2023-12-13

Bu il “Steam Ahead” Olimpiadası İndoneziyanın Bali adasında keçirilib

24 ölkədən 1006 şagirdin iştirak etdiyi final mərhələsində azərbaycanlı şagirdlər riyaziyyat kateqoriyası üzrə beş bürünc, “Science” kateqoriyası üzrə bir qızıl və dörd gümüş, “National University of Singore” tərəfindən birbaşa təşkil olunan informatika kateqoriyası üzrə isə iki gümüş və üç bürünc olmaqla cəmi 15 medal qazanaraq uğurlu nəticələr əldə ediblər.

Şagirdlərə dəstək üçün Azərbaycanın İndoneziyadakı səlahiyyətli səfiri Cəlal Mirzəyev də medalların təqdimetmə mərasimində iştirak edib, şagirdlərə xoş arzularına çatdırıb.

 

 

 

Arxiv üzrə axtarış