news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 06 noyabr 2023

Dünyanın 26 ölkəsini təmsil edən səyyahlar Ağdamda erməni vandalizminin izlərinin şahidi olublar

Dünyaşöhrətli 4 əsas səyahətçilər şəbəkəsindən biri olan “NomadMania” klubunun 26 ölkəni (ABŞ, Kanada, İsveçrə, Britaniya, Danimarka, Almaniya, Avstriya, Polşa, Finlandiya, Norveç, İspaniya, Macarıstan, Rumıniya, Portuqaliya, Sinqapur, Avstraliya və sair) təmsil edən 50-yə yaxın üzvdən ibarət heyəti Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində Ağdama gəliblər.

Xarici səyahətçilər Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklər, eləcə də şəhər işğaldan azad edildikdən sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri ilə tanış olublar.

Bu səfərlər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması, Ermənistanın törətdiyi müharibə cinayətlərinin yerində nümayişi baxımından da müstəsna əhəmiyyət daşıyır.

 

Dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, “NomadMania” və Türkiyə Gəzginlər Klubunun klublarının geniş tərkibdə heyətləri ötən 2 ildə Qarabağa və Şərqi Zəngəzura 8 dəfə səfər etmişlər. 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti