Konsulluq Qeydiyyatı

ndoneziyada daimi yaşayan Azərbaycan Respublikasının bütün vətəndaşları Azərbaycanın Cakartadaki Səfirliyinin Konsulluq şöbəsində qeydiyyatdan keçməlidirlər. Vətəndaşların konsulluq qeydiyyatı rüsumsuz aparılır. 16 yaşadək uşaqlar valideynlərdən birinin qeydiyyat vərəqəsinə yazılır. Konsulluq qeydiyyatına alınmaq üçün aşağıdakı sənədlər tələb olunur:

1. Pasport;

2. Pasport səhifələrinin surəti – 1 nüsxə (yalnız sadalanan səhifələrin surəti tələb olunur, digər səhifələrin surəti tələb olunmur.):

    Pasportun 2-ci, 3-cü, 4-cü, 5-ci və axırıncı səhifələrin və həmçinin, Indoneziyada leqal yaşamaqla bağlı immiqrasiya xidməti qeydləri olduğu səhifəsinin (səhifələrin)surəti;

3. Doldurlmuş 118 A formalı anket - 1 nüsxə (Səfirliyin səhifəsində mövcuddur);

4. Pasport üçün rəngli fotoşəkil– 1 ədəd;

Diqqət!

Səfirlik sənədlərin poçt vasitəsi ilə göndərişi zamanı itirilməsi və yaxud yararsız hala düşməsinə görə məsuliyyət daşımır.

Sənədlər tam və düzgün tərtib edilmədiyi təqdirdə icraya qəbul olunmadan ərizəçiyə geri qaytarılacaqdır.

Xahiş olunur, heç bir sənədə “stapler” vurmayın.

Arxiv üzrə axtarış