news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 05 dekabr 2024

İndoneziyalı parlamentari: Dünya ictimaiyyəti Qərbi azərbaycanlılarla bağlı ədalətsizliyə göz yummamalıdır

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə Bakıda keçirilən “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda ikinci beynəlxalq konfransı çərçivəsində İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli İndoneziya parlamentinin Regional Nümayəndələr Şurasının üzvü İr. X.Əbdül Həkim ilə görüşüb.

Görüşdə İcma sədri indiki Ermənistan ərazisindən 300 minə yaxın Qərbi azərbaycanlının çıxarılmasının və onların hələ də geri qayıda bilməməsinin beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğunu vurğulayıb.

O bildirib ki, geri qayıdış öz ata-baba yurdundan çıxarılan azərbaycanlıların təməl hüququdur.

Öz növbəsində üzvü İr. X.Əbdül Həkim dünya ictimaiyyətinin bu ədalətsizliyə göz yummamalı olduğunu diqqətə çatdırıb. O, beynəlxalq təşkilatlarda və qurumlarda bu istiqamətdə müzakirələrin mümkün qədər çox aparılmasına dünya birliyi tərəfindən şəraitin yaradılmasının mühüm olduğunu vurğulayıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti