İndoneziya Respublikasında miqrasiya prosesləri müvafiq qanunvericiliklə (05.05.2011-ci il tarixli 6/2011 nömrəli “İmmiqrasiya haqqında” və 2017-ci il tarixli 17 nömrəli “İndoneziyada miqrant işçilərin müdafiəsi haqqında” qanunlarla) tənzimlənir. Bu sahə üzrə əsas orqan İmmiqrasiya Baş Direktorluğudur (Direktorat Jenderal Imigrasi). Sözügedən qurum Hüquq və İnsan Hüquqları Nazirliyinə tabedir (Ministry of Law and Human Rights). Əcnəbilərlə bağlı əsas qanun olan “İmmiqrasiya haqqında” qanunda əks olunan aşağıdakı bir sıra məqamları diqqətinizə çatdırırıq:
Sözügedən qanuna əsasən, xüsusi hallarda əcnəbi vətəndaş vizadan azad oluna bilər (maddə 43: qarşılılıq prinsipləri nəzərə alınmaqla, Prezident Əsasnaməsinə əsasən müəyyən edilmiş ölkənin vətəndaşı; etibarlı qalma icazəsi və təkrar giriş icazəsi olan xarici vətəndaş; gəmi kapitanı, pilot kapitanı və ya nəqliyyat vasitəsinin növbətçi heyəti; İndoneziyanın arxipelaq sularında, ərazi dənizlərində, kontinental şelflərində və ya İndoneziyanın Xüsusi İqtisadi Zonasında fəaliyyət göstərmək üçün birbaşa öz nəqliyyat vasitəsi ilə daxil olan gəmi kapitanı, gəmi heyəti, gəmi və ya üzən infrastruktur üzrə xarici ekspert). İndoneziyada vizanın bir neçə növü var: diplomatik, rəsmi, müvəqqəti qalma vizası (din xadimləri, ekspertlər, işçilər, tədqiqatçılar, tələbələr, sərmayəçilər, yaşlı minsanlar, eləcə də onların ailəsi, habelə İndoneziya vətəndaşı ilə qanuni nikahda olan və Xüsusi İqtisadi Zonasında fəaliyyət göstərən gəmilərdə, üzən infrastrukturlarda və ya qurğularda işləyən xarici vətəndaş.), səyahət vizası (sosial iqtisadi, turist, biznes, ailə üzvlərinin səfəri və .s üçün verilir). Səyahət vizası və müvəqqəti qalma vizasının verilməsi nazirin (Hüquq və İnsan Hüquqları) səlahiyyətindədir. Diplomatik vizalar İndoneziyanın xaricdəki Nümayəndəliklərində İmmiqrasiya Məmuru tərəfindən verilir və imzalanır. İndoneziyanın Xaricdəki Nümayəndəliklərində İmmiqrasiya Məmuru olmadığı halda, səyahət vizası və müvəqqəti qalma vizası İndoneziya xarici xidmət məmuru tərəfindən verilir.
Səyahət vizası İndoneziya xarici xidmət rəsmisi tərəfindən nazirin razılıq qərarı alındıqan sonra verilir (maddə 41). Sözügedən qanuna əsasən, viza müraciəti aşağıdakı hallarda imtina olunur (maddə 42)
- Ərizəçinin adı ölkəyə Giriş Qadağası olanların siyahısına daxil edilmişdirsə;
- ərizəçinin qanuni və etibarlı səyahət sənədi yoxdursa;
- İndoneziyada olarkən özü və/yaxud ailəsi üçün kifayət qədər yaşayış xərcləri yoxdursa;
- ərizəçinin başqa ölkəyə səyahətini davam etdirmək üçün geri dönüş və ya gediş bileti yoxdursa;
- ərizəçinin mənşə ölkəsinə təkrar giriş icazəsi və ya digər ölkələrə vizası yoxdursa;
- ərizəçi yoluxucu xəstəlikdən, psixi pozğunluqdan və ya ictimai sağlamlıq və ya nizam-intizam üçün zərərli ola biləcək digər xəstəliklərdən əziyyət çəkirsə;
- ərizəçi transmilli mütəşəkkil cinayətlə məşğuldursa və ya İndoneziya Respublikasının Unitar Dövlətinə təhlükə törədirsə; və ya
- ərizəçi hər hansı əxlaqsızlıq şəbəkəsi, insan alveri və insan qaçaqmalçılığı fəaliyyətləri ilə əlaqəlidirsə.
