Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi

Azərbaycan Respublikasının ümumvətəndaş pasportu 14 iyun 1994-cü il tarixli “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada rəsmiləşdirilir.

Azərbaycan Respublikasında biometrik pasportların rəsmiləşdirilməsinə keçidlə əlaqədar hər bir Azərbaycan vətəndaşı şəxsən Səfirliyin konsulluq şöbəsinə gəlməli, əl-barmaq izi verməli və aşağıda göstərilən sənədləri təqdim etməlidir. 15 yaşına çatmamış vətəndaşlardan əl-barmaq izi götürülmür.

Ümumvətəndaş pasportunun verilməsi üçün vətəndaşdan aşağıdakı sənədlər tələb olunur:

  1. Yeni pasport alınması üçün Azərbaycan Respublikasının Səfirliyinə ərizə-müraciət (NÜMUNƏ);

Diplomatik Nümayəndəlikdə yeni ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi üçün müraciət edən Azərbaycan Respublikasının vətəndaşının ərizəsində aşağıdakı məlumatlar öz əksini tapmalıdır:

  • Soyadı, adı, atasının adı;
  • Yaşadığı ünvan və telefon nömrəsi;
  • Neçənci ildən Diplomatik Nümayəndəliyin akkreditə olduğu ölkədə yaşayır və ölkəyə gəlmə səbəbi (daimi yaşayır, müqavilə əsasında çalışır, tələbədir);
  • Yeni ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi səbəbi (pasportun etibarlılıq müddətinin bitməsi, yararsız hala düşməsi və ya itməsi, pasport məlumatlarında buraxılmış texniki qüsurlar, köhnə SSRİ tipli pasportla Azərbaycan Respublikası hüdudlarını tərk etməsi, 18 yaş tamam olması);
  • Azərbaycan Respublikası vətəndaşlığından çıxıb-çıxmaması və ya vətəndaşlıqdan çıxmaq üçün müraciət edib-etməməsi.
  1. Ümumvətəndaş pasportu verilməsi haqqında ərizə-anket (“Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”yə 1 NÖMRƏLİ və ya 2 NÖMRƏLİ əlavələr );

Məsul əməkdaş ərizə-anket üzrə məlumatları yoxladıqdan sonra ərizə-anketdə həmin məlumatların düzgünlüyünü öz imzası ilə təsdiq edir.

3. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil (ağ fonda) – Anket üçün;

4. Vətəndaşın etibarlı şəxsiyyət vəsiqəsinin (və ya 15 yaşı tamam olmamış vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı) əsli və surəti;

Doğum haqqında şəhadətnamə xarici dövlət tərəfindən verilmişdirsə, tərcümə və leqallaşdırılmış formada təqdim olunmalıdır. Bu halda (və ya “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının tələb etdiyi hallarda) şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi tələb oluna bilər.

5. Pasport 15 yaşı tamam olmamış vətəndaşa verildikdə qan qrupu haqqında tibbi arayış (uşağın fərdi identifikasiya kartı təqdim edildikdə bu sənəd tələb olunmur);

6. 15 yaşı tamam olmamış vətəndaşa ümumvətəndaş pasportu verilərkən ərizə-anketi yalnız onun valideynləri, valideyn himayəsindən məhrum olmuş uşaqların isə digər qanuni nümayəndələri imzalayırlar;

7. 15 yaşdan 18 yaşadək olan vətəndaşın ərizə-anketini onun özü və ya qanuni nümayəndəsi verə bilər. Hər iki halda ərizə-anketdə 15 yaşdan 18 yaşadək olan vətəndaşın imzası olmalıdır;

8. Ümumvətəndaş pasportunun əsli və surəti (pasport dəyişdirildikdə);

Dəyişdirilən pasportdakı vizanın etibarlılıq müddəti həmin pasportun etibarlılıq müddətindən çox olduğu hallar istisna olmaqla, əvvəlki pasport təhvil verilir.

9. Konsulluq qeydiyyatında olmaq;

Səfirliyin konsulluq qeydiyyatında olmayan vətəndaşlar pasport verilməsi üçün müraciət etməzdən əvvəl KONSULLUQ QEYDİYYATINA alınmalıdır;

10. Səfirliyin akkreditə olduğu dövlətin ərazisində daimi/müvəqqəti yaşayış hüququnu təsdiq edən sənədin surəti (miqrasiya və ya digər dövlət qurumundan verilmiş);

11. 18 yaşı tamam olmamış şəxslər üçün valideyinlərin şəxsiyyət vəsiqələrinin/pasportlarının surətləri;

12. 18 yaşı tamam olmamış şəxslər üçün valideyinlərin nikah şəhadətnaməsinin əsli və surəti;

13. 18 yaşı tamam olmamış şəxslər üçün pasport alınmasına etiraz etmədikləri barədə hər iki valideynin notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi;

