TİMOR-LESTE DEMOKRATİK RESPUBLİKASI

Azərbaycan Respublikası ilə Timor-Leste Demokratik Respublikası arasında ikitərəfli münasibətlər

 

05.04.2004-cü il tarixində Azərbaycan Respublikası vəTimor-Leste Demokratik Respublikası arasında diplomatik münasibətlər qurulmuşdur. Azərbaycan Respublikasının İndoneziyadakı Səfirliyi, eyni zamanda Timor-Lestedə də akkreditə olunmuşdur.

Timor-Leste Prezidenti Jose Ramos-Hortanın Nizami Gəncəvi Beynəlxalq Mərkəzin təşkilatçılığı ilə ”Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda 09-11.03.2023-cü il tarixlərində keçirilmiş X Qlobal Bakı Forumunda iştirakı ilə əlaqədar 07.03.2023-cü il tarixində Azərbaycana səfər etmişdir. 07.03.2023-cü il tarixində Azərbaycan respublikasının Prezidenti İlham Əliyevlə görüşmüşdür. Görüş zamanı iki ölkə arasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilmişdir.

2023-cü ilin 5-6 iyul tarixlərində Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun Nazirlər İclasında Timor-Lestenin Xarici İşlər və Əməkdaşlıq Nazirliyinin Beynəlxalq Əlaqələr Baş idarəsinin rəisi (nazir müavini səviyyəsi) Leoneto Spinhola Ley de Araujo Mantilo iştirak etmişdir.

Arxiv üzrə axtarış