti 21-24 noyabr 2007-ci ildə Balidə keçirilən İAACA-nın 2-ci illik iclası və ümumi toplantısında iştirak etmişdir.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli hidrometeorologiya idarəsinin rəis müavini Umayra Tağıyeva 3-14 dekabr 2007-ci ildə Balidə keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının İqlim Dəyişikliyi üzrə Konfransında iştirak etmişdir.

Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) baş direktoru Aslan Aslanovun başçılıq etdiyi nümayəndə heyəti 9-14 dekabr 2007-ci ildə Cakartada keçirilən Asiya-Sakit okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) 13-cü ümumi toplantısında iştirak etmişdir. Antaranın 70-ci ildönümü ilə bağlı mərasimdə AzərTAc-ın baş direktoru A.Aslanov və İndoneziya Milli Xəbər Agentliyinin (Antara) baş direktoru Əhməd Muxlis Yusuf Azərbaycan Dövlət Teleqraf Agentliyi və İndoneziya Milli Xəbər Agentliyi arasında informasiya mübadiləsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunu 13 dekabr 2007-ci ildə imzalamışlar.

Əməkdaşlıq imkanlarının araşdırılması məqsədilə İndoneziya Ticarət və Sənaye Palatasının Rusiya və MDB ölkələri üzrə Komitəsinin baş katibi Rusli Rəşid və "Indorama" şirkətinin xarici əlaqələr üzrə direktoru Arun Taneca 13-20 dekabr 2007-ci ildə Azərbaycana səfər etmişlər.

Əməkdaşlıq imkanlarının araşdırılması məqsədilə BMT Təlim və Tədqiqat İnstitutunun yüksək rütbəli əməkdaşı N.Barito və "Damba Intra" şirkətinin vitse-prezidenti Maman Suryaman 21-26 dekabr 2007-ci ildə Azərbaycana səfər etmişlər.

Səfirlikdə 17 yanvar 2008-ci ildə 20 yanvar 1990-cı il faciəsinin 18-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri Ramiz Rzayevin başçılıq etdiyi nümayəndə heyəti 28 yanvar-1 fevral 2008-ci ildə Balidə keçirilən Korrupsiya əleyhinə BMT Konvensiyasını ratifikasiya etmiş Üzv-Dövlətlərin Konfransının 2-ci iclasında iştirak etmişdir.

İndoneziyanın sabiq prezidenti Məhəmməd Soehartonun vəfatı ilə əlaqədar Azərbaycan Prezidenti İ.Əliyev İndoneziya Prezidenti S.B.Yudhoyonoya başsağlığı məktubunu 29 yanvar 2008-ci ildə göndərmişdir.

Səfir İ.Hacıyev Batamda Həcc Xəstəxanasının Bünövrəsinin qoyulması mərasimində 14 fevral 2008-ci ildə iştirak etmişdir.

Səfir İ.Hacıyev İndoneziya Nümayəndələr Palatasının Sədri A.Laksono ilə 15 fevral 2008-ci ildə görüşmüş, Yeni Azərbaycan Partiyası tərəfindən 7 may 2008-ci ildə Bakıda təşkil olunan Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 85-illik yubileyinə həsr edilmiş "Demokratiya və sabitlik naminə: əməkdaşlığın yeni imkanları" mövzusunda beynəlxalq konfransa və Azərbaycan Milli Məclisinin Sədri O.Əsədov tərəfindən ünvanlanmış Azərbaycan Parlamentinin yaranmasının 90-illik yubileyi münasibətilə 18-20 iyun 2008-ci ildə Bakıda keçirilən təntənəli tədbirlərə dəvət məktublarını təqdim etmişdir.

Xocalı soyqırımının 16-cı ildönümünə həsr olunmuş tədbirlər İndoneziya Elmlər İnstitutunda 18 fevral 2008-ci ildə və Cakarta Dövlət Universitetində 21 fevral 2008-ci ildə keçirilmişdir.

Səfir İ.Hacıyev Cakarta əyalətinin qubernatoru Fauzi Bovo ilə 5 mart 2008-ci ildə görüşmüş, Bakı İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov tərəfindən ünvanlanmış təbrik məktubunu təqdim etmiş, əməkdaşlıq imkanlarını müzakirə etmişdir.

Səfir İ.Hacıyev İndoneziya Botanika Bağları Fondunun sədri M.Soekarnoputrinin himayəsi altında 8-9 mart 2008-ci ildə keçirilən "Beduquldakı (Bali) Eka Karya Botanika Bağlarına Tur"da iştirak etmişdir.

İndoneziyanın Trisakti Universitetində 28 mart 2008-ci ildə 31 mart- Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbir keçirilmişdir.

Səfir İ.Hacıyev İndoneziya Respublikası Xarici İşlər Nazirliyinin Tədris və Təlim Mərkəzinin direktoru Darmanscah Cumala ilə 31 mart 2008-ci ildə görüşmüş, Azərbaycan Diplomatik Akademiyası ilə Mərkəz arasında əməkdaşlıq imkanlarını müzakirə etmişdir.

İndoneziya Respublikasının Baş Prokuroru Hendarman Supancinin başçılıq etdiyi nümayəndə heyəti 31 mart-2 aprel 2008-ci ildə Bakıda keçirilən İAACA İcraiyyə Komitəsinin iclasında iştirak etmişdir. Səfir İ.Hacıyev tədbir və Azərbaycan barədə təəssüratların öyrənilməsi məqsədilə H.Supanci ilə 23 aprel 2008-ci ildə görüşmüşdür.

İndoneziyanın Surya İnstitutunun direktoru Srisetiovati Seifulun başçılığı ilə İnstitutun tələbəsi Adrien Trinovia Sulistyo 1-6 aprel 2008-ci ildə Bakıda keçirilən Beynəlxalq Ətraf Mühit Layihəsi Olimpiadasında iştirak etmişdir.

Le Meridien mehmanxanasında 8 aprel 2008-ci ildə Azərbaycan Xarici İşlər Nazirliyi və Heydər Əliyev Fondunun birgə hazırladıqları "Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması" kitabının təqdimat mərasimi keçirilmişdir.

Steven Maykl Vestberqin başçılıq etdiyi Cakarta Beynəlxalq Məktəbinin müəllim və şagird heyəti 10-13 aprel 2008-ci ildə Bakıda keçirilən Beynəlxalq Məktəblərin Teatrları Assosiasiyasının Festivalında iştirak etmişdir.

İndoneziya Respublikası Nümayəndələr Palatasının üzvləri Atte Suqandi (Demokrat Partiyası) və Lena Maryana (Birlik və İnkişaf Partiyası) 7 may 2008-ci ildə Bakıda keçirilən "Demokratiya və sabitlik naminə: əməkdaşlığın yeni imkanları" mövzusunda beynəlxalq konfransda iştirak etmişlər.

İndoneziyanın Xarici İşlər Naziri H.Virayuda 11-12 may 2008-ci ildə Azərbaycanda rəsmi səfərdə olmuş, Prezident İ.Əliyev, Baş Nazir Artur Rasi-zadə, Parlamentin Sədri O.Əsədov, Xarici İşlər Naziri E.Məmmədyarovla görüşmüşdür.

H.Virayuda İndoneziya Prezidenti S.B.Yudhoyonodan Azərbaycan Prezidenti İ.Əliyevə İndoneziyaya rəsmi səfər etmək üçün dəvət məktubu gətirmiş və özü Nazir E.Məmmədyarovu ölkəsinə dəvət etmişdir. 

Səfər çərçivəsində biznes-forum keçirilmiş, iki saziş, "Azərbaycan Respublikası Hökuməti və İndoneziya Respublikası Hökuməti arasında iqtisadi və texniki əməkdaşlıq haqqında Saziş" və "Azərbaycan Respublikası Hökuməti və İndoneziya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport daşıyıcılarının vizasız gediş-gəlişi haqqında Saziş" imzalanmışdır.

Trisakti Universitetində 16 may 2008-ci ildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 85-illik yubileyinə və Azərbaycan Demokratik Respublikasının yaranmasının 90-illik yubileyinə həsr edilmiş "Azərbaycan İndoneziya tələbələrinin gözü ilə" müsabiqəsinin qaliblərinə mükafatların təqdim edilməsi tədbiri keçirilmişdir. Tədbirdə Ümummillli Lider barədə foto-sərgi nümayiş etdirilmişdir.

Səfir İ.Hacıyev sərmayələrin təşviqi məqsədilə İndoneziya Xarici İşlər Nazirliyinin və Papua əyaləti hökumət orqanlarının dəvəti ilə 21-23 may 2008-ci ildə Papua əyalətinə səfər etmişdir.

Borobudur mehmanxanasında 28 may- Respublika Günü münasibətilə rəsmi qəbul 28 may 2008-ci ildə təşkil olunmuşdur. İndoneziyanın Ətraf Mühit üzrə Dövlət Naziri R.Vitoelar tədbirdə Əsas Qonaq qismində iştirak etmiş, Azərbaycan Respublikasının rəhbərliyi və xalqını bu əlamətdar gün münasibətilə təbrik etmişdir.

"Beynəlxalq Xəzər Neft və Qaz 2008" sərgisində iştirak etmək məqsədilə "Indorama" şirkətinin xarici əlaqələr üzrə direktoru A.Taneca, layihələr üzrə meneceri Dipu Sivadas 2-6 iyun 2008-ci ildə Azərbaycana səfər etmişlər.

"The Jakarta Post" qəzetinin xarici xəbərlər bölməsinin redaktoru V.Ancaya və "PT. Schuurmans Indonesia Mentari Travel Services" şirkətinin baş direktoru Laura Şuurmans 10-11 iyun 2008-ci ildə Bakıda keçirilən "Mədəniyyətlərarası Dialoqda Qadınların Rolu" adlı beynəlxalq forumda iştirak etmişlər.

İndoneziya Respublikası Nümayəndələr Palatasının Qolkar partiyası fraksiyasının başçısı Priyo Budi Santosonun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Parlamentinin yaranmasının 90-illik yubileyi münasibətilə 18-20 iyun 2008-ci ildə Bakıda keçirilən təntənəli tədbirlərdə iştirak etmişdir.

Azərbaycandan Maksud Tuayev 23-30 iyun 2008-ci ildə Banduqda keçirilən 2008 Beynəlxalq Gənclər Forumunda iştirak etmişdir.

Səfirliyin birinci katibi Mətin Mirzəyev 14 iyul 2008-ci ildə Cakartada keçirilən Fələstin hökumətinin qurulması üçün kadrların hazırlanması və infrastrukturun yaradılmasına həsr olunmuş Asiya-Afrika Yeni Strateji Tərəfdaşlığının Nazirlər səviyyəsində Konfransında iştirak etmişdir.

Azərbaycan Dillər Universitetinin tələbələri Elmar İskəndərov, Günel Bayramova və Ülkər Qafarlı İndoneziya Xarici İşlər Nazirliyinin 2 avqust-31 oktyabr 2008-ci ildə təşkil etdiyi "2008-ci il İndoneziya İncəsənəti və Mədəniyyəti Təqaüdü" proqramında iştirak etmişlər.

Azərbaycan Dillər Universitetinin professoru Həbib Zərbəliyev ölkənin müstəqilliyinin 63-cü ildönümü münasibətilə İndoneziya hökumətinin 13-19 avqust 2008-ci ildə təşkil etdiyi "İndoneziya Prezidentinin Dostları" adlanan proqramda iştirak etmişdir.

N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika fakültəsinin dekanı Mirzəli Murquzov, fakültənin müəllimi Rəna Məmmədovanın başçılığı ilə Türk liseyinin şagirdi Umid Ağazadə 19-28 avqust 2008-ci ildə Bandunqda keçirilən Astronomiya və Astrofizika üzrə 2-ci Beynəlxalq Olimpiadada iştirak etmişdir.

Səfir İ.Hacıyev İndoneziyanın Kommunikasiya və İnformasiya üzrə Dövlət Naziri M.Nuhla 1 sentyabr 2008-ci ildə görüşmüş, Dövlət Nazirinin Azərbaycana planlaşdırılan səfərini müzakirə etmişdir.

Antara-nın baş direktoru Ə.M.Yusuf 1-4 sentyabr 2008-ci ildə Bakıda keçirilən OANA İcraiyyə Komitəsinin "Qloballaşan dünyada informasiya hamı üçün" mövzusunda 30-cu iclasında iştirak etmişdir. Səfir İ.Hacıyev Ə.M.Yusufla 11 sentyabr 2008-ci ildə görüşmüş, ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını müzakirə etmişdir.