Əcnəbi pasportuna giriş möhürü vurulduqdan sonra ölkəyə daxil ola bilər. Həmin möhür immiqrasiya rəsmisi tərəfindən immiqrasiya sərhəd-nəzarət xidmətində əcnəbi giriş qaydalarına əməl etdikdən sonra vurulur. Qısamüddətli ölkəyə səfər edən diplomatik və xidməti pasport sahiblərinin pasportuna vurulan giriş möhürü diplomatik və ya xidmıəti qalma icazəsi kimi etibarlıdır. Giriş möhürü əcnəbini viza və səyahət vizası almaq öhdəliyindən azad edir və ölkəyə gələn şəxsin qalma icazəsi ilə bərabər qüvvəyə malikdir (maddə 44-45) .
Diplomatik və ya xidməti vizası olan əcnəbi İndoneziya ərazisində yaşayış yeri üzrə qeydiyyata alınması üçün giriş icazəsi aldıqdan sonra diplomatik və ya xidməti qalma icazəsi almaq məqsədi ilə Xarici İşlər Nazirliyinə müraciət etməlidir. Müvəqqəti qalma vizası olan əcnəbi giriş möhürü aldıqdan sonra müvəqqəti qalma icazəsi üçün İmmiqrasiya ofisinin rəisinə müraciət etməlidir. Əgər xidməti və diplomatik pasportlara malik əcnəbilər miqrasiya qanunvericiliyini pozurlarsa, onların İndoneziya ərazisində qalması qeyri-qanunudir (maddə: 46). Vizanın etibarlılığı, giriş möühürünün vurulması və s məsələlər Hökumət tərəfindən tənzimlənir (maddə 47). Yuxarıda qeyd olunan qanunun 48-ci maddəsinə əsasən, İndoneziya ərazisində qalan hər bir əcnəbinin oturum icazəsi olmalıdır. Ölkədə qalma icazəsi əcnəbinin vizasına uyğun olaraq verilir. Qalma icazəsi: diplomatik, xidməti, səyahətçinin qalma icazəsi, daimi, müvəqqəti. Nazirin əcnəbiyə ölkənin müəyyən ərazisində qalma icazəsini verməkdən imtina etmək hüququ vardır. Məkəmə prosesi ilə, hər-hansı cinayət-axtarış işinin tədiqqatı, eləcə də həbslə əlaqədar qalma müddəti bitən əcnəbi qalma üçün yenidən müraciət etmək öhdəliyindən azaddır. Diplomatik qalma icazəsi diplomatik viza ilə, xidməti qalma icazəsi xidməti viza ilə ölkəyə daxil olan əcnəbiyə verilir və hər iki qalma icazəsi İndoneziya XİN tərəfindən uzadıla bilər (maddə 49). Səyahət edən əcnəbinin qalma icazəsi ölkəyə giriş vizası ilə daxil olan əcnəbiyə və ya İndoneziyada yeni uşaq (qız və ya oğlan) doğulan vaxtı valideynlərindən biri (ata və ya ana) səyahət qalma icazəsinə sahib olmuşdursa verilir. Səyahətedən şəxsin (ziyarətçinin) qalma icazəsi ana və ya atanın qalma icazəsinə (ziyarətçi) uyğun verilir (maddə 50). Ziyarət edən əcnəbinin qalma icazəsi ləğv edilir: icazə sahibi öz ölkəsinə qayıtdıqda; icazənin müddəti bitdikdə; əcnəbinin icazə statusu müvəqqəti qalma statusuna dəyişdikdə; icazə Hüquq və İnsan Hüquqları Naziri tərəfindən və ya təyin edilmiş miqrasiya rəsmisi tərəfindən ləğv edildikdə; əcnəbi deportasiya edildikdə və ya vəfat etdikdə (maddə 51).
