2016-cı ilin 1-2 fevral tarixlərində Bakıda Azərbaycan-İndoneziya Energetika Forumu keçirilmişdir.
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (mln ABŞ dolları)
İllər |
Ticarət dövriyyəsinin həcmi |
İxrac |
İdxal |
2008 |
1416.68 |
1411.08 |
5.59 |
2009 |
664.49 |
660.65 |
3.84 |
2010 |
788.53 |
782.16 |
6.37 |
2011 |
926.34 |
913.15 |
13.19 |
2012 |
1794.59 |
1757.31 |
37.27 |
2013 |
2800.6 |
2771.82 |
28.78 |
2014 |
2045.07 |
2012.32 |
32.75 |
2015 |
497.73 |
477.82 |
19.91 |
2016 |
123.56 |
77.46 |
46.10 |
2017 |
514.42 |
465.12 |
49.3 |
2018 |
653.31 |
597.51 |
55.80 |
2019 |
55.826 |
55,460 |
366.0 |
2020 |
30.796 |
458.5 |
30,337 |
2021 2022 2023 (yanvar-sentyabr) |
174.000 844.1
254.7 |
169.000 3.6
4.1 |
5.000 840.5
250.6 |
Azərbaycana İndoneziyadan idxal: xam palma yağı və onun fraksiyaları, kokos yağı və onun fraksiyaları, taxta-şalban, çoxqatlı panellər, toxuculuq materialları
Azərbaycandan İndoneziyaya ixrac: xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları
Müqavilə-hüquq bazası
İki ölkə arasında 14 sənəd imzalanmışdır.
İqtisadi sahə üzrə qüvvədə olan əsas sazişlər
- Azərbaycan Respublikası Hökuməti ilə İndoneziya Respublikası Hökuməti arasında İqtisadi və Texniki Əməkdaşlıq haqqında Saziş (19 may 2008-ci il, Bakı).
- Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İndoneziya Respublikasının İnzibati və Bürokratik İslahatlar Nazirliyi arasında mütərəqqi dövlət xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu (iyul, 2017-ci il Cakarta).
- Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İndoneziya Respublikasının İşçi Qüvvəsi Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlıq haqqında Memorandum (Azərbaycan Respublikası Prezidentinin 03.06.2023-cü il tarixli 2165 nömrəli Fərmanı ilə təsdiq edilmişdir)
“Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İndoneziya Respublikasının Energetika və Mineral Ehtiyatlar Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” layihəsi. (30 aprel 2021-ci il; virtual formatda imzalanıb).