Subaylıq haqqında arayış

Subaylıq haqqında arayış

Şəxslərə subaylıq haqqında arayış şəxsin bilavasitə müraciəti əsasında verilir.

Müraciətlər baxılması üçün Səfirlik tərəfindən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi vasitəsilə Ədliyyə Nazirliyinə göndərilir və müvafiq yoxlamadan sonra hazırlanmış arayışlar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi vasitəsilə alınaraq ərizəçiyə təqdim edilir. Arayışın alınması iki aya qədər vaxt tələb edə bilər.

Müvafiq arayışın alınması üçün Səfirliyin Konsulluq şöbəsinə aşağıda qeyd olunan sənədlər təqdim olunmalıdır:

  1. Vətəndaşın Səfirliyə ƏRİZƏSİ;
  2. Ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlərin əsli və surəti (Pasport, şəxsiyyət vəsiqəsi);
  3. Əvvələr nikahda olan şəxslər üçün:
  • boşanmışsa bu barədə sənədin surəti,
  • nikah pozulmuşsa bu barədə sənədin surəti,
  • əvvəlki nikah etibarsız sayılmışsa bu barədə sənədin surəti,
  • əvvəllər nikahda olduğu şəxs ölmüşdürsə ölüm haqqında sənədin surəti;

 

  1. Səfirliyin BANK HESABINA dövlət RÜSUMUNUN ödənilməsini təsdiq edən qəbz.