Səfir

Cəlal Sabir oğlu Mirzəyev

Azərbaycan Respublikasının İndoneziya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri

 

Tərcümeyi-halı

17 oktyabr 1977-ci ildə Masallı şəhərində anadan olub.

 

Təhsili

1993-1997                 Beynəlxalq münasibətlər və hüquq fakültəsi (bakalavr), Bakı Dövlət Universiteti

1997-1999                 Beynəlxalq münasibətlər və hüquq fakültəsi (magistr), Bakı Dövlət Universiteti

 

Əmək fəaliyyəti

1999-2001                 Referent, attaşe, Beynəlxalq Təşkilatlar İdarəsi, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi

2001-2003                 Üçüncü katib və ikinci katib, Azərbaycan Respublikasının Nyu Yorkda BMT yanında Daimi Nümayəndəliyi

2003-2005                 İkinci katib, Azərbaycan Respublikasının Brüsseldə NATO yanında Daimi Nümayəndəliyi

2005-2007                 Birinci katib, Təhlükəsizlik Problemlər İdarəsi və Birinci Ərazi (Qərb) İdarəsi, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi

2007-2009                 Birinci katib, Azərbaycan Respublikasının Malayziyadakı Səfirliyi

2009-2011                 Şöbə müdiri, I Avropa şöbəsi (Böyük Britaniya və Skandinaviya ölkələri),  Birinci Ərazi (Qərb) İdarəsi, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi

2011-2015                 Müşavir, Azərbaycan Respublikasının Strasburqda Avropa Şurası yanında Daimi Nümayəndəliyi

2015-2017                 Rəis müavini, Amerika İdarəsi, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi

2017-2019                 Azərbaycan Respublikasının Niderland Krallığında Müvəqqəti işlər vəkili

2019-cu ildən           Azərbaycan Respublikasının İndoneziya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri

 

Mükafatları               Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 90 illik yubiley Medalı

Xarici dil bilikləri     İngilis, fransız, rus dilləri

Ailə vəziyyəti                        Evlidir, 3 övladı var