Prezident Jokowi Solo (Surakarta) şəhərində Zayed Humanitar Günündə iştirak etmişdir.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İndoneziya Respublikasında akkreditə olunmuş Səfirliyi tərəfindən İndoneziyada akkreditə olunmuş müsəlman ölkələrinin Səfirləri üçün cari ilin 10 aprel 2023-cü il tarixində İndoneziyanın Solo şəhərində ən böyük Məscid olan Şeyx Zaid məscidində iftar tədbiri keçirilmişdir (qeyd: 09 aprel tarixində isə İndoneziya Respublikasının Solo şəhərinin meri Gibran Rakabuming Raka tərəfindən İndoneziyada akkreditə olunan müsəlman ölkələrin Səfirləri qəbul edilmişdir). Tədbirdə İndoneziya Respublikasının Prezidenti Jokowi Widodo, eləcə də ölkənin digər rəsmi şəxsləri Solo şəhərinin meri Gibran Rakabuming Raka (hazırki Prezidentin oğlu) və Mərkəzi Yava valisi Gancar Pranowo da iştirak etmişlər.