Nikahın pozulmasının qeydə alınması

Səfirliyin akkreditə olduğu dövlətlərdə daimi və ya müvəqqəti yaşayan yetkinlik yaşına çatmayan ümumi uşaqları olmayan Azərbaycan Respublikası vətəndaşları nikahın pozulması məqsədilə ərizə ilə Səfirliyin konsulluq şöbəsinə müraciət edə bilərlər.

Tələb olunan sənədlər

  • Ər-arvadın nikahın pozulması haqqında birgə razılıq ərizəsi;
  • Ərizə verən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər;
  • Ərizə verən şəxslərin nikah haqqında şəhadətnaməsi;
  • Ərizə verən şəxslərin Səfirliyin akkreditə olduğu dövlətlərdə daimi/müvəqqəti yaşamasını təsdiq edən sənədlər;
  • Yetkinlik yaşına çatmayan ümumi uşaqların olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi əsasında nikahın pozulması aşağıdakı sənədlər təqdim edildikdə aparılır:
  • ərin və ya arvadın xəbərsiz itkin düşməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi;
  • ərin və ya arvadın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi;
  • ər (arvad) cinayət törətməyə görə ən azı 3 il müddətində azadlıqdan məhrum olunduqda.
  • Məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi;
  • Nikahın pozulması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi;
  • Nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi;
  • Dövlət rüsumu Səfirliyin konsulluq xidmətləri üçün nəzərdə tutulan bank hesabına köçürülməli və ödəniş haqqında qəbz digər sənədlərlə birlikdə Səfirliyin Konsulluq Şöbəsinə təqdim edilmədir.

İştirak etməli olan şəxslər

  • Birgə razılıq ərizəsi əsasında nikah pozulduqda-ər və arvadın hər ikisi;
  • Ərin (arvadın) ərizəsi əsasında nikah pozulduqda-ər və ya arvad;
  • Məhkəmə qətnaməsi əsasında nikah pozulduqda-ər və  arvad (birlikdə və ya ayrılıqda);
  • Məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumu;
  • Notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli şəxslər

Müraciət edilməsi qaydası

Ərizə verən şəxslər konsulluqlara şəxsən ərizə ilə müraciət etməlidirlər.

Müraciətə baxılma müddəti

Nikahın pozulması ərizə verildiyi gündən 1 ay keçdikdən sonra ər-arvadın iştirakı ilə həyata keçirilir.

Ər-arvad üzrlü səbəblərə (gəlməməyin səbəbinin üzrlü hesab edilməsi yalnız konsulluğun vəzifəli şəxsi tərəfindən müəyyən edilə bilər) görə nikahın pozulmasını qeyd etmək üçün müəyyən edilmiş gündə konsulluğa gələ bilmədikdə, onların xahişi əsasında konsulluq:

  • nikahın pozulmasının qeyd alınması gününü başqa tarixə keçirə bilər və ya;
  • yeni tarix müəyyən etmədən ər-arvadın gəldiyi gün nikahın pozulmasını qeyd edə bilər (onların (onun) razılığını təsdiq edən və özləri (özü) olmadan nikahın pozulmasının qeyd olunmasına dair xahiş əks olunan və imzasızının həqiqiliyi konsulluq tərəfindən təsdiqlənən ərizə təqdim edildikdə).