Müvəqqəti qalma icazəsi verilir: əcnəbi İndoneziyaya müvəqqəti qalma vizası ilə daxil olursa; İndoneziyada yeni uşaq (qız və ya oğlan) doğulan vaxtı valideynlərindən biri (ata və ya ana) müvəqqəti qalma icazəsinə sahib olmuşdursa; əcnəbi qalma icazəsinin (ziyarətçi) statusunu müvəqqəti qalma icazəsinə dəyişdirmişdirsə; gəmi ustası, gəmi heyəti, gəmidə olan xarici ekspert; qanunvericiliyə uyğun olaraq İndoneziyanın yurisdiksiyasında olan ərazi sularında fəaliyyət göstərən qurğu; İndoneziya vətəndaşı ilə qanuni şəkildə nikahda olan əcnəbiyə; övladı qanuni şəkildə İndoneziya vətəndaşı ilə evlənən əcnəbiyə (maddə 52). Müvəqqəti qalma icazəsi ləğv edilir: bu icazəyə sahib olan əcnəbi öz vətəninə geri qayıtdıqda və yenidən İndoneziya ərazisinə gəlmək niyyəti olmadıqda; əcnəbi öz ölkəsinə qayıtdıqda və icazənin müddəti bitdikdən sonra İndoneziya ərazisinə təkrar gəlmədikdə; əcnəbi İnodneziya vətəndaşlığını aldıqda; icazənin etibarlılıq müddəti bitdikdə; icazə sahibinin statusu daimi qalma icazə statusuna dəyişildikdə; icazə Hüquq və İnsan Hüquqları Naziri tərəfindən və ya təyin edilmiş miqrasiya rəsmisi tərəfindən ləğv edildikdə; əcnəbi deportasiya edildikdə və ya vəfat etdikdə (maddə 53).
Daimi qalma icazəsi verilir: İndoneziyada müvəqqəti qalma icazəsinə malik ruhani, İndoneziyada işləyən şəxs, investisiya yatıran şəxslər, yaşlı insanlar; qarışıq nikahların ailə üzvləri; müvəqqəti qalma icazəsinə malik olan əcnəbinin əri və ya arvadı və ya övadları; əvvəl İndoneziya vətəndaşı olmuş, hazırda isə əcnəbi olan şəxs, habelə keçmiş İndoneziya vətəndaşı, eləcə də ikili vətəndaşlığı olmuş şəxsin övladı. Daimi qalma icazəsi heç bir ölkə pasportuna sahib olmayan əcnəbiyə verilmir. Daimi qalma icazəsinə sahib əcnəbi İndoneziya sakinidir (maddə 54). Yuxarıda qeyd olunan qalma icazələrinin verilməsi, uzadılması və ləğv edilməsi Hüquq və İnsan Hüquqları Naziri, habelə xüsusi təyin edilmiş mirasiya məmuru tərəfindən həyata keçirilir (maddə 55). Əcnəbiyə verilən qalma icazəsinin statusu dəyişə də bilər (müvəqqəti daimi ola bilər və.s). Bu Nazirliyin qərarına əsasən baş verir (maddə 56). Ziyarətçinin qalma icazəsi və müvəqqəti qalma icazəsi xidməti qalma icazəsi statusuna dəyişilə bilər. Bu İndoneziya XİN-in razılığı ilə yalnız Nazirliyin (Hüquq və İnsan Hüquqları) qərarı ilə baş verə bilər (maddə 57). Miqrasiya rəsmisində əcnəbinin qalma icazəsi və vətəndaşlığına şübhə yaranırsa, o zaman o, əcnəbinin qalma icazəsi və vətəndaşlığını nəzərdən keçirib yoxlamaq səlahiyyətinə malikdir (maddə 58). Daimi qalma icazəsi 5 il müddətinə və verilir və icazənin ləğv edilməməsi şərti ilə qeyri-müəyyən müddətə uzadıla bilər. Bu cür icazə sahibi olan əcnəbi hər 5 ildən bir miqrasiya idarəsinə hesabat (ölkədə qalmasına dair) verməyə borcludur və bunun üçün heç bir dövlət rüsumu ödəmir (maddə 59). Daimi qalma icazəsi maddə 54-də qeyd olunan şəxslərə (ruhani, işçi, investisiya yatıran şəxslər, yaşlı insanlar) ölkə ərazisində davamlı olaraq 3 il