Səfir İ.Hacıyev İndoneziya Respublikası Konstitusiya Məhkəməsinin Sədri Məhəmməd Mahfudla 25 sentyabr 2008-ci ildə görüşmüş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayev tərəfindən ünvanlanmış təbrik məktubunu təqdim etmiş, əməkdaşlıq imkanlarını müzakirə etmişdir.

Müqəddəs Ramazan ayı münasibətilə Səfirlik Fövqəladə Hallarda Tibbi Xilasetmə Komitəsi vasitəsilə ehtiyacı olanlara 24 sentyabr 2008-ci ildə yardım etmişdir.

Azərbaycan Diplomatik Akademiyasının əməkdaşları Fariz İsmayılzadə və Taleh Ziyadov 7-9 oktyabr 2008-ci ildə İndoneziyaya səfər edərək, 8 oktyabrda İndoneziya Xarici İşlər Nazirliyinin Tədris və Təlim Mərkəzində "Azərbaycan, Qafqaz və Mərkəzi Asiya", "Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu", "Xəzər dənizi regionunda təhlükəsizliklə bağlı təhdidlər" və "Azərbaycan və Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri" mövzularında mühazirələrlə çıxış etmiş, Mərkəzin direktoru D.Cumala ilə görüşmüşlər.

Səfir İ.Hacıyev 31 oktyabr 2008-ci ildə Coqcakartada keçirilən "2008-ci il İndoneziya incəsənəti və mədəniyyəti təqaüdü" adlı proqramın buraxılış mərasimində iştirak etmişdir.

İndoneziyadan Əhməd Zahir 5-8 noyabr 2008-ci ildə Bakıda keçirilən "İslamofobiya və dini və ya əqidə ayrıseçkiliyinin müxtəlif növləri: gənclərə təsiri və qarşısının alınmasında gənclərin fəaliyyəti" adlı beynəlxalq konfransda iştirak etmişdir.

Azərbaycan İxrac və İnvestisiyaların Təşviqi Fondunun nümayəndə heyəti 26-27 noyabrda Balikpapanda keçirilən "Cənubi və Mərkəzi Asiya: Ticarət-sərmayələrin birgə təşviqi və biznes forum" adlı forumda iştirak etmək üçün 26-29 noyabr 2008-ci ildə İndoneziyaya səfər etmiş, 28 noyabrda İqtisadiyyat üzrə Əlaqələndirmə Nazirliyində, İndoneziya Ticarət və Sənaye Palatasında və Sərmayələr üzrə Əlaqələndirmə Şurasında görüşlər keçirmişdir.

M.Mirzəyev 10-11 noyabr 2008-ci ildə Balidə keçirilən Bali Demokratiya Forumunun Hazırlıq işləri üzrə Ekspertlər Qrupunun İclasında, 10-11 dekabr 2008-ci ildə keçirilən Bali Demokratiya Forumunda iştirak etmişdir.

Səfirlik ingilis və bahasa İndoneziya dillərində "Ermənistan-Azərbaycan münaqişəsi" adlı kitab və kitabça, "Böyük İpək Yolu və Azərbaycan", "Azərbaycan xalçaları" və "Turistlər üçün məlumat" adlı kitablar nəşr etdirmiş, Azərbaycan mədəniyyətini əks etdirən DVD hazırlamış, İndoneziya rəsmiləri, siyasi və ictimai xadimləri, regionları, elm və təhsil mərkəzləri və kütləvi informasiya vasitələri arasında yaymışdır.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 85-illik yubileyi münasibətilə Səfirlik poçt markası nəşr etdirmiş, İndoneziya rəsmiləri, siyasi və ictimai xadimləri, regionları, elm və təhsil mərkəzləri və kütləvi informasiya vasitələri arasında yaymışdır.

Heydər Əliyev Fondunun hazırladığı Milli Lider Heydər Əliyev haqqında DVD və "Qarabağ Həqiqətləri" bukletlər toplusu İndoneziya ictimaiyyəti arasında yayılmışdır.

Səfirlik Azərbaycan tərəfindən BMT Baş Assambleyasında və Təhlükəsizlik Şurasında rəsmi sənəd kimi yayılmış "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüzünün hüquqi nəticələri", "Ermənistanın revizionist iddiaları kontekstində dövlətlərin ərazi bütövlüyü fundamental norması və öz müqəddəratını təyin etmə hüququ" və "Azərbaycan ərazilərinin hərbi işğalçısı kimi Ermənistanın beynəlxalq-hüquqi məsuliyyəti"nə dair məruzələri kitab şəklində hazırlamış, İndoneziya rəsmiləri, siyasi və ictimai xadimləri, elm və təhsil mərkəzləri və kütləvi informasiya vasitələri arasında yaymışdır.

Səfirlik Azərbaycan və İndoneziya bayraqlarını əks etdirən döş nişanları hazırlamış, tədbirlər zamanı yaymışdır.

Səfirlik İndoneziya Xarici İşlər Nazirliyinin internet səhifəsi üçün Azərbaycan haqqında yeniləşdirilmiş məlumatlar təqdim etmişdir.

Milli bayramlar və digər vacib məsələlərlə əlaqədar Azərbaycan və İndoneziya Prezidentləri və Xarici İşlər Nazirləri arasında məktub mübadiləsi aparılır.

Azərbaycan və İndoneziya BMT, İKT və digər beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq edirlər. Beynəlxalq forumlarda iki ölkənin mövqeləri bir-birinə yaxındır və ya üst-üstə düşür. Hər iki ölkə separatçılığa və beynəlxalq terrorçuluğa qarşı mübarizənin fəal iştirakçısıdır.

İndoneziya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq qanunun hamılıqla tanınmış norma və prinsiplərinə uyğun olaraq, dövlətlərin ərazi bütövlüyü, beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığı əsasında sülh yolu ilə həllini, müvafiq BMT TŞ qətnamələrinin, İKT və ATƏT-in qərarlarının yerinə yetirilməsini davamlı olaraq dəstəkləmişdir. Azərbaycanın BMT Baş Assambleyasının 62-ci sessiyasında irəli sürdüyü "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı qətnamə layihəsini 14 mart 2008-ci ildə keçirilən səsvermədə İndoneziya dəstəkləmiş, qeyd olunan qətnamənin icrası üzrə BMT Baş Katibinin hesabatına daxil edilməsi üçün Azərbaycanın maraqlarına uyğun məlumatı BMT-yə təqdim etmişdir.

2008-ci ildə Azərbaycanla İndoneziya arasında ticarət dövriyyəsi $1,416.7 milyon olmuşdur.

İndoneziyada səkkiz azərbaycanlı var, 20-yə yaxın indoneziyalı Azərbaycanda çoxmillətli şirkətlərdə çalışır.

Syarif Hidayətullah adına Dövlət İslam Universitetinin Ədəbiyyat və humanitar elmlər fakültəsində 20 yanvar 2009-cu ildə Azərbaycan Guşəsinin açılış mərasimi və "Baki Faciəsi" adlı seminar keçirilmişdir.

İki ölkə arasında iqtisadi sahədə əməkdaşlıq imkanlarının araşdırılması məqsədilə Səfir İ.Hacıyev Şimali Sumatra əyalətinin qubernatorunun dəvəti ilə 30 yanvar-1 fevral 2009-cu ildə əyalətə səfər etmişdir.

Səfir İ.Hacıyev İndoneziya Respublikası Xarici İşlər Nazirinin yeni təyin olunmuş müavini Triyono Vibovo ilə 4 fevral 2009-cu ildə görüşmüş, ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını müzakirə etmişdir.

Səfir İ.Hacıyev İndoneziyanın "TVRI" dövlət televiziya kanalının "Jendela Dunya" (Dünyaya Çıxış) verilişi üçün Azərbaycan barədə müsahibəni 10 fevral 2009-cu ildə vermiş, veriliş 6 martda nümayiş etdirilmişdir.

Manhetten mehmanxanasında 19 fevral 2009-cu ildə Xocalı soyqırımının 17-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

İki ölkə arasında iqtisadi sahədə əməkdaşlıq imkanlarının araşdırılması məqsədilə Səfir İ.Hacıyev Mərkəzi Cava əyalətinin qubernatorunun dəvəti ilə 21-23 fevral 2009-cu ildə əyalətə səfər etmişdir.

İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın dəstəyi ilə həyata keçirilən "Xocalıya Ədalət" beynəlxalq kompaniyasının saytının ünvanı İndoneziyanın aparıcı kütləvi informasiya vasitələri arasında 25 fevral 2009-cu ildə yayılmışdır.

Səfir İ.Hacıyev 2-3 mart 2009-cu ildə Cakartada keçirilən "Ərzaq və enerji təhlükəsizliyi, dünya iqtisadi böhranının nəticələrinin aradan qaldırılması" mövzusunda Beşinci Dünya İslam İqtisadi Forumunda iştirak etmişdir.

AzərTAc-ın əməkdaşları Taleh Quliyev və Aydın Məmmədov AzərTAc-la Antara arasında əməkdaşlıq çərçivəsində 3-10 mart 2009-cu ildə İndoneziyaya səfər etmişlər.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun müdiri Mahir Qəhrəmanov 30 mart-2 aprel 2009-cu ildə Balidə keçirilən "Turizm: Yeni iş yerlərinin Yaradılması Vasitəsi" adlı BMT Ümumdünya Ticarət Təşkilatının Turizm Statistikası üzrə 5-ci Beynəlxalq Konfransında iştirak etmişdir.

"Kharisma Bangsa" İndoneziya-türk məktəbində 31 mart 2009-cu ildə 31 mart- Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbir keçirilmişdir.

Yeniyetmələr arasında Beynəlxalq Elm Olimpiadasının Prezidenti Masno Qintinq Yeniyetmələr arasında 6-cı Beynəlxalq Elm Olimpidasına hazırlıqla əlaqədar 1-5 aprel 2009-cu ildə Azərbaycana səfər etmişdir.

Mesut Orhanın başçılıq etdiyi "PASIAD (Sakit Okean Ölkələri ilə Sosial və İqtisadi Həmrəylik Assosiasiyası) Indonesia" təşkilatının müəllim və şagird heyəti 1-5 aprel 2009-cu ildə Bakıda keçirilən Beynəlxalq Ətraf Mühit Layihəsi Olimpiadasında iştirak etmişdir.

Azərbaycan Respublikasının Maliyyə Naziri Samir Şərifovun başçılıq etdiyi nümayəndə heyəti 2-5 may 2009-cu ildə Balidə keçirilən Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurasının 42-ci illik iclasında iştirak etmişdir. Səfir İ.Hacıyev nümayəndə heyətini müşayiət etmiş, iclasda iştirak etmişdir.

İndoneziyanın Driyarkara İnstitutunda 8 may 2009-cu ildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

JW Marriott mehmanxanasında 28 may 2009-cu ildə 28 may- Respublika Günü münasibətilə rəsmi qəbul təşkil olunmuşdur. İndoneziya Respublikasının Qadınların Hüquqları üzrə Dövlət Naziri Meutia Farida Hatta tədbirdə Əsas Qonaq qismində iştirak etmiş, Azərbaycan Respublikasının rəhbərliyi və xalqını bu əlamətdar gün münasibətilə təbrik etmişdir.

28 May- Respublika Günü münasibətilə "The Jakarta Post" qəzeti "Azərbaycanla İndoneziya arasında ticarət $1.41 milyarda yüksəlmişdir" başlığı altında Səfir İ.Hacıyevin müsahibəsini dərc etmiş, Cakarta Dövlət Universitetində "Azərbaycan İndoneziya tələbələrinin gözü ilə" müsabiqəsi keçirilmişdir.

Müvəqqəti işlər vəkili M.Mirzəyev 8-9 iyun 2009-cu ildə Cakartada keçirilən Fələstin Məsələsinə dair BMT-nin Asiya-Sakit Okean Regionu üzrə İclasında iştirak etmişdir.

İndoneziya Nümayəndələr Palatasında fəaliyyət göstərən İndoneziya-Azərbaycan ikitərəfli əməkdaşlığı üzrə qrup 21-24 iyun 2009-cu ildə Azərbaycana səfər etmiş, Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, Xarici İşlər Nazirinin müavini Mahmud Məmməd-Quliyev, Milli Məclisin Azərbaycan-İndoneziya parlamentlərarası əlaqələri üzrə işçi qrupunun rəhbəri Bəxtiyar Əliyev və üzvləri, Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşmüş, Ümummilli Lider Heydər Əliyevin məzarına və Şəhidlər Xiyabanına gül çələngləri qoymuş, Heydər Əliyev Fondu, Azərbaycan Dillər Universiteti və Səngəçal neft terminalında olmuşdur.

