Fiziki şəxslər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması qaydaları

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yeni qərarına əsasən fiziki şəxs olan rezidentlər (Azərbaycan vətəndaşları və ölkədə daimi yaşayan, 6 aydan artıq Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları) $ 10 000-dək nağd valyuta sərvətlərini “Sərnişin gömrük bəyannaməsində” göstərməklə Azərbaycan Respublikasına gətirə bilərlər. Valyuta sərvətlərinin məbləği $ 10 000-dən yuxarı olduqda isə bu gömrük orqanının vəzifəli şəxsləri tərəfindən “Gömrük vəsiqəsində” rəsmiləşdirilməlidir. Rezidentlər adambaşına $ 10 000 olmaqla sənəd təqdim edilmədən, yalnız gömrük orqanlarına bəyan edilməklə ölkədən nağd şəklində vəsait çıxarda bilərlər. Məbləğ $ 10 000 - dən $ 50 000 – dək olduqda rezidentlər məbləğin köçürmə yolu ilə xaricdən daxil olduğuna dair müvəkkil bank tərəfindən arayış və ya məbləğin xaricdən ölkəyə nağd şəklində gətirildiyi barədə “Gömrük vəsiqəsi”-ni təqdim etməlidirlər.

Arxiv üzrə axtarış