2023-05-25

Azərbaycan Respublikasının 28 May Müstəqillik Günü ilə əlaqədar İndoneziya Respublikası Prezidentinin Azərbaycan Respublikasının Prezidentinə təbrik məktubu

İndoneziya Respublikasının Prezidenti Coko Vidododan

20 may 2023, 13:16
 

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri!

Mayın 28-də qeyd olunan Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi və Azərbaycan xalqını İndoneziya Respublikası adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Ümidvaram ki, xalqlarımız arasındakı mövcud dostluq əlaqələri daim inkişaf edərək müvafiq regionlarımızda sülhün və firavanlığın təşviqinə töhfə verəcəkdir.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Coko Vidodo

İndoneziya Respublikasının Prezidenti

Arxiv üzrə axtarış