"Roving Insight Executive and Diplomatic Club" təşkilatının veb saytında Səfirliyin fəaliyyəti barədə məlumat yerləşdirilmişdir.

Dünya Bankının İndoneziya ofisinin əməkdaşları Ahya İhsan və Timoti Con Bulman 8-9 iyul 2009-cu ildə Bakıda keçirilən Azərbaycan diplomatik xidmətinin 90 illiyinə həsr olunmuş ԁzərbaycanın xarici siyasətiԠadlı beynəlxalq konfransda iştirak etmişlər.

Azərbaycan Dillər Universitetinin tələbələri Leyla Həziyeva, Xanım Əliyeva və Elmir Bədəlov İndoneziya Xarici İşlər Nazirliyinin 29 iyul 2009-cu ildən etibarən üç ay müddətində təşkil etdiyi Ӳ009-cu il İndoneziya İncəsənəti və Mədəniyyəti TəqaüdüԠproqramında iştirak etmişlər.

ԔVRIԠdövlət televiziya kanalı tərəfindən İndoneziyanın Müstəqillik gününə həsr edilmiş veriliş üçün Səfir İ.Hacıyevdən 14 avqust 2009-cu ildə alınmış müsahibə 17 avqustda efirə verilmişdir.

Səfirlikdə 20 avqust 2009-cu ildə Ümid Beynəlxalq Məktəbinin müəllim və şagird heyəti ilə görüş keçirilmişdir.

Səfirlik 21-24 avqust 2009-cu ildə Semaranqda keçirilən İkinci Ali Təhsil Jurnalı Sərgisində iştirak etmiş, sərgidə Azərbaycan və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə kitab, jurnal və DVD-lər nümayiş etdirilmişdir.

İndoneziya Prezidenti Azərbaycan Dillər Universitetinin professoru Həbib Zərbəliyevi ԍədəniyyət sahəsində xidmətlərinə görəԠordeni ilə təltif etmişdir. Orden İndoneziyanın İranda və eyni zamanda Azərbaycandakı səfiri tərəfindən Tehranda İndoneziyanın Milli günü münasibətilə keçirilən mərasimdə təqdim edilmişdir.

Qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirəsi məqsədilə İndoneziyanın ԐertaminaԠneft və qaz şirkətinin əməkdaşları Rukmi Hadihartini və Rusnaedi Cohari 3-4 sentyabr 2009-cu ildə Azərbaycana səfər etmişlər.

7 sentyabr 2009-cu ildə İndoneziya Milli Kitabxanasında Azərbaycan Fondunun yaradılmasına həsr olunmuş tədbir keçirilmişdir.

Müqəddəs Ramazan ayı münasibətilə Səfirlik ԋampung MelayuԠkimsəsiz uşaq evinə 15 sentyabr 2009-cu ildə yardım etmişdir.

Səfirliyin müşaviri M.Mirzəyev 12 oktyabr 2009-cu ildə Cakartada keçirilən Asiya-Afrika Yeni Strateji Əməkdaşlığının Yüksək Vəzifəli Şəxslərinin iclasının açılış mərasimində iştirak etmişdir.

İndoneziya Xarici İşlər Nazirliyinin təşkil etdiyi Diplomatik Tur çərçivəsində iki ölkə arasında iqtisadi sahədə əməkdaşlıq imkanlarının araşdırılması məqsədilə Səfir İ.Hacıyev 15-17 oktyabr 2009-cu ildə Surabayaya səfər etmişdir.

Səfir İ.Hacıyev 18 oktyabr 2009-cu ildə Soloda keçirilən Ӳ008-ci il İndoneziya İncəsənəti və Mədəniyyəti TəqaüdüԠproqramının buraxılış mərasimində iştirak etmişdir.

Azərbaycan Dövlət Neft şirkətinin prezidenti Rövnəq Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti 29 oktyabr 2009-cu ildə İndoneziyaya səfər etmiş, ԐertaminaԠneft və qaz şirkətinin rəhbərliyi ilə qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə etmişdir.

Ԙocalıya ədalətԠkampaniyasının İndoneziya üzrə əlaqələndiricisi İmas Çoirun Nisa Fuciati 1-4 noyabr 2009-cu ildə Bakıda keçirilən Ԓəqəmsal texnologiyalar dövrü və yeni nəsil: İnformasiya kommunikasiya texnologiyaları sahəsində gənclərin biliklərinin artırılmasıԠmövzusunda I beynəlxalq konfransda, konfrans çərçivəsində təşkil olunan Ԙocalıya ədalətԠkampaniyasının təqdimatında, kampaniyanın əlaqələndiriciləri ilə görüşdə iştirak etmişdir.

Səfir İ.Hacıyev 2 noyabr 2009-cu ildə keçirilən Azərbaycan Dövlət Neft şirkətinin Sinqapurda təmsilçiliyinin (SOCAR Trading Singapore) açılış mərasimində iştirak etmişdir.

Səfir İ.Hacıyev İndoneziya Respublikası Nümayəndələr Palatasının Müdafiə, Xarici İşlər və İnformasiya Komissiyasının sədri Kemal Azis Stamboellə 11 noyabr 2009-cu ildə görüşmüş, ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını müzakirə etmişdir.

Ԕhe Jakarta PostԠqəzetinin xarici əlaqələr bölməsinin redaktoru V.Ancaya, publisist və iş adamı L.Şuurmans, Driyarkara Fəlsəfə İnstitutunun professoru Franz Maqnis-Suseno SJ və Lampunqdakı Raden İntan adına Dövlət İslam İnstitutunun magistratura və doktorantura təhsili üzrə direktoru Van Cəmaluddin 11-12 noyabr 2009-cu ildə Bakıda keçirilən İslam Konfransı Təşkilatının 40 illiyi yubileyinə həsr edilmiş ԓivilizasiyalararası dialoq: Azərbaycandan baxışԠbeynəlxalq konfransında iştirak etmişlər.

Səfir İ.Hacıyev İndoneziya Respublikası Xalq Məşvərət Məclisinin Sədri Taufik Kiemasla 24 noyabr 2009-cu ildə görüşmüş, ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını müzakirə etmişdir.

İndoneziyadan beş alim 29 noyabr-6 dekabr 2009-cu ildə Bakıda keçirilən Ԛəlzələnin əvvəlcədən müəyyən edilməsi üzrə beynəlxalq sistemin effektiv inkişafı məsələləriԠmövzusunda beynəlxalq elmi seminarda iştirak etmişdir.

Yeniyetmələr arasında Beynəlxalq Elm Olimpiadasının Prezidenti M.Qintinq, Əhməd Ridvanın başçılıq etdiyi İndoneziya nümayəndə heyəti 2-11 dekabr 2009-cu ildə Bakıda keçirilən Yeniyetmələr arasında 6-cı Beynəlxalq Elm Olimpiadasında iştirak etmişlər.

Səfir İ.Hacıyev İndoneziya Respublikası Region Nümayəndələri Palatasının Sədri İrman Qusmanla 30 noyabr 2009-cu ildə görüşmüş, ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını müzakirə etmişdir.

Səfir İ.Hacıyev İndoneziya Respublikasının Prezident yanında inkişaf proqramlarının həyata keçirilməsi və nəzarət bölməsinin başçısı Kuntoro Manqkusubroto ilə 1 dekabr 2009-cu ildə görüşmüş, ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını müzakirə etmişdir.

Səfir İ.Hacıyev İndoneziya Respublikasının Ətraf Mühit üzrə Dövlət Naziri Qusti Məhəmməd Hatta ilə 8 dekabr 2009-cu ildə görüşmüş, ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını müzakirə etmişdir.

Səfir İ.Hacıyev 10-11 dekabr 2009-cu ildə Balidə keçirilən İkinci Bali Demokratiya Forumunda iştirak və çıxış etmişdir.

Səfir İ.Hacıyev İndoneziya Respublikası Nümayəndələr Palatasının Sədri Marzuki Əli ilə 14 dekabr 2009-cu ildə görüşmüş, ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını müzakirə etmişdir.

Səfir İ.Hacıyev İndoneziya Respublikasının Qadın və Uşaqların Hüquqlarının Qorunması üzrə Dövlət Naziri Linda Amalia Sari ilə 15 dekabr 2009-cu ildə görüşmüş, ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını müzakirə etmişdir.

Azərbaycan 30 sentyabr 2009-cu ildə Qərbi Sumatrada baş vermiş zəlzələnin nəticələrini aradan qaldırmaq məqsədilə İndoneziyaya $30 min məbləğində yardım etmişdir. Yardım 30 dekabr 2009-cu ildə Fəlakətlərin İdarə edilməsi üzrə Milli Agentliyin bank hesabına köçürülmüşdür.

2009-cu ildə ticarət dövriyyəsi $665 mln. olmuşdur: ixrac $661,2 mln., idxal 3.8 mln. təşkil etmişdir.

4 yanvar 2010-cu ildə Səfir İ.Hacıyev sabiq vitse-prezident Yusuf Kallaya İndoneziya Qırmızı Xaç Cəmiyyətinin sədri seçilməsi münasibətilə təbrik məktubu göndərmişdir.

7 yanvar 2010-cu ildə İ.Hacıyev xeyriyyə fəaliyyəti ilə məşğul olan Rahmania Fondunun sədri A.Rahman Abbası qəbul etmiş, qarşılıqlı əməkdaşlıq etmək arzusunu bildirmişdir.

8 yanvar, 2 fevral 2010-cu ildə Ԙocalıya ƏdalətԠkampaniyasının İndoneziya üzrə Milli Əlaqələndiricisi İmas Chourin Fujiati ilə səfirlikdə görüş keçirilmiş, kampaniyanın daha geniş ictimaiyyət arasında aparılması məqsədilə ona təkliflər, Xocalı faciəsi ilə bağlı DVD-lər verilmişdir.

12 yanvar 2010-cu ildə Cakarta İncəsənət İnstitutunda 20 Yanvar faciəsinin 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə İ.Hacıyev və Cakarta İncəsənət İnstitutunun rektoru Vaqiono Sunarto cıxış etmişlər. Tədbir iştirakçılarına qanlı faciə barədə məlumatlar verilmişdir.

Azərbaycan Milli Məclisinin Sədri Oqtay Əsədovun İndoneziya Nümayəndələr Palatasının Sədri seçilmiş Əli Marzukiyə təbrik məktubu 13 yanvar 2010-cu ildə qarşı tərəfə göndərilmişdir.

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırovun İndoneziyanın Ətraf Mühit üzrə Dövlət Naziri Qusti Muhammad Hattaya ünvanlanmış təbrik məktubu 13 yanvar 2010-cu ildə qarşı tərəfə göndərilmişdir.

Azərbaycanın İdman və Gəclər Naziri Azad Rəhimovun İndoneziyanın Gənclər və İdman üzrə Dövlət Naziri Andi Alfian Mallarangengə ünvanlanmış təbrik məktubu 13 yanvar 2010-cu ildə qarşı tərəfə göndərilmişdir.

Azərbaycanın Ədliyyə Naziri Fikrət Məmmədovun İndoneziyanın Ədliyyə və İnsan Hüquqları Naziri Patrialis Akbara ünvanlanmış təbrik məktubu 13 yanvar 2010-cu ildə qarşı tərəfə göndərilmişdir.

Azərbaycanın Sənaye və Enerji Naziri Natiq Əliyevin İndoneziyanın Sənaye Naziri Mohamad Suleyman Hidayata ünvanlanmış təbrik məktubu 13 yanvar 2010-cu ildə qarşı tərəfə göndərilmişdir.

Azərbaycanın İqtisadi İnkişaf Naziri Şahin Mustafayevin İndoneziyanın İqtisadi Məsələlər üzrə Əlaqələndirici Naziri Hatta Radjasaya ünvanlanmış təbrik məktubu 13 yanvar 2010-cu ildə qarşı tərəfə göndərilmişdir.

15 yanvar 2010-cu ildə İ.Hacıyev İndoneziyanın yeni təyin edilmiş Kommunikasiya və İnformasiya Texnologiyası Naziri Tifatul Sembrinqlə görüşmüşdür. Səfir Azərbaycanın rabitə və İnformasiya Texnologiyaları Naziri Əli Abbasovun indoneziyalı həmkarına təbrik və ölkəmizə səfərə dəvət olan məktubunu təqdim etmiş, iki ölkə hökumətləri arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında saziş layihəsinə baxılmasının tezləşdirilməsini xahiş etmişdir.

22 yanvar 2010-cu ildə İndoneziya Xarici İşlər Nazirliyinin internet səhifəsində İndoneziya hökumətinin Azərbaycanda səfirlik təsis etməsi qərarı açıqlanmışdır. (Qərar İndoneziya Prezidenti tərəfindən 23 dekabr 2009-cu ildə imzalanmışdır)

Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədovun İndoneziya Parlamenti Nümayəndələr Palatasının Sədri Marzuki Əliyə dəvət məktubuna cavab olaraq, 3 fevral 2010-cu ildə Parlamentin Baş Katibi Milli Məclisin Sədrinə məktub ünvanlamış və səfərin Sədr müavini Pramono Anunq Vibovo tərəfindən həyata keçiriləcəyini təklif etmişdir.

4 fevral 2010-cu ildə İndoneziyanın Bina Nusantara Universitetində Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar keçirilmiş tədbirdə müşavir M.Mirzəyev iştirak etmişdir.

9 fevral 2010-cu ildə İndoneziya Xarici İşlər Nazirliyi 30 sentyabr 2009-cu ildə Qərbi Sumatra əyalətində baş vermiş zəlzələ ilə əlaqədar 28 dekabr 2009-cu ildə Azərbaycan hökuməti tərəfindən İndoneziyaya ayrılmış $30.000 məbləğində humanitar yardımın alındığını təsdiq etmişdir.

İ.Hacıyev 12 fevral 2010-cu ildə İndoneziyanın yeni təyin edilmiş Sənaye Naziri Mohamad Hidayətlə görüşmüşdür. Səfirlik tərəfindən ticarət-iqtisadi məsələlərlə bağlı saziş layihələrinin İndoneziyanın nazirlik və idarələrində baxılmasının tezləşdirilməsinə yardım edilməsi xahiş edilmişdir.

15 fevral 2010-cu ildə Ԙocalı faciəsiԬ ԅrməni terroruԠfilmləri və yazıçı Erik Fayqlın Ԕerror mifiԠadlı kitabın elektron versiyaları İndoneziya Xarici İşlər Nazirliyinə göndərilmişdir.

İ.Hacıyev 19 fevral 2010-cu ildə İndoneziya Prezidenti Kabinetinin yeni rəhbəri Dipo Alam ilə görüşmüş, yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin vacibliyi, iki ölkə arasında hüquq-müqavilə bazasının yaradılması məsələlərinə toxunmuşdur.

Mərkəzdən alınmış Ԙocalı faciəsiԬ ԅrməni terroruԠfilmləri və yazıçı Erik Fayqlın Ԕerror mifiԠadlı kitabın elektron versiyaları, soyqırım barədə qısa məlumat 24 fevral 2010-cu ildə İndoneziyanın ԃomission for Disappearance, Victims of ViolenceԬ Ԍegal Aid İnstituteԬ Ԉuman Rights Working GroupԠqeyri-hökumət təşkilatlarına göndərilmişdir.

25 fevral 2010-cu ildə Səfirlikdə Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə ictimaiyyət nümayəndələri, o cümlədən Ԉarapan İbuԠməktəbinin müəllim və tələbələri, Ԋakarta PostԠqəzetinin xarici əlaqələr bölməsinin baş redaktoru V.Anjaiyah iştirak etmişlər.

26 fevral 2010-cu ildə Ԋakarta PostԠqəzetinin internet səhifəsində səfirlikdə keçirilmiş tədbirlə əlaqədar məqalə dərc edilmişdir.

27 fevral 2010-cu ildə Ԋakarta PostԠqəzetində tədbirə dair məqalə dərc edilmişdir.

İ.Hacıyev 05 mart 2010-cu ildə İndoneziya Parlamentinin Parlamentlərarası əməkdaşlıq idarəsinin rəhbəri Hidayət Nur Vahidlə görüşmüş, parlamentlərarası əlaqələrin genişləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq imkanlarını müzakirə etmişdir.

5-10 mart 2010-cu ildə Azərbaycanın Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun başçılıq etdiyi nümayəndə heyəti işgüzar səfərlə İndoneziyaya səfər etmişdir. Nazir Daxili İşlər Nazirinin müavini Aqunq Mulyani, Enerji və Təbii Sərvətlər Naziri Darvin Zadedi Salehlə, iş adamları ilə görüşmüşdür.

8 mart 2010-cu ildə İndoneziyanın ԓinar HarapanԠqəzetində Xocalı faciəsinin 18-ci ildönümü ilə bağlı səfirlikdə keçirilmiş tədbir barədə məlumat dərc edilmişdir.

9 mart 2010-cu ildə səfirliyin attaşeləri R.Abdullayev və V.Əliyev İndoneziya Xarici İşlər Nazirliyinin Cənubi və Mərkəzi Asiya ölkələri şöbəsinin müdiri D.E.Svasono ilə görüşmüşlər.

12 mart 2010-cu ildə İndoneziya Nümayəndələr Palatasının Sədr müavini Privo Budi Santoso tərəfindən İndoneziya və Azərbaycan Parlamentləri İkitərəfli Əməkdaşlıq Qrupunun yenilənmiş siyahısı təqdim olunmuşdur.

15 mart 2010-cu ildə səfriliyin müşaviri M.Mirzəyev İndoneziya Xarici İşlər Nazirliyinin Təhsil və Tədris Mərkəzinin institutlararası əməkdaşlıq və təqaüd bölməsinin müdiri Ernest Hadinoto ilə görüşmüş, Azərbaycan Diplomatik Akademiyası ilə Təhsil Mərkəzi arasında əməkdaşlıq, tələbə mübadiləsi barədə fikir mübadiləsi aparmışdır.

25 mart 2010-cu ildə səfirliyin attaşesi R.Abdullayev İndoneziya Xarici İşlər Nazirliyinin konsulluq idarəsinin rəis müavini Basana Sidaputar, viza şöbəsinin müşaviri Hanif Salim, viza və xarici texniki yardım şöbəsinin əməkdaşı Frauditto Suharyono ilə görüşmüşdür.

20-23 aprel 2010-cu ildə İndoneziya Parlamentinin Nümayəndələr Palatasının sədr müavini Pramono Anunq Vibovonun rəhbərlik etdiyi 9 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycana səfər etmiş, Milli Məclisin sədri O.Əsədov, İqtisadi İnkişaf naziri Ş.Mustafayev, Xarici İşlər Naziri E.Məmmədyarov, Mədəniyyət və Turizm nazirinin müavini S.Məmmədəliyeva ilə görüşmüş, qarşılıqlı maraq doğuran ikitərəfli və çoxtərəfli məsələləri müzakirə etmişdir.

11 may 2010-cu ildə Səfirlik tərəfindən ԁlilaԠhotelində Ümummilli lider Heydər Əliyevin 87-ci ildönümünə həsr olunmuş ԁzərbaycana İndoneziyadan baxışԠkitabının təqdimetmə mərasimi keçirilmişdir.

Mərasimdə İndoneziya Xarici İşlər Nazirliyinin İnformasiya və ictimai diplomatiya üzrə Baş Direktorluğunun rəisi Andri Hadi, Ԕhe Jakarta PostԠqəzetinin baş redaktoru Endi Bayuni, çoxsaylı jurnalistlər və TV əməkdaşları iştirak edərək çıxış etmişlər.

Təqdimetmə mərasimi barədə məlumat Ԕhe Jakarta Postԭun 12 may 2010-cu il sayında, ԋompasԭın 12 may 2010-cu il sayında, ԓinar Harapanԭda, ANTARA və ԁzərTAcԭda dərc olunmuşdur.

Azərbaycanın Dağlıq Qarabağ regionunda 23 may 2010-cu ildə keçiriləcək qondarma ԰arlament seçkilərinəԠdair Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatı 17 may 2010-cu ildə yayılmışdır.

27 may 2010-cu ildə Səfirlik 28 May ֠Respublika Günü münasibətilə ԊW MarriottԠmehmanxanasında rəsmi qəbul təşkil etmişdir.

Tədbirdə İndoneziya Prezidenti Administrasiyası Kabinetinin Katibi Dipo Alam, Parlamentin Region Nümayəndələri Şurasının Sədri İrman Qusman, Kommunikasiya və İnformasiya texnologiyaları üzrə Dövlət Naziri Tifatul Sembirinq, Qadın Hüquqları və Uşaqların müdafiəsi üzrə Dövlət Naziri Linda Amalia Sari, Parlamentin Nümayəndələr Palatasının Sədr müavini Pramono Anunq Vibovo, Xarici İşlər Nazirliyinin Asiya, Sakit okean regionu və Afrika ölkələri üzrə Baş Direktorluğunun rəisi Hamzah Tayeb iştirak etmişlər.

Rəsmi qəbul barədə Ԕhe Jakarta postԠqəzetinin 29 may 2010-cu il sayında, Trisakti Universitetinin qəzetinin 3 iyun 2010-cu il sayında məlumat dərc olunmuşdur.

25 iyun 2010-cu ildə Ԕhe Jakarta PostԠqəzetinin redaktor müavini V.Ancaiah müəllifi olduğu ԁzerbaijan Seen from İndonesiaԠkitabı ilə əlaqədar TVRİ televiziyasına müsahibə vermişdir.

Türkiyə vətəndaşı Osman Hakanın Ermənistanın Azərbaycan ərazilərinə iddialarını əsassız sayaraq, tarixi faktlara əsaslanaraq Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu isbat edən məqaləsi 14 iyul 2010-cu ildə Ԕhe Jakarta PostԠqəzetində dərc olunmuşdur.

2010-cu ilin iyul-oktyabr aylarında təşkil olunmuş İndoneziya İncəsənət və Mədəniyyət təqaüdündə Azərbaycan Dillər Universitetinin tələbələri Gültəkin Məmmədzadə və Ülviyyə Xəlilova iştirak etmişlər. 29 iyul 2010-cu ildə G.Məmmədzadə Metro TV-yə müsahibə vermişdir. 22 oktyabr 2010-cu ildə Səfir İ.Hacıyev İncəsənət və Mədəniyyət təqaüdü Proqramının buraxılış gecəsində iştirak etmişdir.

23 avqust 2010-cu ildə Səfirlik İndoneziyanın ԍuhammadiyahԠkimsəsizlər evində 50 şagirdə və müəllim heyətinə iftar yeməyi vermiş, maddi yardım göstərmişdir. Tədbir barədə Ԕhe Jakarta postԠqəzetində məlumat dərc olunmuşdur.

18-20 oktyabr 2010-cu ildə Səfirlik İndoneziyanın Milli Kitabxanasının təşkil etdiyi kitab sərgisində Heydər Əliyev Fondu, Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyindən alınmış kitablar, Azərbaycanın milli geyim, tətbiqi sənəd nümunələri, açıqçalar, Səfirliyin nəşr etdirdiyi Azərbaycanın tarixi, mədəniyyəti və turizm imkanları, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında kitablar, DVD-lər, Ulu Öndər Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar Səfirliyin buraxdığı markalar nümayiş etdirmişdir. Təbliğat materiallarının bir qismi tədbirə gələn tələbə, gənclər və iş adamları arasında yayılmışdır.

12 oktyabr 2010-cu ildə Səfir İndoneziya XİN-in Protokol və Konsulluq Baş Direktorluğunun rəisi L.Raufla görüşmüş, Azərbaycan Respublikasının Prezidentinin 2011-ci ilə İndoneziyaya rəsmi səfər etmək təklifi barədə Notanı təqdim etmişdir.

15 noyabr 2010-cu ildə Səfir İndoneziya Xarici İşlər Nazirliyinin Təhsil və Tədris Mərkəzinin yeni təyin olunmuş rəhbəri P.Djatmiko ilə görüşmüş, Mərkəzin Azərbaycan Diplomatik Akademiyası ilə əlaqələrini müzakirə etmiş, iki tədris qurumu arasında Anlaşma Memorandumunun Azərbaycan tərəfindən razılaşdırılmış layihəsini təqdim etmişdir.

9-10 dekabr 2010-cu ildə İ.Hacıyev III Bali Demokratiya Forumunda iştirak və çıxış etmişdir.

İndoneziya Nümayəndələr Palatasının sədri A.Marzukinin Azərbaycan Milli Məclisinin sədri O.Əsadova ünvanladığı təbrik və dəvət məktubu 14 dekabr 2010-cu ildə Mərkəzə göndərilmişdir.