yaşayan və İndoneziya Respublikasının Hökumətinə İnteqrasiya Bəyannaməsini imzaladıqdan sonra verilir. Daimi qalma icazəsi almaq üçün maddə 54-də qeyd olunan digər şəxslər (qarışıq nikahların ailə üzvləri) ən azı 2 il evli olmalı və İndoneziya Respublikasının Hökumətinə İnteqrasiya Bəyannaməsini imzaladırlar. Daimi qalma icazəsi maddə 54-də sadalanan digər şəxslərə (müvəqqəti qalma icazəsinə malik olan əcnəbinin əri və ya arvadı və ya övadları; əvvəl İndoneziya vətəndaşı olmuş, hazırda isə əcnəbi olan şəxs, habelə keçmiş İndoneziya vətəndaşı, eləcə də ikili vətəndaşlığı olmuş şəxsin övladı) birbaşa verilə bilər (maddə 60). Maddə 52-də göstərilən və müvəqqəti qalma icazəsinə malik bəzi şəxslər (İndoneziya vətəndaşı ilə qanuni şəkildə nikahda olan əcnəbiyə; övladı qanuni şəkildə İndoneziya vətəndaşı ilə evlənən əcnəbi); maddə 54-də əks olunan və daimi qalma icazəsinə malik bəzi şəxslər (qarışıq nikahların ailə üzvləri; əvvəl İndoneziya vətəndaşı olmuş, hazırda isə əcnəbi olan şəxs) ailələrini saxlamaq, eləcə də öz gündəlik ehtiyaclarını qarşılamaq üçün işləyə, bizneslə məşğul ola bilərlər (maddə 61). Daimi yaşayış icazəsi ləğv edilə bilər: icazə sahibi İndoneziyanı 1 ildən çoxdur ki tərk edib ya yenidən ölkə ərazisinə gəlmək niyyəti yoxdursa; icazə sahibi 5 ildən sonra icazənin uzadılması üçün müraciət etməmişdirsə, icazə sahibi İndoneziya vətəndaşlığını əldə etmişdirsə; icazə sahibinin icazəsi Nazir və ya təyin edilmiş miqrasiya rəsmisi tərəfindən ləğv edilmişdirsə; icazə sahibi deport olunmuşsa və ya vəfat etmişdirsə. Daimi icazə ləğv edilir: icazə sahibinin qanunvericilikdə qeyd olunduğu kimi dövlətə qarşı cinayət törətdiyi sübut edildiyi təqdirdə; milli təhlükəsizliyə qarşı hər-hanslı təhlükə törədən hərəkətlər edibsə; inteqrasiya bəyannaməsini pozursa; iş icazəsi olmayan əcnəbi işçiləri işlə təmin edirsə; daimi yaşayış icazəsi almaq üçün yalan məlumatlar vermişsə; immiqrasiya qanunvericiliyinə riayət etməmişdirsə; İndoneziya vətəndaşı ilə qanuni evliliyini (10 il müddətini olmamış və ya çox olan) boşanma ilə və ya məhkəmə qərarı ilə sonlandırırsa (maddə 62). İndoneziyada məskunlaşan istənilən xarici vətəndaş ölkədə yaşayının təminatı üçün sponsor tutmalıdır. Sponsor əcnəbinin İndoneziya ərazisində yaşadığı müddətdə onun yaşayış və fəaliyyətinə məsuliyyət daşıyır. Əcənəbinin vətəndaşlıq vəziyyətində, immiqrasiya statutusunda və yaşayış ünvanında hər-hansı dəyişiklik olduğu halda, bu barədə mütləq məlumat vermək öhdəliyi daşıyır. Sponsor bəzi xərcləri ödəməlir: əcnəbinin qalma icazəsinin müddəti bitdikdə və.s (maddə 63). Yenidən giriş icazəsi müvəqqəti və daimi yaşayış icazəsi olan əcnəbiyə verilir. Daimi yaşayış icazəsi olan əcnəbiyə yenidən giriş icazəsi onun qalma icazəsinin etibarlılıq müddətinə bərabər verilir. Daimi qalma icazəsi olan əcnəbiyə yenidən giriş icazəsi 2 il müddətinə verilir, bir şərtlə həmin müddət daimi qalma icazəsinin müddətini keçməsin, təkrar giriş icazəsi çoxdəfəli giriş üçün