news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 29 mart 2023

“Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.03.2023-cü il tarixli 93 nömrəli qərarı

“Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.03.2023-cü il tarixli 93 nömrəli qərarına istinadən 28.03.2023-cü il tarixindən saat  06:00 –dan etibarən:

  • Hava nəqliyyatı vasitəsi ilə bütün xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ğlkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına girişinə icazə verilir;
  • “Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26.05.2021-ci il tarixli 151 nömrəli qərarında əks olunmuş vətəndaşlarına, burada daimi yaşayan digər ölkə vətəndaşlarına, habelə vətəndaşlığı olmayan şəxslərə hava nəqliyyatı ilə Azərbaycan Respublikasına girişinə icazə verilən ölkələrin siyahısı ləğv edilir;
  • Xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan R%espublikasına girişi zamanı COVİD-19 pasportu (COVİD-19-a qarşı tam peyvənd olunmasını və ya COVİD-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) tələbi ləğv edirlir;
  • Yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü nəqliyyatla giriş-çıxışın dayandırılması qüvvədə saxlanılır

 

https://nk.gov.az/az/document/6893/ 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti