2023-12-25

“Heydər Əliyev ili” çərçivəsində keçirilmiş tədbir

, “Heydər Əliyev ili” çərçivəsində 2023-cü ilin 22 dekabr tarixində İndoneziyanın Cakarta şəhərində Fairmont hotelində Səfirlik tərəfindən tədbir keçirilmişdir. Tədbir Ümumulli Lider Heydər Əliyevlə yanaşı, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuşdur. Tədbirdə İndoneziyanın Prezident Administrasiyası daxil olmaqla, XİN, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Nəhdətul Ulama (dünyada üzvlərinin ümumi sayına görə ən böyük müsəlman təşkilatı hesab olunur), Türkiyə Respublikasının İndoneziyadakı səfiri, habelə Azərbaycanın dostları olan yerli ictimaiyyət və KİV nümayəndələri ilə yanaşı, İndoneziyada yaşayan azərbaycanlılar iştirak etmişlər.

Tədbirdə Azərbaycanın əməkdar artisti, bəstəkar və pianoçu Turan Manafzadə Azərbaycan və dünya musiqisinin incilərini ifa etmişdir. Rəsmi mərasimə başlamazdan əvvəl, tədbir iştirakçıları foyedə sərgilənmiş Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığını özündə əks etdirən fotostendlə tanış olmuşlar.

          Mərasimin əvvəlində Azərbaycanın və İndoneziyanın dövlət himnləri səsləndirilmişdir, sonra Ümummilli Liderin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunmuşdur. 

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının İndoneziya Respublikasındakı səfiri C. Mirzəyev  müasir Azərbaycanın yaradıcısı olan Ümummilli Liderin keçdiyi ömür yolundan, siyasi fəaliyyətindən danışaraq bildirmişdir ki, Heydər Əliyev yürütdüyü xarici və daxili siyasətlə Azərbaycan xalqı və dövlətinin həyatında silinməz iz qoymuş və yaddaşlarda əvəzedilməz siyasi xadimə çevrilmişdir.

Diplomat qeyd etmişdir ki, 1991-ci ildə Azərbaycan Respublikası müstəqilliyini bərpa etməklə mürəkkəb daxili və xarici çağırışlarla üzləşmişdir. Səfir C.Mirzəyev əlavə etmişdir ki, məhz belə bir dövrdə Heydər Əliyev kimi güclü siyasətçiyə ehtiyac yaranmış, xalqın istəyi və tələbi nəticəsində 1993-cü ildə yenidən hakimiyyətə gələn, Müasir Azərbaycan dövlətçiliyinin banisi olan Ümummilli Lider Heydər Əliyevin uzaqgörən daxili və xarici siyasəti nəticəsində bu siyasi və iqtisadi təlatüm dövrü başa çatmışdır. Ümummilli Liderin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət bu gün Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Azərbaycanın beynəlxalq aləmdə mövqeyi günü-gündən möhkəmlənməkdə, eləcə də siyasi, iqtisadi gücü artmaqda davam edir. 

Tədbir iştirakçıların böyük marağına səbəb olmuşdur. Tədbir bir çox yerli KİV-lər tərəfindən geniş işıqlandırılmışdır.

Tədbirlə əlaqədar yerli İndoneziya mətbuatında aşağıdakı məqalələr (linklər) dərc olunmuşdur:

 

 

 

 

 

 

 

Arxiv üzrə axtarış