Azərbaycan Respublikası və Sinqapur Respublikası arasında diplomatik münasibətlər 1994-cü ilin 15 avqust tarixində qurulmuşdur.

 

Azərbaycan Respublikasının Sinqapurdakı Səfirliyi 2012-ci ildən fəaliyyət göstərir (iqamətgahı İndoneziyanın paytaxtı Cakarta şəhərində olmaqla).

 2023-cü ilin 5-6 iyul tarixlərində Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun Nazirlər İclasında Sinqapurun Nyu-Yorkda BMT yanındakı Daimi Nümayəndəsi Burhanudeen Gafoor iştirak etmişdir.

2024-cü ilin 13-15  may tarixlərində Azərbaycan Respublikasının Milli Məclisin sədri xanım Sahibə Qafarova Sinqapur Respublikasına işgüzar səfər etmişdir.

2025-ci ilin 28 iyul-01 avqust tarixlərində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin başçılıq etdiyi nümayəndə heyəti Sinqapurda səfərdə olmuşdur.

2025-ci ilin 7-10 sentyabr tarixlərində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Sinqapurda səfərdə olmuş və Beynəlxalq Prokuorlar Assosiasiyasının 30-cu konfrasında iştirak etmişdir.

 

İqtisadi sahədə əməkdaşlıq

 

Azərbaycan ilə Sinqapur arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi

(min ABŞ dolları)

 

 

İLLƏR

TİCARƏT DÖVRİYYƏSİ

İXRAC

İDXAL

2016

202,392.2

894.4

201,497.8

2017

22,259.5

418.9

21,840.6

2018

30,931.2

6,621.6

24,309.6

2019

24,271.89

1,022.01

23,249.88

2020

77,100.00

48,500.00

28,600.00

2021

19,073.01

824,70

18,248.31

2022

35,967.89

1,320.75

34,647.14

2023

(yanvar-sentyabr)

106,746.49

89,849.28

16,897.21

2024

43.330.47

5.160.51

38.169.96

2025

(yanvar-sentyabr)

50.863.30

1.088.68

50.863.30

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti