Nikahın qeydə alınması

Azərbaycan Respublikasının vətəndaşı nikaha daxil olduqda, nikahın qeydə alınması Səfirliyin Konsulluq Şöbəsi tərəfindən həyata keçirilir.

Tələb olunan sənədlər

  • Nikaha daxil olmağı arzu edən şəxslərin yazılı ərizələri;
  • Nikaha daxil olmağı arzu edən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər;
  • Nikaha daxil olmağı arzu edən şəxslərin Səfirliyin akkreditə olduğu dövlətlərdə daimi/müvəqqəti yaşamasını təsdiq edən sənədlər;
  • Subaylıq haqqında arayış (son 6 ayda alınmış);
  • Əvvəllər nikahda olmuş şəxslər nikahın pozulması haqqında şəhadətnaməni (surətini) və ya ərinin/arvadının ölüm şəhadətnaməsini (surətini), yaxud nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini və ya ondan çıxarışı;
  • Nikah yaşına çatmayan şəxsin (qızlar və oğlanlar üçün 18 yaş müəyyən olunmuşdur) nikah yaşının azaldılmasına icazə verilməsi barədə rayon (şəhər) icra hakimiyyətinin sərəncamı;
  • Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış;
  • Dövlət rüsumu Səfirliyin konsulluq xidmətləri üçün nəzərdə tutulan bank hesabına köçürülməli və ödəniş haqqında qəbz digər sənədlərlə birlikdə Səfirliyin Konsulluq Şöbəsinə təqdim edilmədir.

İştirak etməli olan şəxslər

  • Nikaha daxil olmağı arzu edən şəxslər;
  • Nikaha daxil olmağı arzu edən şəxslərin şahidləri.

Müraciət edilməsi qaydası

Nikaha daxil olmağı arzu edən Azərbaycan Respublikası vətəndaşı (vətəndaşları) konsulluqlara şəxsən ərizə ilə müraciət etməlidirlər.

Müraciətə baxılma müddəti

Nikah konsulluq tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin iştirakı ilə bu barədə ərizə verildiyi gündən 1 aydan tez olmayaraq bağlanır.

Aşağıdakı göstərilən üzrlü səbəblər olduqda nikahın bağlanma müddəti konsulluq tərəfindən azaldıla və ya 1 aydan çox olmayan müddətə uzadıla bilər:

1)    təcili olaraq uzunmüddətli ezamiyyətə getmə;

2)    daimi yaşamaq üçün başqa yerə köçmə;

3)    birgə uşaqların olması;

4)    nikaha daxil olmaq istəyən qadının hamilə olması;

5)    evlənənlərin və ya onların yaxın qohumlarının ağır xəstəliyi;

6)    hərbi xidmətə çağırılma;

7)    digər hallarda.

Yuxarıda göstərilən hallar müvafiq sənədlərin (ezamiyyə vərəqəsi, tibb arayışı, doğum haqqında şəhadətnamə və s) konsulluğa təqdim edilməsi ilə təsdiq edilməlidir.

Xüsusi hallarda (hamiləlik, birgə uşağın olması, nikaha daxil olmaq istəyən şəxslərin hər ikisinin yaşının 50-dən yuxarı olması və ya digər hallarda) nikah ərizə verilən gün bağlana bilər.

Qeyd: Nikaha daxil olmağı arzu edən şəxslər müəyyən olunmuş vaxtda gəlmədikdə və gəlməməyin səbəbi üzrlü hesab edilmədikdə nikahın qeydə alınması haqqında ərizə ləğv edilir. Nikaha daxil olmağı arzu edən şəxslər fikirlərini dəyişmədikdə yenidən ərizə verməlidirlər. Konsulluq isə nikahı qeydə almaq üçün yenidən 1 aylıq müddət müəyyən etməlidir.

Evlənmək istəyən şəxslər nikahı təntənəli şəraitdə bağlamaq hüququna malikdirlər. Bundan başqa nikaha daxil olmağı arzu edən şəxslərin müraciətinə əsasən nikah toy mərasimində qeydə alına bilər.

Arxiv üzrə axtarış