2020-03-16

İndoneziya, Sinqapur, Filippin və Timor-Lestedə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə!

Hörmətli həmvətənlər,

Məlum olduğu kimi, yeni tip koronavirusun (COVID-19) bir çox ölkələrdə, o cümlədən Səfirliyin akkreditə olduğu ölkələrdə sürətlə yayılması müşahidə edilməkdədir. Koronavirusdan effektiv şəkildə qorunmaq üçün aşağıdakı tövsiyələrə ciddi şəkildə əməl olunmasını xahiş edirik:

Yaşadığınız ölkənin müvafiq dövlət orqanlarının yaydığı məlumat və tövsiyələrin diqqətlə izlənilməsi, şəxsi gigiyena, sanitar və digər qaydalara ciddi riayət edilməsi;

Xüsusi zərurət olmadıqda ictimai nəqliyyatdan istifadənin məhdudlaşdırılması və insanların kütləvi şəkildə toplaşdıqları ərazilərdən çəkinilməsi;

Koronavirusa yoluxma ilə bağlı hər hansı şübhə və ya simptomların yarandığı halda təcili tibbi müayinədən keçilməsi;

Bu məqsədlə Səfirlik tərəfindən müəyyən edilmiş "qaynar xətt”lə (Emil Əhmədov/ Konsul - +6281295622297; Məcid Məcidov - +6281293596611) əlaqə saxlanılması.

Eyni zamanda diqqətinizə çatdırırıq ki, konsulluq sahəsində çalışan əməkdaşların, habelə qəbula gələn vətəndaşlar arasında yoluxma riskinin azaldılması məqsədilə, təcili olmayan konsulluq əməliyyatları təxirə salınır. Vətəndaşların qəbulu yalnız əvvəlcədən müəyyən edilmiş görüş vaxtlarında və tək-tək aparılacaqdır.

Hər hansı fövqəladə vəziyyətlə bağlı məlumatlandırılma və hüquqi yardımın göstərilməsi məqsədilə Azərbaycan Respublikası vətəndaşlarının Səfirliyin Konsulluq şöbəsində konsulluq qeydiyyatına alınmaları üçün müraciət etmələri (Emil Əhmədov/ Konsul - +6281295622297; Email: jakarta@mission.mfa.gov.az) tövsiyə olunur.


Azərbaycan Respublikasının İndoneziya Respublikasındakı Səfirliyi

Arxiv üzrə axtarış