news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 19 oktyabr 2020

Türkiyə Respublikasına səfər edən Azərbaycan Respublikası vətəndaşlarının pasportlarının zəruri etibarlılığı barədə

13 avqust 2020-ci il tarixində “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında Saziş” qüvvəyə minmişdir. Sazişə əsasən, Türkiyə Respublikasına səfər edən Azərbaycan Respublikası vətəndaşının pasportunun etibarlılıq müddəti ən azı 6 (altı) ay olmalıdır. Bu baxımdan, Türkiyəyə səfər etmək istəyən Azərbaycan vətəndaşları pasportlarının etibarlılıq müddətinə diqqət yetirməlidirlər; əgər bu müddət 6 aydan azdırsa, onlar etibarlılıq müddəti 6 aydan çox olan yeni pasport əldə edərək Türkiyəyə səfər etməlidirlər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti