Sənədlərin sorğu ilə alınması

Azərbaycan Respublikasının xaricdəki vətəndaşları və əcnəbilərin Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliyinin konsulluq xidməti vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Baş Arxiv İdarəsinə müraciət etmək və müəyyən sənədlər üzrə sorğu göndərmək hüququ vardır. Növbəti mərhələ aşağıdakı kimidir:

Ərizəçi Azərbaycan Respublikasının Səfirliyinin konsulluq xidmətinə müraciət etməli və tələb olunan hər bir sənəd üçün iki ərizə anket forması doldurmaqla lazımi konsulluq rüsumunu ödəməlidir.

Sorğu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Baş Arxiv İdarəsinə göndərilir. Sorğu üzrə axtarış bitdikdən sonra Baş Arxiv İdarəsi tələb olunan sənədi sorğu ərizəsinin verildiyi Səfirliyin konsulluq xidmətinə göndərilməsi üçün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinə göndərir.

Arxiv üzrə axtarış