14. 18-35 yaş hədlərində hərbi mükəlləfiyyətdən azad edilmə barədə hərbi biletin surəti və ya möhlət hüququ verilməsi qeydi ilə bağlı çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin surəti (əsli ilə birlikdə);

  1. Vətəndaş pasportunu itirdikdə onu harada, nə vaxt və hansı şəraitdə itirdiyini göstərməklə, pasportu verən orqana yazılı məlumat verməlidir;
  2. Pasport oğurlandıqda, cinayətin baş verdiyi yerin polis orqanının buna dair verdiyi arayış (notarial qaydada ingilis dilinə tərcümə edilmiş nüsxəsi ilə birgə);
  3. Bəzi mühüm sənədlər xaric, əsli olmayan sənədlərin notarial qaydada təsdiq edilmiş nüsxəsi təqdim edilə bilər;
  4. 55 USD dövlət rüsumunun Səfirliyin bank hesabına ödənilməsini təsdiq edən qəbz (Dövlət rüsumu haqqında Qanun, maddə 16.1.2. - ümumvətəndaş pasportların alınması məqsədilə sənədlərin səfirlikdə və ya konsulluqda tərtib edilib göndərilməsinə görə;);
  5. Müvafiq məbləğdə dövlət rüsumunun (Azərbaycanda) ödənilməsini təsdiq edən qəbz (Dövlət rüsumu haqqında Qanun, maddə 14.1);

 

Hökumət Ödəniş Portalına (https://gpp.az/az) daxil olaraq yaşa və istənilən müddətə uyğun olaraq müvafiq məbləğdə dövlət rüsumunu Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Bank hesabına ödəyə bilərsiniz.

Əgər dövlət rüsumu Azərbaycan Respublikasında yaşayan qohumlarınız tərəfindən ödəniləcəksə, tələb olunan rüsum Bakıda Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin kassasında və ya ASAN Xidmətdə Şəxsiyyət vəsiqəsinin nömrəsi və ya FİN/PİN kodunuz əsasında ödənilməlidir.

Dövlət rüsumu (Azərbaycanda və ya onlayn ödənən rüsum)

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun

məbləği

14.1. Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə:

 

14.1.1. on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə, yaxud Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə və ya dəyişdirildikdə

 

14.1.1.1. bir yaşınadək uşaqlar üçün

10 manat

14.1.1.2. bir yaşından üç yaşınadək uşaqlar üçün

20 manat

14.1.1.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün

30 manat

14.1.1.4. on səkkiz yaşına çatmış vətəndaşlara

40 manat

14.1.2. beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə

 

14.1.2.1. bir yaşınadək uşaqlar üçün

20 manat

14.1.2.2. bir yaşından üç yaşınadək uşaqlar üçün

40 manat

14.1.2.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün

60 manat

14.1.2.4. on səkkiz yaşına çatmış vətəndaşlara

80 manat

14.1.3. bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə

 

14.1.3.1. bir yaşınadək uşaqlar üçün

40 manat

14.1.3.2. bir yaşından üç yaşınadək uşaqlar üçün

80 manat

14.1.3.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün

120 manat

14.1.3.4. on səkkiz yaşına çatmış vətəndaşlara

160 manat

 

 

14.1-1. Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə:

 

14.1-1.1. on iş günü müddətində verildikdə

 

14.1-1.1.1. bir yaşınadək uşaqlar üçün

20 manat

14.1-1.1.2. bir yaşından üç yaşınadək uşaqlar üçün

30 manat

14.1-1.1.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün

40 manat

14.1-1.1.4. on səkkiz yaşına çatmış vətəndaşlara

50 manat

14.1-1.2. beş iş günü müddətində verildikdə

 

14.1-1.2.1. bir yaşınadək uşaqlar üçün

30 manat

14.1-1.2.2. bir yaşından üç yaşınadək uşaqlar üçün

50 manat

14.1-1.2.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün

70 manat

14.1-1.2.4. on səkkiz yaşına çatmış vətəndaşlara

90 manat

14.1-1.3. bir iş günü müddətində verildikdə

 

14.1-1.3.1. bir yaşınadək uşaqlar üçün

50 manat

14.1-1.3.2. bir yaşından üç yaşınadək uşaqlar üçün

90 manat

14.1-1.3.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün

130 manat

14.1-1.3.4. on səkkiz yaşına çatmış vətəndaşlara

170 manat

 

Ümumvətəndaş pasportunun müddəti

Ümumvətəndaş pasportu 1 yaşınadək uşaqlar üçün bir illik müddətə, 1 yaşından 3 yaşınadək uşaqlar üçün üç illik müddətə, 3 yaşından 18 yaşınadək uşaqlar üçün beş illik müddətə, 18 yaşına çatmış şəxslər üçün isə on illik müddətə verilir