Səfir

 

 Azərbaycan Respublikasının

İndoneziya, Sinqapur, Filippin və Timor-Leste Respublikalarında, həmçinin ASEAN-da

Fövqəladə və səlahiyyətli səfiri

cənab Cəlal Sabir Mirzəyev

 

Cəlal Mirzəyev 1999-cu ildən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Beynəlxalq Təşkilatlar idarəsində işə başlayıb. O, 2001-2003-cü illərdə Azərbaycanın Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatı yanında Daimi Nümayəndəliyində, 2003-2005-ci illərdə isə Brüsseldə Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) yanındakı Nümayəndəliyində çalışıb. O, 2005-ci ildə Azərbaycan Xarici İşlər Nazirliyinin Birinci (Qərb) Ərazi İdarəsində işləyib. 2007-2009-cu illərdə Azərbaycanın Malayziyadakı səfirliyində çalışıb.. 2009-cu ildə Xarici İşlər Nazirliyinin Birinci Avropa idarəsində şöbə müdiri vəzifəsinə təyin olunub.

Cənab Mirzəyev 2011-2015-ci illərdə Strasburqda (Fransa) Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəliyində müşavir vəzifəsini tutub, daha sonra 2015-ci ilin oktyabrında Azərbaycan Xarici İşlər Nazirliyinin Amerika Departamentinin rəis müavini vəzifəsində çalışıb. 2017-ci ilin sentyabrından 2019-cu ilin sentyabrına qədər Azərbaycanın Niderlandda müvəqqəti işlər vəkili olmuş (eləcə də Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatında) 2019-cu ilin sentyabrından İndoneziyaya səfir təyin olunmuşdur. O, həmçinin 2020-ci ildən ASEAN-da, 2021-ci ildən Sinqapur, Filippin və Timor-Lestedə səfirdir .

  Cənab Mirzəyev Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər ixtisası üzrə magistr dərəcəsinə malikdir. Evli, üç uşaq atasıdır, ingilis, fransız və rus dillərini bilir.

 

 

Arxiv üzrə axtarış