İndoneziyanın Bali adasında Agung vulkanının püskürməsi nəticəsində Bali beynəlxalq hava limanının müvəqqəti fəaliyyətini dayandırması ilə əlaqədar Bali adasında qalan Azərbaycan Respublikası vətəndaşlarına müraciət
Ən son məlumatlara əsasən, Bali beynəlxalq hava limanının 29.11.2017-ci il səhər saat 7:00-a qədər bağlı qalacağı elan edilmişdir. Bali adasında olan Azərbaycan Respublikası vətəndaşlarına vulkanın baş verdiyi bölgəyə (Karangasem bölgəsinə) səyahətdən çəkinməyi və həmin bölgəyə yaxın olan şəxslərə oranı tərk etmələrini tövsiyə edirik.
Mövcud vəziyyət ilə əlaqədar təyyarə reysiniz ləğv edildiyi üçün adanı tərk edə bilmirsinizsə, ilkin olaraq səyahəti təşkil edən turizm agentliyinə və ya avia şirkətə sizi alternativ nəqliyyat istiqamətləri və vasitələri ilə təmin etmələri üçün müraciət etməyinizi və hazırda məskunlaşdığınız yerdə gözləməyinizi tövsiyə edirik.
Mövcud vəziyyət ilə əlaqədar Balini tərk edə bilməyən və səyahət vizasının müddətinin bitməsinə az qalan xarici vətəndaşların vizasının İndoneziya Respublikasının Miqrasiya Xidməti tərəfindən 1 aylıq uzadılması nəzərdə tutulur. Əlavə məlumat üçün Bali hava limanında yerləşən Miqrasiya xidmətinə və ya aşağıdakı ünvandakı miqrasiya ofisinə müraciət edin:
Kanim Kelas I Khusus Ngurah Rai
Jalan Perumahan Taman Jimbaran No 1
Mumbul Kuta Selatan
Tel: (+62) 361 9351038 / 8468395
http:bit.ly/2y6pdlk
İndoneziya Respublikasının turizm nazirinin açıqlamalarına əsasən, Turizm Nazirliyi, Nəqliyyat Nazirliyi və Bali əyalətinin rəhbərliyinin birgə fəaliyyyəti ilə turistlər ən yaxın beynəlxalq aeroporta və ya Balinin Gilimanuk Portuna aparılacaq və ya digər alternativ nəqliyyat istiqamətləri və vasitələri ilə təmin ediləcəklər.
Qeyd olunan xidmətdən yararlana bilmədiyiniz təqdirdə, digər adalardakı ən yaxın beynəlxalq aeroportlara aşağıdakı alternativ nəqliyyat istiqamətləri və vasitələri ilə gedə bilərsiniz.
Avtobus : Yava adasındakı (Java) Surabaya (min. 7 saat), Cokcakarta (Yogyakarta) və Cakarta (min. 30 saat) şəhərlərindəki beynəlxalq aeroportlara getmək üçün Gilimanuk və Banyuwangi portları ilə keçməklə aşağıdakı avtobus terminallarıdan avtobus nəqliyyatından istifadə edə bilərsiniz:
- Ubung avtobus terminalı (Bali aeroportundan 13 km uzaqlıqda)
- Mengwi avtobus terminalı (Bali aeroportundan 27 km uzaqlıqda)
Sürət gəmisi, kruiz və ya bərə:
- Gilimanuk limanından Banyuwangi limanına (Java adası) – Təxminən 1 saat
- Bali adasına yaxın adada yerləşən və hazırda açıq olan Lombok Aeroportuna getmək üçün -Padang Bai limanından (Bali) Lombok limanına, daha sonra Lombok Aeroportuna gediş.
- Benoa limanından Lombok və ya Surabaya (təxminən 26 saat) limanına
Qatar (Yava adasında):
- Banyuwangidən Surabayaya “Mutiara Timur” qatarı ilə (Təxminən 7 saat)
- Banyuwangidən Malanga “Tawangalun” qatarı ilə (Təxminən 8 saat)
https://tiket.kereta-api.co.id
Qaynar xətt - 121
Bali Tourism Board Task Force
http://www/balitourismboard.or.id/page/mountagung/
Tel: +62812 4611 9889 +62877 5468 9166
Facebook: Bali Tourism Board
Instagram : @OfficialBaliTourism
Əlav məlumat və ya yardım üçün Azərbaycan Respublikasının İndoneziyadakı Səfirliyi ilə əlaqə saxlamağınızı tövsiyə edirik:
İş tel: +622125554408
Mobil tel: +62 812 956 222 97
E-mail: jakarta@mission.mfa.gov.az
Twitter: https://twitter.com/AzEmbIndonesia