Ölümün qeydə alınması

Xarici ölkədə vəfat edən aşağıdakı şəxslərin ölümünün qeydə alınması adlarına ölüm haqqında şəhadətnamənin verilməsi ən yaxın ölkədəki Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluğu tərəfindən aparıla bilər:

  • Azərbaycan Respublikasının vətəndaşları;
  • Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə vəsiqəsinə malik əcnəbi;
  • Azərbaycan Respublikasında yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsinə malik vətəndaşlığı olmayan şəxs;

Ölümün qeydə alınması  üçün təqdim olunan sənədlər və məlumatlar

  1. Ölümün qeydə alınması üçün ölümün baş verdiyi və ya meyitin tapıldığı vaxtdan on gündən gec olmayaraq şifahi və ya yazılı müraciət (Səfirliyin konsulluq məsələləri üzrə məsul əməkdaşı ilə görüşdükdə ölüm barədə məlumat yazılı qaydada təqdim olunur) olunmalı və müraciət edənin şəxsiyyətini təsdiq edən sənədin surəti təqdim edilməlidir. Yazılı müraciət zamanı (ƏRİZƏ NÜMUNƏSİ) ölən şəxs haqqında aşağıdakı məlumatlar təqdim edilməlidir:

 

  • Daimi yaşadığı ünvan və neçənci ildən etibarən yaşadığı;
  • Ailə vəziyyəti;
  • İşlədiyi təqdirdə, iş yeri və vəzifəsi barədə;
  • Təhsil səviyyəsi.

 

  1. Ölmüş şəxsin şəxsiyyətini təsdiq edən sənədlər:

Azərbaycan vətəndaşları üçün:

  • Pasport (əsli), dənizçinin şəxsiyyət sənədi;
  • Şəxsiyyət vəsiqəsi (əsli);
  • Azərbaycan Respublikası tərəfindən verilmiş hərbi bilet (əsli- hərbi vəzifəli şəxs və ya çağırışçı olduqda);
  • Azərbaycan Respublikası tərəfindən verilmiş sürücülük vəsiqəsi;
  • Şəxsiyyətini və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirən digər rəsmi sənədlər.

Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan əcnəbi üçün müvafiq icazə vəsiqəsi;

Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi.

  1. Ölüm və dəqiq səbəbləri haqqında müvafiq xarici ölkənin (yerin) tibb müəssisəsinin arayışı;
  2. Ölüm haqqında tibbi arayış olmadıqda müvafiq məhkəmənin ölüm yaxud ölmüş elan edilmə haqqında qətnaməsi;
  3. Ölən şəxsin yaşadığı ölkədə qalma icazəsini təsdiq edən sənədin surəti (olduğu təqdirdə).

Ölən şəxsin şəxsiyyəti təsdiq edən sənədlər Azərbaycan Respublikasının müvafiq dövlət qurumlarına təhvil verilməsi üçün Səfirliyə təqdim edilir. 

Ölmüş şəxs hərbi vəzifəli şəxs və ya çağırışçı olduqda hərbi bileti, hərbi xidmətlə bağlı digər sənədləri Səfirliyə təqdim edilir yaxud bu sənədlərin olmadığı bildirilir. Səfirlik sənədləri yaxud sənədlərin olmadığı barədə məlumatı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti orqanlarına təqdim edir.

Ölmüş şəxsin birgə yaşamış olduğu yetkinlik yaşına çatmayan və himayəsiz qalan uşaqları olarsa, bir gün ərzində uşaqların yaşadığı yerin icra hakimiyyətindəki qəyyumluq və himayə orqanlarına məlumat verilməsi üçün Səfirlik məlumatlandırılmalıdır.  

Ölüm haqqında məlumatlar akt kitablarında qeydə alındıqdan sonra ölmüş şəxsin adına ölüm haqqında şəhadətnamə rəsmiləşdirilir və müraciət etmiş yaxın qohumlarına təqdim olunur.

Ölümün qeydə alınması və ölüm haqqında ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu tələb olunmur.

Qeyd: Müvafiq tibbi arayış yaxud məhkəmə qətnaməsi təqdim edilmədikdə ölüm qeydi edilmir.

Arxiv üzrə axtarış