2023-07-24

AZƏRTAC ilə Filippinin PNA informasiya agentliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Şuşada keçirilən Qlobal Media Forumu çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə Filippinin PNA informasiya agentliyi arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Sənədləri AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev və PNA-nın Xəbər və informasiya bürosu direktorunun müavini Lee Ann Pattugalan imzalayıblAr.

Müqavilə gündəlik xəbər mübadiləsi, əməkdaşların qarşılıqlı səfərlərinin təşkili və birgə informasiyaların hazırlanmasında dəstəyin göstərilməsini nəzərdə tutur.

Xatırladaq ki, AZƏRTAC və Filippinin PNA informasiya agentliyi arasında ilk dəfədir əməkdaşlıq müqaviləsi bağlanır.

Arxiv üzrə axtarış