Səfir İ.Hacıyev təhsil sahəsində əlaqələrin genişləndirilməsi məqsədilə İndoneziyanın Krida Vacana Xristian Universitetində 12 yanvar 2011-ci il ildə görüş keçirmişdir.

18 yanvar 2011-ci ildə İndoneziyanın Dövlət PoliMedia Universitetində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə İ.Hacıyev çıxış etmişdir.

Səfir Kubanın yeni təyin olunmuş səfiri xanım Ennaviant Valdes ilə 25 yanvar 2011-ci ildə Səfirlikdə görüşmüşdür.

Səfir təhsil sahəsində əlaqələrin genişləndirilməsi məqsədilə İndoneziyanın Paramadina Universitetində 26 yanvar 2011-ci il ildə görüş keçirmişdir.

İ.Hacıyev təhsil sahəsində əlaqələrin genişləndirilməsi məqsədilə İndoneziyanın Pançasila Universitetində 16 fevral 2011-ci il ildə görüş keçirmişdir.

İndoneziyanın Kharisma Bangsa qlobal təhsil Mərkəzində 21 fevral 2011-ci ildə Xocalı soyqırımının 19-cu ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.

Tədbirdə, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımına həsr olunmuş kitab və nəşrlər, fotoşəkillərdən ibarət sərgi təşkil olunmuş, Ԕhe Khojaly GenocideԠfilmi nümayiş etdirilmiş, Ԙocalıya ƏdalətԠKampaniyasının yeniləşdirilmiş www.justiceforkhojaly.org internet saytının təqdimatı olmuşdur.

Səfirliyin nəşr etdirdiyi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə kitablar, tədbirlə əlaqədar hazırlanmış Xocalıya Ədalət çağırışı və kampaniyanın internet ünvanı olan maykalar və döş nişanları iştirakçılar arasında yayılmışdır.

Tədbirdə səfir çıxış etmişdir.

Tədbir barədə Ԕhe Jakarta PostԠqəzetinin 19 fevral 2011-ci il, 2 mart 2011-ci il və 8 mart 2011-ci il buraxılışlarında məlumat yer almışdır.

İ.Hacıyev təhsil sahəsində əlaqələrin genişləndirilməsi məqsədilə İndoneziyanın Əş-Şəfiyyə İslam Universitetində 23 fevral 2011-ci il ildə görüş keçirmişdir.

Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam rayonunun sakini 9 yaşlı F.Bədəlovun qətlə yetirilməsi barədə məlumat 11 mart 2011-ci ildə İndoneziya XİN-ə təqdim olunmuşdur.

7-9 aprel 2011-ci ildə Bakıda keçirilmiş Dünya Mədəniyyətlərarası Dialoq Forumunda İndoneziya Mədəniyyət və Turizm Nazirinin sosial məsələlər üzrə müşaviri Surya Yoqo və YUNESKO idarəsinin rəis müavini Vahyu Varsita, Ԕhe Jakarta PostԠqazetinin xarici əlaqələr şöbəsinin müdiri Abdul Xalik, Milli Xəbər Agentliyinin (ANTARA) fotomüxbiri Oskar Motuloh iştirak etmişlər.

26-28 aprel 2011-ci ildə Səfir İ.Hacıyev Filippin xarici işlər katibi ilə vidalaşmaq məqsədi ilə ölkəyə səfər etmişdir.

9 may 2011-ci ildə Cakartanın Alila otelində ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş tədbir və Azerbaijan AlbumԠkitabının təqdimat mərasimi keçirilmişdir.

12 may 2011-ci ildə Azərbaycan Respublikasının İndoneziyadakı, eyni zamanda Filippin və Timor-Lestedəki Səfiri İ.Hacıyev etimadnamələrini Timor-Leste Demokratik Respublikasının Prezidenti Xose Ramos Hortaya təqdim etmişdir.

18-20 may 2011-ci ildə Səfirlik İndoneziya Milli Kitabxanasının kitab sərgisində iştirak etmişdir.

24-28 may 2011-ci ildə Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov Balidə keçirilən Qoşulmama Hərəkatın 16-cı Nazirlər Konfransında və hərəkatın 50 illik yubiley tədbirində iştirak etmiş, bir sıra ikitərəfli görüşlər keçirmişdir. Konftansda Azərbaycan Qoşulmama Hərəkatına tamhüquqlu üzv qəbul edilmişdir. Nazir Elmar Məmmədyarov konfransda üç dəfə çıxış etmişdir. İlk çəxışında ölkəmizin təşkilata üzv olmasına dəstək və yardım göstərmiş bütün üzv dövlətlərə, o cümlədən Hərəkatın sədri Misir və tədbirə ev sahibliyi edən İndoneziya hökumətlərinə təşəkkürünü bildirmişdir. Sonrakı çıxışlarını Nazir Azərbaycanın müasir inkişafı, xarici siyasəti, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, Fələstin dövlətçiliyinə Azərbaycanın dəstəyinə həsr etmişdir. Konfransın sonunda nazir NAM-in Avropa qrupu adından çıxış etmişdir.

30 may 2011-ci ildə Azərbaycanın İndoneziyadakı səfirliyi Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümü və 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil etmişdir. Tədbirdə İndoneziyanın Regional Nümayəndələri Palatasının Sədri İrman Qusman, Prezidentin xüsusi tapşırıqlar üzrə işçi qrupunun rəhbəri Kuntoro Manqkusubroto, Prezidentin Məşvərət Şurasının üzvü, sabiq nazir Miutia Hatta, Xarici İşlər Nazirliyinin Asiya və Sakit okean regionları və Afrika ölkələri üzrə baş idarəsinin rəisi Hamzah Tayeb iştirak etmişlər.

Səfir İ.Hacıyevin ezamiyyətimin başa çatması ilə bağlı Xarici işlər nazirliyinin Asiya, Sakit okean və Afrika ölkələri Baş Direktorluğunun rəisi Hamzah Thayeb tərəfindən 7 iyul 2011-ci ildə nahar yeməyi təşkil edilmişdir. Tədbirdə Türkiyə, İran, Mərakeş səfirləri və XİN-in şöbə müdiri iştirak etmişlər.

Səfir İ.Hacıyevin ezamiyyətimin başa çatması ilə bağlı 7 iyul 2011-ci ildə vidalaşmaq məqsədilə Səfirlik tərəfindən şam yeməyi təşkil edilmişdir. Tədbirdə 60-a qədər səfirlər, diplomatik nümayəndəliklərin əməkdaşları, rəsmilər, elm və iş adamları iştirak etmişlər.

Səfir İ.Hacıyevin ezamiyyətimin başa çatması ilə bağlı 14 iyul 2011-ci ildə İndoneziyanın Nümayəndələr Palatasının sədri Marzuki Əli ilə görüş keçirilmişdir. Görüş zamanı bir sıra ikitərəfli və çoxtərəfli məsələlər, o cümlədən yüksək səviyyəli səfərlərin təşkili müzakirə olunmuşdur. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə davamlı dəstəyinə görə İndoneziya hökuməti və xalqına Azərbaycan xalqı və hökuməti adından minnətdarlıq ifadə edilmişdir.

Səfir İ.Hacıyevin ezamiyyətimin başa çatması ilə bağlı 15 iyul 2011-ci ildə İndoneziyanın Prezident Sarayında Susilo Bambanq Yudhoyono ilə görüş keçirilmişdir. Görüş zamanı bir sıra ikitərəfli və çoxtərəfli məsələlər, o cümlədən yüksək səviyyəli səfərlərin təşkili müzakirə olunmuşdur. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə davamlı dəstəyinə görə İndoneziya hökuməti və xalqına Azərbaycan xalqı və hökuməti adından minnətdarlıq ifadə edilmişdir.

15 sentyabr 2011-ci ildə Tamerlan Qarayev Azərbaycan Respublikasının İndoneziyada Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir.

26 sentyabr 2011-ci ildə birinci katib F.Talıbov İndoneziya XİN-in Cənubi və Mərkəzi Asiya ölkələri üzrə Baş Direktorluğunun rəisi Rizali Vilmar İndrakesuma ilə görüşmüşdür. Görüş zamanı Xarici İşlər Nazirinin müavini X.Xələfovun ölkəyə nəzərdə tutulmuş səfəri çərçivəsində keçirilməsi olanlaşdırılan Azərbaycan Respublikası Hökuməti və İndoneziya Respublikası Hökuməti arasında ikitərəfli məsləhətləşmələr ətrafında fikir mübadiləsi aparılmışdır.

Mərkəzin təlimatına uyğun olaraq, 29 sentyabr 2011-ci ildə birinci katib F.Talıbov 2011-ci ildə Ukrayna tərəfindən Ermənistana külli miqdarda silah, sursat və hərbi texnikanın satışının həyata keçirilməsi ilə bağlı həmin ölkənin İndoneziyadakı Səfirliyinin müvəqqəti işlər vəkili Aleksandr Sirenko ilə görüşmüşdür.

T.Qarayev 27 oktyabr 2011-ci ildə İndoneziya Xarici İşlər Nazirliyinin Protokol və Konsulluq idarəsinin Baş Direktoru Lütfi Rauf ilə görüşmüşdür. Görüş zamanı L.Raufa İndoneziya Respublikasına Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri təyin olunmağım haqqında etimadnamələrin sürəti təqdim edilmişdir.. Etimadnamələrin İndoneziyanın Prezidentinə təqdim olunması mərasiminin 29 oktyabr 2011-ci ildə həyata keçiriləcəyi haqqında məlumat verildi.

T.Qarayev 28 oktyabr 2011-ci ildə İndoneziya Prezidenti Susilo Bambanq Yudhoyonoya İndoneziya Respublikasına Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri təyin olunmağım haqqında Azərbaycan Prezidenti cənab İ.Əliyev tərəfindən imzalanmış etimadnamələri təqdim etdi. Etimadnamələrin təqdim olunması mərasimində Səfiri salamlamaq üçün fəxri karaul düzlənmiş, Azərbaycan və İndoneziya Milli Himnləri səsləndirilmiş, hər iki ölkənin bayraqları ucaldılmışdır. Mərasimin davamında İndoneziya Prezidenti ilə görüş keçirilmişdir. Azərbaycanın İndoneziya ilə münasibətlərin həm ikitərəfli, həm də çoxtərəfli çərçivədə inkişafına xüsusi əhəmiyyət verdiyi qeyd edilmişdir. Azərbaycan Hökuməti və xalqı adından İndoneziyanın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü davamlı olaraq dəstəklədiyinə görə minnətdarlıq bildirilmişdir. İndoneziya ilə qarşılıqlı faydalı əməkdaşlığımızın beynəlxalq təşkilatlar, xüsusən BMT və İKT çərçivəsində inkişaf etdirilməsinin dövlətimiz üçün əhəmiyyətli olduğu vurğulanmışdir. Azərbaycan ilə İndoneziya arasında tək siyasi deyil o cümlədən iqtisadi sahədə münasibətlərin inkişafına dair Azərbaycan tərəfinin məmnunluğunu ifadə etdim və İndoneziyanın Azərbaycanın vacib ticarət tərəfdaşına çevrildiyini bildirilmişdir. Azərbaycan tərəfinin İndoneziya ilə qarşılıqlı sərmayə layihələrinin həyata keçirilməsində maraqlı olduğu qeyd edilmişdir. Azərbaycan Prezidenti cənab İ.Əliyevin İndoneziya iqtisadiyyatına sərmayələrin yatırılması üçün istiqamətlərin müəyyən edilməsinə dair tapşırığını S.B.Yudhoyononun nəzərinə çatdırılmış və qeyd olunan çərçivədə Səfirlik ilə əməkdaşlıq etməyə dair İndoneziyanın aidiyyəti qurumlarına müvafiq tapşırıq verməyi xahiş edilmişdir. Azərbaycan Prezidenti adından S.B.Yudhoyono Azərbaycana səfərə dəvət edilmiş və Azərbaycan Prezidenti cənab İ.Əliyevin S.B. Yudhoyononun dəvətini qəbul edərək 2012-ci ildə İndoneziyaya səfərini planlaşdırdığı vurğulanmışdır. İndoneziya Prezidenti iki dövlət arasında münasibətlərin inkişafından məmnunluğunu bildirdi. İndoneziya iqtisadiyyatının sürətlə inkişaf etdiyini və qlobal iqtisadiyyatın inkişafına dair səylərini vurğulayaraq ölkələrimiz arasında ikitərəfli iqtisadi əməkdaşlığın önəmli olduğunu qeyd etdi. S.B.Yudhoyono kabinetinin bütün nazirləri, xüsusən də sərmayələrin qarşılıqlı yatırılması məsləsinin müzakirəsi üçün iqtisadi məsələlər üzrə əlaqələndirici nazir Hatta Racasa ilə görüşməyi tövsiyə etdi. İndoneziya dövlətinin başçısı Azərbaycanın Prezidenti cənab İlham Əliyevin İndoneziyaya səfər etmək və dövlətlərimizin xarici işlər nazirliklərinin qeyd olunan istiqamətdə işin aparılması haqqında xəbərdar olduğunu nəzərə çatdırdı. S.B.Yudhoyono Azərbaycanın Prezidentinə salamlarını və ən xöş arzularını çatdırmağımı xahiş etdi və həmkarının Azərbaycana səfər etmək dəvətini məmnuniyyətlə qəbul etdiyini və razılaşdırılacaq tarixlərdə adı çəkilən səfəri həyata keçirəcəyini vəd etdi.

