İndoneziya Respublikasına səfər edəcək Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə!!!
İndoneziya Respublikası Hökuməti tərəfindən xarici vətəndaşlar üçün ölkəyə giriş prosesini sadələşdirmək məqsədilə “All Indonesia” adlı rəqəmsal deklarasiya platforması istifadəyə verilmişdir. 01 sentyabr 2025-ci il tarixindən etibarən pilot mərhələsi olaraq İndoneziyanın üç şəhərinin hava limanlarında (Cakarta şəhəri - Soekarno-Hatta İnternational Airport, Denpasar şəhəri – Ngurah Rai İnternational Airport, Surabaya şəhəri – Juanda İnternational Airport) adıçəkilən platforma tətbiq edilməyə başlanılacaqdır. Yeni qaydaya əsasən xarici vətəndaşlar tərəfindən İndoneziya Respublikasına səfər etməzdən öncə allindonesia.imigrasi.go.id saytında onlayn şəkildə deklarasiya doldurulmalıdır. Əlavə məlumat bu keçiddən əldə edilə bilər: http://bit.ly/4fOxA7K.