2017-07-10
İndoneziya mətbuatı Ermənistan ordusunun dinc sakinlərə qarşı hədəflənmiş şəkildə hücumunu pisləyən məqalələr yayıb

İndoneziyanın aparıcı media vasitələri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini və mülki obyektlərini hədəflənmiş şəkildə artilleriya atəşinə tutması və nəticədə Allahverdiyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhranın həlak olması barədə məqalələr dərc edib.

Məqalələrdə Azərbaycan Xarici İşlər və Müdafiə nazirliklərinin faciə ilə əlaqədar bəyanatları öz əksini tapıb. Erməni silahlı qüvvələrinin bu təxribatının vandalizm aktı olaraq Ermənistan dövlətinin terrorçu və işğalçı mahiyyətini bir daha sübut etdiyi, yaranmış vəziyyətə görə bütün məsuliyyətin tam şəkildə bu ölkənin siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyü vurğulanır.

“JurnalIslam”, “globalnews” xəbər portallarında Türkiyənin Ermənistanın bu təxribatına sərt reaksiyası haqqında bəhs edilir.

  

 

növbəti xəbər əvvəlki xəbər