T.Qarayev 31 oktyabr 2011-ci ildə İndoneziya Xarici İşlər Nazirliyinin Cənubi və Mərkəzi Asiya idarəsinin Direktoru Rizali İndrakesuma ilə İndoneziya XİN-də görüşmüşdür.

İndoneziya Konstitusiya Məhkəməsinin Baş Hakimi Məhəmməd Mahfud Azərbaycan Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayevin dəvəti ilə Azərbaycana oktyabr 2011-ci ildə səfər etmişdir.

T.Qarayev Indoneziyanın Yoqyakarta Xüsusi Əyalətininə səfərim zamanı 8 noyabr 2011-ci ildə Əyalətin Vitse-Qubernatoru Sri Paku Alam IX ilə görüşmüşdür.

T.Qarayev 23 noyabr 2011-ci ildə İndoneziya Xarici İşlər Nazirliyinin Asiya-Sakit Okean Ölkələri və Afrika məsələləri üzrə İdarəsinin Baş Direktoru Həmzə Tayeb ilə İndoneziya XİN-də görüşmüşdür. Görüşdə iki ölkə arasında dinamik şəkildə inkişaf edən münasibətlər, AR Prezidentinin İndoneziyaya nəzərədə tutulmuş səfəri və digər məsələlər müzakirə edilmişdir.

T.Qarayev 2-4 dekabr 2011-ci ildə İndoneziyanın ilk Prezidenti Sukarnonun qızı, 2001-2004-cü illərdə İndoneziyanın Prezidenti, hal-hazırda İndoneziyanın Mübarizə Demokratik Partiyasının Sədri, (Indonesian Democratic Party of Struggle) İndoneziya Botanik Bağlar Cəmiyyətinin Sədri xanım Meqavati Sukarnoputrinin dəvəti ilə Balidə “Beduqul-Bali Eka Karya Botanik Bağına tur” adlı tədbirdə iştirak etmişdir.

T.Qarayev Indoneziyanın Bali Əyalətinə səfəri zamanı 6 dekabr 2011-ci ildə Əyalətin Qubernatoru Made Mahqku Pastika ilə görüşmüşdür.

T.Qarayev 8-9 dekabr 2011-ci ildə Bali Demokratiya Forumu IV iştirak etmişdir. Bali Demokratiya Forumunda İndoneziya Prezidenti, Xarici İşlər Naziri ilə yanaşı digər xarici dövlətlərin yüksək səviyyəli nümayəndə heyətləri iştirak etmişlər.
T.Qarayev 20 dekabr 2011-ci ildə İndoneziya Xarici İşlər Nazirinin müavini Vardana ilə İndoneziya XİN-də görüşmüşdür.

21 dekabr 2011-ci ildə Bakıda keçiriləcək “Modernləşmə strategiyası: qlobal siyasətin və iqtisadiyyatın müasir çağırışları” beynəlxalq Konfransında iştiraka dair İndoneziyada iqtidarda olan Demokratik Partiyanın üzvü, İndoneziya Parlamentinin Nümayəndələr Palatasının deputatı, İndoneziya tərəfindən Azərbaycan-İndoneziya Parlamentlərarası Dostluq Qrupunun sədr müavini Nabiel Fuad Almusavanın ( Nabiel Fuad Almusawa) iştirak etmişdir.

24-25 yanvar 2012-ci ildə Millət Vəkili Gövhər Bəxşəliyevanın başçılıq etdiyi AR-in Milli Məclisinin işçi qrupu Palembanq şəhərində keçirilmiş İKT parlamentlərarası iclasında iştirak etmişlər.

Səfir T.Qarayev 16 fevral 2012-ci ildə İndoneziya Xarici İşlər Nazirliyinin Protokol və Konsulluq İdarəsinin Baş Direktoru Əhməd Rüsti ilə görüşmüşdür. Azərbaycan-İndoneziya arasında siyasi, iqtisadi sahələrdə münasibətlərin inkişafı, Azərbaycan Respublikası Prezidentinin 2012-ci ildə İndoneziyaya planlaşdırılan səfəri müzakirə edilmişdir.

Səfir T.Qarayev 29 mart 2012-ci ildə İndoneziyanın Tədqiqat və Texnologiya Naziri Dr.Qusti Məhəmməd Hatta ilə görüşmüşdür.

Səfir T.Qarayev 3 aprel 2012-ci ildə İndoneziya Parlamentinin Xalq Məşvərət Məclisinin Sədri Taufik Kimas ilə görüşmüşdür. Görüşdə digər məsələlər ilə yanaşı əsasən Azərbaycan-İndoneziya Parlamentləri arasında əməkdaşlığın gücləndirilməsi məsələsi müzakirə edilmişdir.

4 aprel 2012-ci ildə Səfir T.Qarayev İndoneziya Respublikasının İşçi qüvvəsi və transmiqrasiya Naziri Muhaimin İskandar ilə görüşmüşdür. M.İskandar Azərbaycanda hazırki durum, mövcud inkişaf, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun sülh yolu ilə həlli prosesində hazırki vəziyyət barədə ətraflı şəkildə məlumatlandırılmışdır. Görüş zamanı iki ölkə arasında əlaqələr, yüksək səviyyəli səfərlərin təşkili, sərmayə yatırımı məsələləri ətrafında müzakirələr aparılmışdır.

Səfir T.Qarayev 9 aprel 2012-ci ildə İndoneziya Parlamentinin Regional Nümayəndələr Şurasının sədri İrman Qusman ilə görüşmüşdür. Görüş zamanı bir sıra ikitərəfli və çoxtərəfli məsələlər, o cümlədən yüksək səviyyəli səfərlərin təşkili müzakirə olunmuşdur. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə davamlı dəstəyinə görə İndoneziya hökuməti və xalqına Azərbaycan xalqı və hökuməti adından minnətdarlıq ifadə edilmişdir. İrman Qusman Azərbaycana səfər etməyə dəvət olunmuşdur.

Səfir T.Qarayev 4 aprel 2012-ci ildə İndoneziyanın İnkişafın planlaşdırılması üzrə Naziri Armida Alisyahbana ilə görüşmüşdür.

Səfir T.Qarayev 17 aprel 2012-ci ildə İndoneziyanın Rabitə və İnformasiya Texnologiyaları Naziri H.Tifatul Sembirinq ilə görüşmüşdür.

İndoneziya Xarici İşlər Nazirliyinin Asiya idarəsinin rəisi, Sinqapurun, Filippinin, Timor-Lestenin İndoneziyadakı Səfirləri ilə müvafiq görüş keçirilmiş, görüş zamanı 8-9 May 2012-ci ildə Şarm Əl-Şeyxda keçirilməsi nəzərdə tutulan Qoşulmama Hərəkatı Ələqələndirici Bürosunun Nazirlər səviyyəsində keçiriləcək iclası zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəndin Nyu-Yorkda Hərəkatın üzv dövlətlərinin daimi nümayəndələri arasında razılaşdırıldığı kimi qəbul olunmasının Azərbaycan üçün vacibliyi vurğulanmış, məsələyə dair dəstək xahiş edilmiş və bununla bağlı rəsmi Notalar təqdim edilmişdir.

14 may 2012-ci ildə Səfir T.Qarayev İndoneziya Respublikasının Xarici İşlər Naziri M.Nataleqava ilə görüşmüşdür. Səfir Azərbaycan-İndoneziya münasibətlərinin inkişafından Azərbaycan tərəfinin məmnunluğunu ifadə etmiş və münasibətlərin gələcəkdə daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirərək, bu istiqamətdə çalışacağını vurğulamışdır. İndoneziyalı diplomat ölkələrimiz arasında mövcud olan ikitərəfli münasibətlərin hər bir istiqamətdə dinamik inkişafını qeyd etdi və İndoneziyanın Azərbaycan ilə münasibətlərə vacib əhəmiyyət verdiyini bildirmiş, ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunu, bundan istifadə etmək vacibliyini bildirdi və Səfirlik ilə hər cür əməkdaşlığa hazır olduğunu nəzərə çatdırmışdır. M.Nataleqava İndoneziyanın Azərbaycan ilə yalnız siyasi, iqtisadi sahədə deyil mədəniyyət və təhsil sahəsində də əməkdaşlıq etməyə hazır olduğunu vurğuladı. Nazir iki dövlət arasında qeyri-hökumət təşkilatlarının, iş adamlarının münasibət qurmasının da vacib olduğunu qeyd etdi. Görüşdə Azərbaycan Respublikası Prezidentinin 2012-ci ildə İndoneziyaya planlaşdırılan səfəri, Azərbaycan İndoneziya ilə qarşılıqlı sərmayə layihələrinin həyata keçirilməsi məsələsi, ticari əlaqələrin sürətlə inkişaf etdiyi, Ermənistan-Azərbaycan Dağlığ Qarabağ münaqişəsi müzakirə edilmişdir.

5 iyun 2012-ci ildə Səfir T.Qarayev İndoneziya Respublikası Parlamentinin Numayəndələr Palatasının Sədri Marzuki Əli ilə görüşmüşdür. Görüş zamanı Azərbaycan-İndoneziya münasibətlərinin inkişafı, Azərbaycan Respublikası Prezidentinin 2012-ci ildə İndoneziyaya planlaşdırılan səfəri, iqtisadi sahədə əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilmişdir.

6 iyun 2012-ci ildə Səfir T.Qarayev İndoneziyanın Golkar Partiyasının Sədr müavini Teo Sambuaqanı Səfirlikdə qəbul edilmişdir. Görüşdə Azərbaycan-İndoneziya Parlamentləri arasında əməkdaşlığın gücləndirilməsi məsələsi müzakirə edilmişdir.

Golkar Partiyasının Sədr müavini Teo Sambuaqa 22-23 iyun tarixlərində Yeni Azərbaycan Partiyası tərəfindən təşkil olunacaq Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Daimi Komitəsinin 17-ci görüşündə iştirak etmişdir.

8 iyun 2012-ci ildə Səfir T.Qarayev İndoneziya Respublikası İqtisadi Məsələlər üzrə Ələqələndirici Naziri Hatta Racasa ilə görüşmüşdür. Görüş zamanı digər məsələlər ilə yanaşı Azərbaycan-İndoneziya arasında qarşılıqlı sərmayə layihələrinin həyata keçirilməsi müzakirə edilmişdir. H.Racasa ölkələrimiz arasında qarşılıqlı sərmayə qoyuluşu layihələrinin həyata keçirilməsinə böyük maraq göstərmiş və konkret təkliflər Azərbaycana səfər etmək arzusunda olduğunu bildirmişdir.

19 iyun 2012-ci ildə Səfir T.Qarayev İndoneziya Xarici İşlər Nazirliyinin Asiya-Sakit Okean Ölkələri və Afrika məsələləri üzrə İdarəsinin Baş Direktoru Yuri Tamrin ilə görüşmüşdür.

05 iyul 2012-ci ildə Səfir T.Qarayev İndoneziyanın Xarici işlər nazirliyi və Ticarət və Sənaye Palatasının birgə təşkil etdiyi 12-16 sentyabr 2012-ci ildə Cakartada keçiriləcək “Üçüncü Müsəlman Dünyası BİZ” sərgi və konfransına hərs olunmuş iclasda iştirak etmişdir.İclas zamanı tədbir iştirakçılarına təqdim olunmuş materiallar Mərkəzə göndərilmişdir.

7-8 sentyabr 2012-ci ildə İndoneziya İqtisadi Məsələlər üzrə Əlaqəndirici Naziri Hatta Racasa Azərbaycana səfər etmişdir. Səfər çərçivəsində Nazir AR Prezidenti və İqtisadi İnkişaf Naziri ilə görüşmüşdür.

