Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə ASEAN PA arasında anlaşma memorandumu imzalanıb
12.03.2023-cü il tarixində Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığının paytaxtı Manama şəhərinə işgüzar səfəri çərçivəsində ASEAN Parlamentlərarası Assambleyanın (PA) Baş katibi Siti Rozaimeriyanti Dato Haji Abdul Rahman ilə görüşüb.
Görüşdə Azərbaycan Milli Məclisi ilə ASEAN PA arasında əməkdaşlığın yüksək səviyyədə olması vurğulanıb. Xatırladılıb ki, ötən il Azərbaycan Milli Məclisi ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu alıb.
Görüşün sonunda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə ASEAN Parlamentlərarası Assambleya arasında Anlaşma Memorandumu imzalanıb.