etibarlıdır (maddə 64). Qalma icazəsi ilə əlaqədar müraciət üçün əlavə prosedurlar və tələblər, icazənin bitmə müdəti, uzadılması,ləğvi statusunun dəyişilməsi Hökumət tərəfindən tənzimlənir (maddə 65). İmmiqrasiya nəzarəti əcnəbi vətəndaşlar viza, ölkədən çıxış və qalma icazəsi (əcnəbi ilə bağlı məlumatlar toplanıldıqda, ölkəyə giriş icazəsi və çıxış icazəsinə qadağa qoyulmuş əcnəbilərn siyahısı tərtib olunan zaman) üçün müraciət etdikdə həyata keçirilir. İmmiqrasiya nəzarətinin nəticəsi olaraq immiqrasiya məlumatları hazırlanır (maddə 68). Qüvvədə olma müddəti bitmiş ölkədə qalma icazəsinin bitdiyi tarixdən 60 gündən çox olmamaq şərti ilə qalma icazəsi olan əcnəbi vətəndaş qanunvericilikdə nəzərdə tutulmuş qaydada cərimə edilir (maddə 78). Miqrasiya rəsmisinin əcnəbini Miqrasiya Saxlanma Mərkəzi və ya Miqrasiya Saxlanma Otağında saxlamaq səlahiyyəti vardır. Əgər əcnəbi: İndoneziyada etibarlı qalma icazəsi olmadan yaşayırsa və ya qalma icazəsinin vaxtı bitibsə; ölkədə hər-hansı qanuni səyahət sənədi olmadan yaşayırsa; miqrasiya inzibati tədbirlərinə əsasən əcnəbinin qalma icazəsi ləğv edilirsə (əgər o qanunvericiliyə ziddirsə və təhlükəsizliyə, ictimai asayişə təhdiddirsə); əcnəbi deportasiyasını gözləyirsə, əgər ölkəyə giriş möhürü qəbul edilməmişdirsə və əcnəbi İndoneziya ərazisindən çıxarılmasını gözləyirsə; miqrasiya rəsmisi əcnəbi xəstə olduğu halda, hamilədirsə, uşaqdırsa həmin əcnəbini başqa yerdə yerləşdirə bilər (maddə 83). Əcnəbi deportasiya olunana qədər saxlanma mərkəzində saxlanılır. Əgər deportasiya həyata keçirilməsə, əcnəbi maksimum 10 ilə qədər həbsdə qala bilər (maddə 85). Nazir miqrasiya məsələlərindən irəli gələrək, əcnəbinin çıxışına qadağa tətbiq etmək səlahiyyətinə malikdir. Nazir çıxış qadağasını, immiqrasiya nəzarətinin nəticələrinə və miqrasiya inzibati qərarına, habelə Maliyyə Naziri və Baş Vəkilinin öz vəzifələrinə və qanunvericiliyin müddəalarına uyğun olaraq verdikləri qərara əsasən tətbiq edir (maddə: 91). Çıxış qadağasının maksimum müddəti 6 aydır və hər dəfə maksimum 6 ay müddətinə uzadıla bilər. Çıxış qadağasının uzadılması barədə qərar olmadıqda, o, qanunla ləğv edilir. Əcnəbiyə çıxış qadağasının tətbiqi üçün əsas olmuş bütün ittihamların aradan qaldırılması üçün qanuni və sonuncu məhkəmə qərarı varsa çıxış qadağası qanunla ləğv edilir (maddə 97). Nazirin çıxış qadağası tətbiq etmək səlahiyyəti vardır. Səlahiyyətli şəxslər Nazirdən çıxış qadağasını tətbiq etməyi xahiş edə bilərlər (maddə 98). Qəsdən silah düzəltmək, sahiblənmək, istifadə etmək və ya yaymağa görə maksimum 3 il müddətinə həbs cəzası tətbiq olunur. Miqrasiya Saxlanma Mərkəzindən və ya Miqrasiya Saxlanma Otağından qaçmağa və ya qaçmağa cəhd göstərməyə görə maksimum 5 il həbs nəzərdə tutulur (maddə 134). İndoneziya miqrasiya sənədlərini əldə etmək və ya vətəndaşlığını almaq üçün saxta evlilik edən istənilən şəxs maksimum 5 il müddətinə həbs olunur və 500 mln İndoneziya pulu (rupiah) cərimə olunur (maddə 135).