"Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsizlik və yaşıl gələcəyə doğru resursların səfərbər edilməsi" mövzusunda 3-cü beynəlxalq konfrans
Cari ilin 30-31 may tarixlərində Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Millətlər Təşkilatının birgə təşkilatçılığı ilə Bakı və Zəngilan şəhərlərində "Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsizlik və yaşıl gələcəyə doğru resursların səfərbər edilməsi" mövzusunda 3-cü beynəlxalq konfrans keçiriləcəkdir.