news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 05 iyun 2023

Sinqapurla gömrük sahəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Qlobal DTC-nin (Rəqəmsal Ticarət Dəhlizi) baş direktoru, Sinqapur üzrə proqram təminatçısı və operatoru Vi Tanla görüşüb.

Görüşdə multimodal yüklərin daşınması prosesində məlumatların rəqəmsal transformasiyasının həyata keçirilməsi, sənəd dövriyyəsinin optimallaşdırılması, bu sahədə mövcud qabaqcıl təcrübələrin paylaşılması, əməkdaşlığın gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Həmçinin Azərbaycan gömrük xidmətinin təşəbbüsü ilə hazırlanan Orta Dəhliz boyu tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi və Vahid Tranzit Portalı barədə ətraflı məlumat verilib, yük axınlarının səmərəli şəkildə idarə olunması, elektron məlumat mübadiləsinin gücləndirilməsinə dair məsələlər müzakirə olunub.

 

 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti