COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasına giriş qaydadları

COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasına giriş qaydadları

 

Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Müəyyən edilsin ki:

1.1. 2024-cü il 1 iyul saat 06:00-dək Azərbaycan Respublikasının ərazisində (bu Qərarın 1.2-ci bəndi nəzərə alınmaqla) tətbiq edilən xüsusi karantin rejimi dövründə aşağıdakı məhdudiyyətlər istisna olmaqla digər iş, xidmət sahələrində və istiqamətlərdə fəaliyyətə icazə verilir:

1.1.1. yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü nəqliyyatla giriş-çıxışın dayandırılması;

 



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti