2023-06-09

Filippinin “NSJBI Victoria Sports Cycling Team”  komandası “Əziz Şuşa” beynəlxalq velosiped yarışında iştirak edir

Filippinin “NSJBI Victoria Sports Cycling Team”  komandası “Əziz Şuşa” beynəlxalq velosiped yarışında iştirak edir

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə 2023-cü ilin iyun ayının 7-dən 11-dək Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Əziz Şuşa” beynəlxalq velosiped yarışına start verilib.

 Azərbaycan Velosiped Federasiyasının Gənclər və İdman Nazirliyi ilə birgə təşkil etdiyi turnirin birinci mərhələsi veloparkda başlayıb.

Tədbirin açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev iştirak ediblər.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2023-cü il üçün müəyyənləşdirdiyi təqvim planına daxil edilən 2.2 kateqoriyalı, 5 mərhələli yarışda Azərbaycan, Bolqarıstan, Rumıniya və Türkmənistan milli komandaları, həmçinin Türkiyənin “Sakarya BB Pro Team”, Niderlandın “Universe Cycling Team”, Qazaxıstanın “Vino SKO Team” və “Almaty Astana Motors”, Almaniyanın “Team Storck - Metropol Cycling” və “Saris Rouvy Sauerland Team”, Monqolustanın “Ferei Mongolia Team”, Misirin “Suez Canal Discovery”, Filippinin “NSJBI Victoria Sports Cycling Team”, Belçikanın “Bataia Brigade”, Çinin “China Glory Cycling Team”, İsveçrənin “CLN Guerciotti Pro Cycling Team”, İtaliyanın “Team Technipes Inemiliaromagna” və Ruandanın “May Stars Cycling” klubları iştirak edirlər. Ümumilikdə 14 ölkədən 16 komandanın heyətində 100-ə yaxın idmançı medallar uğrunda mübarizə aparır.

İyunun 11-dək davam edəcək yarışda 14 ölkədən 16 komandanın heyətində 100-dən çox velosipedçi mübarizə aparır. Turnir “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xalları qazanmaq imkanı verəcək.

Arxiv üzrə axtarış