2024-02-12

Prezident İlham Əliyev seçkilərdə səslərin 92.12 faizini qazanaraq qalib olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də keçirilən seçkilərdə səslərin 92.12 faizini (4 milyon 567 min 458 səs) toplayaraq qələbə qazanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov fevralın 11-də seçkilərin yekunları ilə bağlı keçirilən iclasda bildirib.

Qeyd olunub ki, seçkilər 125 seçki dairəsi üzrə keçirilib və vətəndaşlara səs vermələri üçün bütün şərait yaradılıb.

Arxiv üzrə axtarış