İstiqlal Məscidində Mərasim
27 sentyabr Anım Günü ilə əlaqədar Azərbaycan Respublikasının İndoneziya Respublikasındakı səfirliyi tərəfindən Cakarta şəhərində yerləşən İstiqlal məscidinin rəhbərliyinin dəstəyi ilə Cümə namazı mərasimi keçirilmişdir. Məscidin imamı tərəfindən 44 günlük Vətən Müharibəsi şəhidlərinin xatirəsi yad edilmiş və ruhlarına dualar oxunmuşdur. Namaz mərasimində İndoneziyanın dini işlər üzrə nazir Nasruddin Umar da iştirak etmişdir.
Azərbaycan Respublikasının İndoneziya Respublikasındakı səfirliyi tərəfindən İstiqlal məscidində 1300-ə yaxın şəxslər üçün ehsan payı verilmişdir.
Məscidin girişində Anım Günü ilə əlaqədar stend yerləşdirilmişdir.
Bundan əlavə, yerli KİV-lərə müsahibəsində səfir R.Rzayev Anım Günü ilə əlaqədar məlumat vermişdir.
Tədbir bir çox yerli KİV-lər tərəfindən geniş işıqlandırılmışdır.

