news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 17 oktyabr 2023

İndoneziyanın inzibati və bürokratik islahatlar naziri “ASAN xidmət”də

2023-cü il oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev İndoneziya Respublikasının inzibati və bürokratik islahatlar naziri Abdullah Azvar Anasın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nümayəndə heyəti tərəflər arasında 2017-ci il iyulun 24-də imzalanmış Anlaşma Memorandumunun implementasiyası çərçivəsində ölkəmizə səfər edib. Memorandum çərçivəsində “ASAN xidmət” modeli İndoneziya Respublikasına ixrac olunub. Hazırda İndoneziyada həmin model əsasında yaradılmış 152 xidmət mərkəzi fəaliyyət göstərir.

İndoneziyalı nümayəndə heyəti üçün Dövlət Agentliyi tərəfindən dövlət xidmətlərinin dizaynı sahəsində görülən işlərə və “ASAN xidmət” mərkəzlərində tətbiq olunan rəqəmsal həllərə dair geniş təqdimat keçirilib.

Qonaqlar “ASAN xidmət” mərkəzi, Səyyar ASAN xidmət, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, “ASAN İnnovativ İnkişaf Mərkəzi, “Bilim Bakı” mərkəzi ilə də tanış olublar.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti