Doğumun qeydə alınması

Doğum haqqında məlumat Səfirliyə uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində verilməlidir. 

Doğumun qeydə alınması üçün tələb olunan sənədlər

  • Valideyinlərin ərizəsi;
  • Valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər;
  • Valideynlərin doğum haqqında şəhadətnamələri;
  • Valideynlərin nikah haqqında şəhadətnaməsi;
  • Doğum faktını, vaxtını və yerini təsdiq edən sənəd;
  • Uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd;
  • Uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd;
  • Uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd;
  • Valideynlərindən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda, onların Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması barədə sənəd;
  • Doğumun qeydə alınması üçün müəyyən olunmuş 1 aylıq müddət keçdikdə uşağın sağlamlığı barədə həkim arayışı.

İştirak etməli olan şəxslərin siyahısı

  • Valideynlər və ya onlardan biri;
  • Valideynlər üzrlü səbəbə görə müraciət edə bilmədikdə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər səlahiyyətli şəxslər. 

Dövlət rüsumunun məbləği

  • Doğumun qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu ödənilmir.

Qeyd: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən üzrlü səbəblər olmadan doğumun qeydə alınması üçün 1 aylıq müddətdə müraciət olunmamasına görə uşağın valideynlərinə xəbərdarlıq edilir və ya 10 AZN müqabilində cərimə edilir. Cərimə şəxsin Azərbaycan Respublikasında qeydiyyatda olduğu rayonun (şəhərin) Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı (VVAQ) orqanının Kapital bankın filialında mövcud olan hesabına ödənilməli və ödəniş haqqında qəbzin sürəti digər sənədlərlə birlikdə Səfirliyin Konsulluq Şöbəsinə təqdim edilmədir:

 

Arxiv üzrə axtarış