Məhkumluq haqqında arayış

Məhkumluq barədə arayış şəxsin bilavasitə müraciəti və şəxsiyyətini təsdiq edən sənəd əsasında verilir.

Müraciətlər baxılması üçün Səfirlik tərəfindən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi vasitəsilə Daxili İşlər Nazirliyinin (DİN) Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə göndərilir və müvafiq yoxlamadan sonra hazırlanmış arayışlar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi vasitəsilə alınaraq ərizəçiyə təqdim edilir. Arayışın alınması iki aya qədər vaxt tələb edə bilər.

Müvafiq arayışın alınması üçün Səfirliyin Konsulluq şöbəsinə aşağıda qeyd olunan sənədlər təqdim olunmalıdır:

  1. Vətəndaşın ƏRİZƏSİ (Səfirliyə müraciət edərkən doldurur)
  2. Ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlərin əsli və surəti (Pasport, şəxsiyyət vəsiqəsi);
  3. Əcnəbilərin varsa, Azərbaycan vizalarının və Azərbaycanda işləmək, yaşamaq icazələrin surətləri;
  4. Sorğu göndərilməsi üçün Səfirliyin BANK HESABINA dövlət RÜSUMUNUN ödənilməsini təsdiq edən qəbz.

Qeyd 1: Hər bir şəxs məhkumluq barədə arayışı yalnız özü haqqında ala bilər. Şəxsin özünün iştirakı mümkün olmadıqda, onun ərizəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada etibarnamə ilə müvəkkil etdiyi şəxs tərəfindən təqdim olunur və ya Səfirliyin Konsulluq Şöbəsi tərəfindən təsdiq edilmiş etibarnamə ilə etibar edilmiş şəxs Azərbaycan Respublikasının səlahiyyətli orqanlarından müvafiq arayışı əldə edir.

Qeyd 2: Yetkinlik yaşına çatmayana, qəyyumluq və himayəçilik təyin olunmuş şəxslərə məhkumluq barədə arayış onların valideynlərinin və digər qanuni nümayəndələrinin ərizələrinə əsasən verilir.



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti