Zəfər Günü ilə əalqədar tədbirin keçirilməsi
Cari ilin 07 noyabr tarixində Cakartada Yunus Emre İnstitutunda 8 Noyabr – Zəfər Günü münasibətilə səfirliyin təşkilatçılığı ilə tədbir keçirilmişdir.
Tədbir çərçivəsində Zəfər Gününə həsr olunmuş fotosərgi təşkil edilmişdir. Tədbirdə diplomatik korpus üzvləri, dövlət və ictimai qurumlar, KİV nümayəndələri, eləcə də İndoneziyada yaşayan həmvətənlərimiz iştirak etmişdirlər. Tədbirin açılışında Azərbaycan və İndoneziya himnləri səsləndirilmiş, daha sonra Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş olunmuşdur.
Daha sonra, Yunus Emre İnstitutunun indoneziyalı tələbələri tərəfindən tədbir üçün xüsusi hazırlanmış Azərbaycan xalq mahnıları ifa olunmuşdur.
Tədbir yerli KİV-lərdə geniş işıqlandırılmışdır.