26-29 sentyabr 2012-ci ildə Bakıda keçirilmiş Ümumdünya Diplomatik Akademiya rektorlarının və Beynəlxalq Münasibətlər fakültələrinin dekanlarının illik forumunda Filippin Xarici İşlər Departamentinin Xarici Xidmət İnstitutunun direktoru Ancelina M. Sta. Katalina, İndoneziya Respublikasının Xarici İşlər Nazirliyinin Təlim-Tədris Mərkəzinin rəhbəri Hazairin Pohan iştirak etmişlər.

11 sentyabr 2012-ci ildə Müvəqqəti işlər vəkili F.Talıbov Azərbaycan Respublikası Prezidenti cənab İ.Əliyevin İndoneziyaya nəzərdə tutulmuş səfəri zamanı imzalanması planlaşdırılan sənədlər barədə fikir mübadiləsi aparılması məqsədilə İndoneziya XİN-in Cənubi və Mərkəzi Asiya ölkələri üzrə Baş Direktorluğunun rəisi Rizali Vilmar İndrakesuma ilə görüşmüşdür.

12 sentyabr 2012-ci ildə Müvəqqəti işlər vəkili F.Talıbov İndoneziya XİN-in Cənubi və Mərkəzi Asiya ölkələri üzrə Baş Direktorluğunun rəis müavini Leonard F. Hutabarat ilə görüşmüşdür. Görüş zamanı Azərbaycan Respublikası Prezidenti cənab İ.Əliyevin İndoneziyaya nəzərdə tutulmuş səfəri zamanı imzalanması planlaşdırılan sənədlər,  sənədlərin siyahısına aydınlıq gətirilməsi məqsədilə Nazir müavini X.Xələfovun İndoneziyaya səfərinin təşkil edilməsi, XİN-lərarası məsləhətləşmələrin keçirilməsi eləcə də 8-9 noyabr 2012-ci ildə keçirilmiş V Bali Demokratiya Forumununda Azərbaycan tərəfinin iştirakı müzakirə edilmişdir.

Səfir T.Qarayev 1 oktyabr 2012-ci ildə İndoneziya Respublikası Parlamentinin Numayəndələr Palatasında Demokratik Partiya Fraksiyasının Sədri və bununla yanaşı 161 ölkənin üzvü olan Qadın Millət Vəkillərinin Parlamentlərarası İttifaqının Prezidenti xanım Nurhayati Ali Asseqaf ilə həmin ölkənin Parlamentində onun xahişi ilə görüşmüşdür.

4-5 oktyabr 2012-ci ildə Azərbaycanda keçiriləcək Bakı Beynəlxalq Humanitar Forumda İndoneziya Respublikası Parlamentinin Numayəndələr Palatasında Demokratik Partiya Fraksiyasının Sədri Nurhayati Ali Asseqaf, İndoneziyanın “ANTARA” mətbuat agentliyinin sədri Əhməd Muhlis Yusuf, Doktor Həsən Virayuda, Prezidentin Məşvərət Şurasının üzvü, sabiq Xarici İşlər Naziri, Jakarta Dövlət İslam Universitetinin dekanı Effendi Bəxtiyar, Paramadina Universitetinin professoru Maarif Zaynul,  Prezidentin Məşvərət Şurasının üzvü  Rəşid Məhəmməd Riyas iştirak etmişlər.

18 oktyabr 2012-ci ildə Səfir T.Qarayev Azərbaycan Respublikası Prezidenti cənab İ.Əliyevin İndoneziyaya nəzərdə tutulmuş səfəri zamanı Gənclər və İdman sahəsi üzrə imzalanması planlaşdırılan sənədlər ətrafında fikir mübadiləsi aparılması məqsədilə İndoneziya Respublikasının Gənclər və İdman naziri Andi Alfian Mallaranqenq ilə görüşmüşdür.

19 oktyabr 2012-ci ildə Səfir T.Qarayev Azərbaycan Respublikası Prezidenti cənab İ.Əliyevin İndoneziyaya nəzərdə tutulmuş səfəri zamanı Nəqliyyat sahəsi üzrə imzalanması planlaşdırılan sənədlər ətrafında fikir mübadiləsi aparılması məqsədilə İndoneziya Respublikasının Nəqliyyat naziri E.E.Mangindaan ilə görüşmüşdür.

8-11 noyabr 2012-ci ildə Azərbaycan Milli Məclisinin Sədri başçılıq etdiyi nümayəndə heyəti ilə bərabər İndoneziyay səfər etmişdir. Səfər zamanı İndoneziya Parlamentinin Nümayəndələr və Regional Palatalarının Sədrləri Marzuki Əli və İrman Qusman ilə görüşmüşdür. Səfər çərçivəsində Bali adasını ziyarət etmişdir.

4-6 dekabr 2012-ci ildə Cakartada keçirilən İslam Əməkdaşlıq Təşkilatının “İnkişafda Qadınların Rolu” mövzusunda 4-cü Nazirlər Konfransında Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sədri Hicran Hüseynova başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir. Konfrans çərçivəsində H.Hüseynova Türkiyənin ailə və sosial siyasət nazirinin müavini Aşkın Asan, Kuveytin Qadın məsələləri üzrə Dövlət Komitəsinin rəhbəri Hissaah Saad Al Abdullah, Qazaxıstan Prezidenti Yanında Qadın məsələləri üzrə Komissiyanın katibi C.N. Abdukalimov, Birləşmiş Ərəb Əmirliklərindən nazir Maittha Salem Al Shami, Əfqanıstanın qadın məsələləri üzrə naziri Hussun Banu Gazanfarla, həmçinin İran İslam Respublikasının Qadın və Ailə Məsələləri Mərkəzinin rəhbəri ilə görüşlər keçirmişdir. H.Hüseynovanın İndoneziyalı həmkarı ilə görüşü zamanı imzalanması nəzərdə tutulan anlaşma memorandumu ilə bağlı müzakirələr aparılmışdır. Konfransın sonunda növbəti “İnkişafda qadının rolu” mövzusunda 5-ci Nazirlər Konfransının 2014-cu ildə Bakıda keçirilməsi qərara alınmışdır.

9-12 dekabr 2012-ci il tarixlərində Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasının vitse-prezidenti Asəf Hacıyev İndoneziyanın Bali şəhərində Beynəlxalq Ekoloji Təhlükəsizlik Təşkilatı tərəfindən təşkil olunmuş İkinci Ümumdünya Ekoloji Təhlükəsizlik Assambleyasında iştirak etmişdir.

19-21 dekabr 2012-ci il tarixlərində İndoneziya Respublikasının Regional Nümayəndələr Şurasının sədri İ.Qusman Azərbaycan Respublikasının Milli Məclisinin sədri O.Əsədovun dəvəti əsasında Azərbaycanda rəsmi səfərdə olmuşdur. Səfərin məqsədi Azərbaycan-İndoneziya parlamentlərarası, eləcə də digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair məsləhətləşmələrin aparılması olmuşdur. İ.Qusman Nazirlər Kabinetində, Milli Məclisdə, İqtisadi İnkişaf Nazirliyində, Ticarət və Sənaye Palatasında, Azərbaycan Dillər Universitetində bir sıra görüşlər keçirmişdir. Səfər zamanı İ.Qusman Azərbaycan Respublikasının Prezidenti, Baş Naziri, Milli Məclisinin Sədri, İqtisadi İnkişaf Naziri və Ticarət və sənaye Palatasının Sədri ilə görüşlər keçirmişdir.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəvəti ilə 14-16 yanvar 2013-cü il tarixlərində İndoneziya Respublikası Müdafiə Nazirliyinin Baş Katibi marşal Eris Herryantonun Bakıya rəsmi səfər etmişdir.

Səfir T.Qarayev 22 yanvar 2013-cü ildə İndoneziya Respublikası Parlamentinin Region Nümayəndələri Şurasının sədri Irman Qusman ilə görüşmüşdür.

Səfir T.Qarayev 25.01.2013-cü il tarixində  İndoneziya Respublikasının Müdafiə Nazirliyinin Baş Katibi cənab Eris Heryanto ilə görüşmüşdür. Qarşı tərəfin təşəbbüsü ilə qeyd olunan Nazirlikdə baş tutan görüş zamanı cənab E. Heryanto 14-17 yanvar 2013-cü il tarixlərində Bakıya rəsmi səfəri çərçivəsində keçirdikləri görüşlər və müzakirə mövzuları haqqında geniş söhbət açdı. İndoneziya-Azərbaycan ikitərəfli əlaqələrinin tarixində sahə üzrə ilk rəsmi səfər edən şəxs olduğunu qeyd edən Katib bu görüşün baş tutmasında müstəsna rolu üçün cənab T.Qarayevə minnətdarlığını bildirdi.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdallayevin başçılıq etdiyi, Məhkəmənin hakimi Ceyhun Qaraçayev və Baş Katibi Rauf Quliyevdən ibarət olan nümayəndə heyəti İndoneziya Respublikası Konstitusiya Məhkəməsinin Baş Hakimi Məhəmməd Mahfludun dəvəti ilə bu ölkəyə 17-22 fevral 2013-cü ildə rəsmi səfər etmişdir.

Səfir T.Qarayev 06.03.2013-cü il tarixində İndoneziya Respublikası Parlamentiniin Birinci Komissiyasının sədri cənab Mahfuz Sıddıq ilə görüşmüşdür. Görüş zamanı T.Qarayev M.Siddiqa Ermənistanın-Azərbaycan Dağlığ Qarabağ münaqişəsi haqqında ətraflı məlumatlar vermişdir. Həmçinin, Xocalı soyqırımı haqqında dolğun məlumatlar və faktlar səsləndirilmiş, yaxın gələcəkdə Xocalı soyqırımının İndoneziya Parlamenti tərəfindən tanılması üçün məsələnin 1-ci komissiya tərəfindən baxılacağı müzakirə edilmişdir.

01.04.2013 tarixində Səfir T.Qarayev İndoneziyanın İslam Təşkilatları Assosiasiyasının üzvləri ilə həmin qurumun binasında iclas keçirmişdir. İclasın başlıca məqsədi İndoneziya Parlamenti tərəfindən Xocalı soyqırımının tanınması və Ermənistanın Azərbaycana qarşı təcavüzünün  pislənilməsi, həmçinin, İndoneziya hökuməti tərəfindən İndoneziya-Ermənistan ikitərəfli əlaqələrinə yenidən nəzər salınması məsələsində Assosiasiyanın dəstəyini əldə etmək olmuşdur.

Səfir T.Qarayev 3 aprel 2013-cü ildə İndoneziya Prezidentinin İnkişafa Nəzarət Birliyinin Rəhbəri Kuntoro Manqusubroto ilə görüşmüşdür. Görüş zamanı Azərbaycan Prezidenti cənab İ.Əliyevin İndoneziya səfəri, Azərbaycan-İndoneziya arasında siyasi, iqtisadi sahələrdə münasibətlərin inkişafı, ölkələrimiz arasında əməkdaşlığın beynəlxalq təşkilatlar, xüsusən BMT və İKT çərçivəsində genişləndirilməsinin vacibliyi, yüksək səviyyəli səfərlərin ölkələrimiz arasında münasibətlərin inkişafına müsbət təkən verdiyi müzakirə edilmişdir.

Səfir T.Qarayev 25 aprel 2013-cü ildə İndoneziya Xarici İşlər Nazirliyinin Cənubi və Mərkəzi Asiya İdarəsinin Direktoru xanım Listiovati ilə onun xahişi ilə görüşmüşdür. Görüş zamanı Azərbaycan Respublikası Prezidenti cənab İ.Əliyevin İndoneziyaya nəzərdə tutulmuş səfəri ilə bağlı bir sıra məsələlər müzakirə edilmişdir. Xanım Listiovati İndoneziya tərəfinin AR Prezidentinin İndoneziyaya dövlət səfərinin iyun 2013-cü ildə həyata keçirilməsinin təklif olunduğunu bildirmiş, Azərbaycan tərəfinin razılığı olduğu təqdirdə dəqiq tarixlərin təqdim olunacağını vəd etmişdir.  Səfər ilə bağlı İndoneziya tərəfinə təqdim olunmuş saziş layihələri haqqında söhbət açılmış, layihələr təfsilatı ilə müzakirə edilmişdir. İndoneziya tərəfindən qeyd olunan sənədlərin baxılması prosesinin tezləşdirilməsi xahiş edilmişdir. Həmçinin, səfər zamanı imzaya 2 sənədin (Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası və İndoneziya Respublikası Xarici İşlər Nazirliyi arasında Anlaşma Memorandumu, Azərbaycan Respublikası Hökuməti və İndoneziya Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu) hazır olduğu, daha bir sənəd üzrə (Azərbaycan Respublikası Hökuməti və İndoneziya Respublikası Hökuməti arasında sərmayələrin qorunması və təşviqi haqqında Saziş) müzakirələrin yekunlaşdırılması qeyd edilmişdir. Xarici diplomat digər təqdim olunmuş layihələr üzrə aidiyyəti nazirliklərin iştirakı ilə görüşün təşkil olunacağını və tədqim olunmuş layihələrin müzakirəsinin aparılacağını bildirmişdir. Həmçinin, Azərbaycan tərəfində olan layihələr müzakirə edilmiş və onların baxılmasının tezləşdirilməsi xahiş edilmişdir.

14-17 aprel tarixlərində İndoneziya Parlamentinin Nemayəndələr Palatasının Sədri Marzuki Əli Azərbaycana səfər etmişdir. Səfər çərçivəsində M.Əli AR Prezidenti İ.Əliyev, Milli Məclisin Sədri O.Əsədov, Baş Nazir A.Rasizadə ilə görüşmüş, Dillər Universitetində olmuşdur.

13-15 iyun 2013-cü ildə Səfir T.Qarayev İndoneziya Cava Tenqah əyalətinin Qubernatoru Bibit Valuyonun dəvəti ilə Cakartada akreditə olunmuş xarici nümayəndəliklərin başçıları üçün təşkil olunmuş Diplomatik turda  iştirak etmişdir. Tur çərçivəsində Səfirlər 3-cü Borobudur Beynəlxalq Festivalının açılışında və 6-cı Soropan Kənd Təsərrüfatı Sərgisində iştirak etmişlər. Səfər zamanı Səfir T.Qarayev Indoneziyanın Cava Tenqah əyalətinin Qubernatoru Bibit Valuyon ilə görüşmüşdür.

18-21 iyun 2013-cü ildə Səfir T.Qarayev İndoneziya Dənizçilik və Balıqçılıq Nazirliyinin dəvəti ilə Balidə keçirilmiş Dənizçilik, Ərzaq Təhlükəsizliyi və Zərərsiz İnkişaf üzrə Asiya Konfransında iştirak etmişdir. Səfər zamanı Səfir T.Qarayev Indoneziyanın Bali Əyalətinin Qubernatoru Made Mahqku Pastika ilə görüşmüşdür.

Səfir T. Qarayevin 24.06.2013-cü il tarixində İndoneziya Respublikası Parlamentinin “Parlamentlərarası Əməkdaşlıq Komitəsi”-nin sədr müavini, İKT üzrə Parlament İttifaqının sədri cənab Hayono İsman ilə görüşmüşdür.

Müşavir Fərid Talıbov 30 oktyabr 2013-cü ildə İndoneziya Xarici İşlər Nazirliyinin Cənubi və Mərkəzi Asiya idarəsinin Direktoru xanım Listiovati ilə onun xahişi ilə görüşmüşdür. 

7-8 noyabr 2013-cü ildə AR Xarici Işlər Naziri cənab E.Məmmədyarov İndoneziyanın Bali adasında VI Bali Demokratiya Forumunda iştirak etmişdir. Forum çərçivəsində AR Xarici İşlər Naziri həmkarı İndoneziya Xarici İşlər Naziri ilə ikitərəfli görüş keçirmişdir. Görüşdə iki ölkə arasında münasibətlər, xüsusilə enerji sahəsində və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilmişdir. 

Forum çərçivəsində Nazir E.Məmmədyarov İranın xarici işlər nazirinin müavini Morteza Sarmadi ilə onun xahişi ilə görüşmüşdür. Görüş zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, qarşılıqlı səsvermə prinsipləri, enerji sahəsində əməkdaşlıq və Xəzər Dənizinin statutusu üzrə müzakirələr aparılmışdır. Forumun işinin ikinci günü “Azad və demokratik seçkilərin keçirilməsi” mövzusunda interaktiv müzakirələr keçirilmişdir. Müzakirələrdə əsas məruzəçilər qismində Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov, və Liberiyanın Xarici İşlər Naziri Auqustin Kepehe Nqafuan iştirak etmişlər.

15 noyabr 2013-cü ildə Səfirliyin müşaviri F.Talıbov Asiya-Avropa Toplantısı (ASEM) təşkilatının ASEAN katibliyində koordinatoru Phantali Çantaratip ilə görüşmüşdür.

16-19 noyabr 2013-cü ildə Azərbaycan - İndoneziya Parlamentlərarası dostluq qrupu Azərbaycana səfər etmişdir. Səfər zamanı Milli Məclisdə və Dövlət Dillər Universitetində görüşlər keçirilmişdir.

19 dekabr 2013-cü ildə Marzuki Əli İndoneziya Parlamentinin Nümayəndələr Palatasının qarşısında yekun nitqində Ermənistan-Azərbaycan münaqişəsinə dair Parlamentin rəsmi mövqeyini bildirmişdir:

1)İndoneziya hər zaman Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir.

2)İndoneziya beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü və sərhədlərin toxunulmamazlığını dəstəkliyir.

3)İndoneziya Dağlığ Qarabağ münaqişəsinin sülh yolu ilə, BMT tərəfindən qəbul olunmuş 4 qətnamə əsasında həllinin tərəfdarıdır, ATƏT-in Minsk qrupu çərçivəsində sülh danışığlarının davam etdirilməsini dəstəkləyir.

4)İndoneziya Xocalı soyqırımına dərin kədərlə yanaşır və törədilməsini qətiyyətlə pisləyir.

5)İndoneziya Parlamentinin Nümayəndələr Palatası Ermənistanın-Azərbaycan münaqişəsi bitmiyənə qədər Ermənistanda diplomatik nümayəndəliyin açılmasına icazə verməyəcəkdir.

30 dekabr 2013-cü ildə Səfir T.Qarayev İndoneziya Respublikası Parlamentinin Numayəndələr Palatasının Sədri Marzuki Əli ilə görüşmüşdür.

T.Qarayev M.Əliyə 19 dekabr 2013-cü ildə İndoneziya Parlamentinin Nümayəndələr Palatasının qarşısında yekun nitqində Ermənistan-Azərbaycan münaqişəsinə və Xocalı soyqırımına dair Parlamentin rəsmi mövqeyininin bildirilməsi üçün Azərbaycan hökumətinin və şəxsən özünün dərin minnətdarlığını bildirdi.

Sədr Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsində İndoneziya hökumətinin birmənalı mövqeyinin olduğunu və heç bir halda dəyişməyəcəyini yenidən vurğuladı.

7 yanvar 2014-cü ildə İndoneziya Xarici İşlər Naziri M.Nataleqava İndoneziya diplomatiyasının 2013-cü ilin yekunları ilə bağlı çıxış etmişdir. Tədbirə İndoneziyada akreditə olunmuş xarici mümayəndəliklərin rəhbərləri dəvət olunmuşdur. Səfir T.Qarayev qeyd olunan tədbirdə iştirak etmişdir.

20 Yanvar faciəsinin iyirmi ikinci ildönümü ilə bağlı İndoneziyanın “The Jakarta Post” qazetində 20 yanvar 2014-cü ildə məqalə dərc edilmişdir.

28 yanvar 2014-cü ildə Indoneziya Xarici İşlər Nazirliyi ilə Azərbaycan Respublikasının Səfirliyi arasında ikitərəfli məsləhətləşmələr keçirilmişdir. Məsləhətləşmələrdə Səfirliyin müşaviri F.Talıbov iştirak etmiş, iclasa İndoneziya Xarici İşlər Nazirliyinin Mərkəzi Asiya İdarəsinin Direktoru xanım Listiovati sədrlik etmişdir. Qeyd olunan tədbirdə İndoneziya XİN-nin müxtalif idarələrinin rəhbərləri, İqtisadi Məsələlər üzrə Ələqələndirici, Turizm, Gənclər və İdman və digər nazirliklərin və dövlət qurumlarının yüksək vəzifəli şəxsləri iştirak etmişlər.

28 yanvar 2014-cü ildə İndoneziya Ticarət və Sənaye Palatası Şurasının 2013-2018-ci illəri üçün inaqurasiyası keçirilmişdir. Tədbirə İndoneziyada akreditə olunmuş xarici mümayəndəliklərin rəhbərləri dəvət olunmuşdur. Ticarət və Sənaye Palatası Şurasının Sədri Rizzal Ramlinin dəvətilə Səfir T.Qarayev qeyd olunan tədbirdə iştirak etmişdir.

5 mart 2014-cü ildə İndoneziya Regionlarının İcra Hakimiyyətlərinin Assosiyasiyasının (APKASİ), Asiya Sakit Okean R20-in Direktoru və Seyşel Adalarının ASEAN təşkilatında xüsusi nümayəndəsi Niko Baritonun təşəbbüsü ilə İndoneziya regionlarının yerli rəhbərliyinin (124 region) iştirakı ilə ələqələndirici tədbiri keçirilmişdir. İclasda İndoneziya hökumətinin yüksək vəzifəli nümayəndələri, bir sıra nazirləri iştirak etmişlər. Tədbirdə Səfir T.Qarayev iştirak etmişdir.

11 mart 2014-cü ildə Səfir T.Qarayev İndoneziya Respublikası Birləşmiş İnkişaf Partiyasının (United Development Party)  nümayəndəsi Həbib Muratini onun xahişi ilə qəbul etmişdir.

12 mart 2014-cü ildə Cənubi Sumatra Qubernatorunun köməkçisi Eddi Hermanto və Bosova şirkətinin rəhbərliyini onların xahişi ilə Səfir T.Qarayev qəbul etmişdir.

19 mart 2014-cü ildə Səfir T.Qarayev İndoneziya Nəqliyyat Naziri E.Manqindaan görüşmüşdür.

10 may 2014-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 91 illiyinə həsr edilmiş məqalə “The Jakarta Post” qazetində dərc edilmişdir.

10 may 2014-cü ildə Cakartanın Qubernatoru Coko Vidovo (Cokovi) İndoneziyada akkreditə olunmuş bir sıra Səfirlər ilə görüş keçirmişdir. Görüşda Səfir T.Qarayev iştirak etmişdir.

Azərbaycanın İndoneziyadakı Səfirliyi 28 May - Respublika Günü və İrs-Warisan jurnalının İndoneziyada təqdimatı münasibətilə 20 may 2014-cü ildə “JW Marriott” mehmanxanasında rəsmi qəbul təşkil etmişdir.

İndoneziya tərəfinin təşəbbüsü ilə 26 may 2014-cü ildə İndoneziya Dini Məsələlər üzrə Nazirliyində Cakartada akkreditə olunmuş bir sıra səfirlər ilə görüş keçirilmişdir. Görüşda Səfir T.Qarayev iştirak etmişdir.

Səfir T.Qarayev 4 iyun 2014-cü ildə İndoneziya Xarici İşlər Nazirliyinin Cənubi və Mərkəzi Asiya İdarəsinin Direktoru xanım Listiovati ilə onun xahişi ilə görüşmüşdür. Görüş zamanı Azərbaycan Respublikası Prezidenti cənab İ.Əliyevin İndoneziyaya nəzərdə tutulmuş səfəri ilə bağlı bir sıra məsələlər müzakirə edilmişdir.

27 iyun 2014-cü ildə İndoneziya Xarici İşlər Nazirliyinin Asiya-Sakit Okean Ölkələri və Afrika məsələləri üzrə İdarəsinin Baş Direktoru Yuri Tamrin 29-30 avqust 2014-cü ildə Balidə BMT-nin Sivilizasiyalar Alyansı (UN Alliance of Civilization) VI beynəlxalq forumu ilə bağlı İndoneziyada akkreditə olunmuş bir sıra səfirliklərin nümayəndələri ilə görüş keşirmiş, tədbirdə Səfirliyin müşaviri F.Talıbov iştirak etmişdir. 

Azərbaycan Respublikası 2018-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik və 2018-ci ildə keçiriləcək sammitə ev sahibliyi etməsi müraciəti ilə bağlı Səfirliyin müşaviri F.Talıbov İndoneziya Xarici İşlər Nazirliyinin Cənubi və Mərkəzi Asiya İdarəsinin Direktoru xanım Listiovati ilə 27 iyun 2014-cü ildə görüşmüşdür.