news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 19 may 2025

Azərbaycan Respublikasının İndoneziya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ramil Rzayevin İndoneziya xarici işlər naziri Sugiono ilə görüşü

Bu ilin 16 may tarixində Azərbaycan Respublikasının İndoneziya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ramil Rzayevin İndoneziya xarici işlər naziri Sugiono ilə görüşmüşdür.Görüş zamanı ikitərəfli münasibətlərin mövcud inkişaf perspektivlərinə toxunulmuş, beynəlxalq və regional səviyyədə qarşılıqlı dəstək məmnunluqla qeyd olunmuş, ölkələrimiz arasında gələcəkdə müxtəlif sahələr üzrə: siyasi, iqtisadi, mədəni, turizm və.s əməkdaşlığın genişləndirilməsi üçün zəruri potensialın olduğu vurğulanaraq, bu istiqamətdə birgə mühüm addımların atılması önə çəkilmişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti