news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 19 iyun 2023

Filippinli səyyah: Laçında baş verən insident bizi məyus etdi

Laçında baş verən insident (Ermənistan ərazisindən açılmış atəş nəticəsində Azərbaycan hərbi qulluqçusunun yaralanması) bizi məyus etdi. Ümid edirəm ki, yaxın gələcəkdə tərəflər arasında sülh əldə olunacaq.

Bunu azad olunan torpaqlara səfər edən xarici səyyahlar qrupunun üzvü, Filippindən olan Aimee Paragas deyib.

“Bu, mənim Azərbaycana birinci səfərimdir. Şuşanı ziyarət etmək və şəhərin dirçəlişini görmək mənim üçün böyük şərəfdir. Şuşada infrastruktur, o cümlədən yollar və yaşayış binaları çox qısa müddətdə bərpa olunur. Bu, heyrətamizdir”, - deyə o əlavə edib.

Qeyd edək ki, dünyanın 4 əsas səyahətçilər şəbəkəsindən biri sayılan MTP (Most Traveled People) təşkilatının 14 ölkəni (ABŞ, Britaniya, Almaniya, Avstriya, İtaliya, İspaniya, Ukrayna, Rusiya, Türkiyə, Rumıniya, Filippin, Avstraliya, CAR və Santa Lusia) təmsil edən heyəti Qarabağ və Şərqi Zəngəzurda səfərdə olub.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti