2024-05-31

İndoneziyanın Syarif Hidayatullah Cakarta Dövlət İslam Universitetinin nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Azərbaycan İlahiyyat İnstitutunda olub. (27.05.2024)

 

Görüş zamanı iki ali təhsil müəssisəsi arasında elmi-pedaqoji və tədqiqat işlərinin aparılmasını nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.

Memorandumda hər iki ali təhsil müəssisəsinin fakültə və kafedraları arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin aparılması; birgə layihələrin reallaşdırılması; professor-müəllim heyəti və təhsilalanlar üçün qarşılıqlı akademik səfərlərin həyata keçirilməsi nəzərdə tutulur.

Sənəddə təcrübə və araşdırma, tədris prosesinin təşkili ilə bağlı bilikərin bölüşdürülməsi, universitetlərin alim və mütəxəssislərinin iştirakı ilə konfransların keçirilməsi, tələbə mübadiləsi və digər məsələlər yer alıb.

Qonaqlar, həmçinin Aİİ-nin tələbələri ilə görüşüblər. Syarif Hidayatullah Cakarta Dövlət İslam Universitetinin Beynəlxalq Əməkdaşlıq Mərkəzinin direktoru Maila Dinia Husni Rahiem təmsil etdiyi qurum haqqında tələbələrə geniş məlumat verib.

 

Arxiv üzrə axtarış