FİLİPPİN RESPUBLİKASI

FİLİPPİN RESPUBLİKASI

 

 

Azərbaycan Respublikası və Filippin Respublikası arasında ikitərəfli münasibətlər

Azərbaycan Respublikası və Filippin Respublikası arasında diplomatik münasibətlər 1992-ci ilin 27 mart tarixində qurulmuşdur. İndoneziya Respublikasındakı, eyni zamanda Filippində də akkreditə olunmuşdur.

3-5 aprel 2023-cü il tarixlərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Filippin Respublikasına səfər edib.

Səfər çərçivəsində 3 aprel tarixində nazir müavini Elnur Məmmədovun Filippin Respublikasının xarici işlər katibi (naziri) Enrike Manalo ilə görüşü baş tutub. Görüşdə ikitərəfli əlaqələrin hazırkı durumu və inkişafı perspektivlərindən söhbət açılıb, bu istiqamətdə əməli nəticələrin əldə edilməsi üçün birgə səylərin vacibliyi vurğulanıb. 

4 aprel tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Filippin Respublikasının Xarici İşlər Nazirliyi arasında ilk dəfə olaraq siyasi məsləhətləşmələr keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, Filippin tərəfindən isə xarici işlər nazirinin müavini xanım Tereza Lazaro rəhbərlik edib.

Məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin mövcud vəziyyəti, habelə iqtisadi, turizm, energetika, kənd təsərrüfatı, mədəniyyət və təhsil sahələrində qarşılıqlı tərəfdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Məsləhətləşmələrin sonunda iki ölkə arasında ilk dövlətlərarası sənəd “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Filippinin Respublikasının Mədəniyyət və İncəsənət üzrə Milli Komissiyası arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanma mərasimi keçirilib.

 Həmçinin, Manilaya səfəri zamanı E.Məmmədov “Manila Times” İnformasiya agentliyinə müsahibə verib.

2023-cü ilin 5-6 iyul tarixlərində Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun Nazirlər İclasında Filippin xarici işlər nazirinin müavini (çoxtərəfli əməkdaşlıq məsələləri üzrə) Carlos Sorreta iştirak etmişdir. 

Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 5 mart tarixli Qərarı ilə Azərbaycan-Filippin parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılmış və rəhbəri Cəfərov Müşfiq Cəfər oğlu təyin edilmişdir.

 

Arxiv üzrə axtarış