“Aghdam Hiroshima dari Kaukasus” (“Ağdam Qafqazın Xirosimasıdır”) poçt markası
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” 2023-cü ilin 31 iyul tarixli Sərəncamından irəli gələrək, 20 noyabr Ağdam şəhər günü ilə əlaqədar Azərbaycanın İndoneziyadakı səfirliyinin təşəbbüsü ilə bu ilin 13 noyabr tarixində İndoneziya Dövlət Poçt Şirkəti tərəfindən poçt markası nəşr olunmuşdur.
Qeyd edək ki, poçt markasının üzərində İndoneziya dilində “Aghdam Hiroshima dari Kaukasus” (“Ağdam Qafqazın Xirosimasıdır”) sözləri yazılmışdır.
Onu da bildiririk ki, İndoneziya Poçt Dövlət Şirkəti ilə Səfirlik arasında əldə olunmuş razılığa əsasən, həmin marka noyabr ayı ərzində ölkənin mərkəzi və regional poçt şöbələrində dövriyyəyə buraxılmışdır.