Səfirin tərcümeyi-halı

 

 Azərbaycan Respublikasının

İndoneziya Respublikasında

Fövqəladə və səlahiyyətli səfiri

cənab Ramil Əbil Rzayev

 


• Anadan olmuşdur - 13.08.1976, Azərbaycan Respublikası, Bakı şəhəri

 • Təhsili:

1993-1997- Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsi, bakalavr 1997-1999 - Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsi, magistr, fərqlənmə ilə bitirmişdir

2001-2003 - Rusiya Federasiyasının Diplomatiya Akademiyasının  Beynəlxalq münasibətlər fakültəsi.

Əmək fəaliyyəti:

2000-2004 - Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Müstəqil Dövlətlər Birliyi (MDB) idarəsinin attaşesi;

2004-2006 - Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin üçüncü katibi;

2006 - Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin üçüncü katibi;

2007-2009 - Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin ikinci katibi;

2009-2011- Azərbaycan Respublikasının Amerika Birlləşmiş Ştatlarındakı Səfirliyinin ikinci katibi;

2011-2013 - Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Hüquqi təminat idarəsinin birinci katibi;

2013-2017 - Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin birinci katibi;

2018-2020 - Azərbaycan Respublikasının Oazaxıstan Respublikasındakı Səfirliyinin birinci katibi;

2020-2023 - Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Dövlət protokolu idarəsinin rəisi;

2023 - cü ildən 20 dekabr 2024-cü il tarixinədək Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Asiya və Sakit Okean Ölkələri idarəsinin rəisi.

 

Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2024-cü il tarixli müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının İndoneziya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.

 

• Xarici dillər : ingilis, rus, türk.

• Ailə vəziyyəti : evlidir, iki övladı var.

 



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti